Haqq və hüquq barədə

Haqq və hüquq barədə

Şübhəsiz ki, müasir dünyada çox geniş həcmli, bəzən mürəkkəb, izahatları mübahisəli və müxtəlif cür yozulan, verilən bütün hüquqi məsələlərin daha ətraflı əhatə edilməsini məqsəd olaraq qarşıya qoymamışıq. Amma, istənilən hüquqi anlayışın bünövrəsi Haqqdan və hüquqdan keçir. Odur ki, insan haqlarından, onun da «haqq» və «hüquq» sözləri bünövrəsi üzərində duran bu fikirdən və onlar arasındakı fərq anlamının şərhindən söhbət açmaq istərdik.
Belə ki, həqiqətdə «hüquq» sözü «haqq» sözünün cəmi olub hər ikisi də ərəb sözü olmaqla, «doğru» mənasını verir. Elə hamımızın yeri gələndə işlətdiyimiz «doğru davranmaq» anlamı, qanuna uyğun davranmağı nəzərdə tutur. İstər, millətin milli mentalitetinə aid olsun, istərsə də həmin millətin dövlət qanunlarına aid olsun.
Digər tərəfdən «doğru» sözü «istiqamət», «tuş olmaq» anlamında verir ki, bu da «filan şəhərə, meşəyə, kəndə doğru yollandı» və s. kimi işlədilir.
Yəni qanunauyğun şəkildə fəaliyyət göstərmək, işləmək, davranmaq-elə sənin hərəkətlərinin qanunun cızdıqlarına tuş gəlməsi kimi dərk edilməlidir. Ərəblərdə hüququn «haqq («doğru»)» kəlməsindən doğması da, ingilislərdə hüququn «right», yəni «düz», «doğru» mənasını verən sözdən olması da bununla əlaqədardır.
«Haqq» və «Hüquq» ifadələrini mütəxəssislər ayrı-ayrı mənalarda işlədirlər. Ayrı-ayrı millətlərin də dil və dilçiliyində belə məqamlara təsadüf etmək mümkündür. Analoji olaraq sahənin mütəxəssisləri də bilə-bilə bir dil fəndindən bəzən istifadə edirlər. Sosioloqlar, insan haqlarını müdafiə təşkilatları, mətbuat işçiləri və s. tez-tez «insan haqqı» ifadələrini dilə gətirirlər. İfadənin məğzi ən çox Allaha inanan demokratlar üçün bu haqlar elədir ki, onlar kimlərinsə istəyi, arzusu, iradəsi ilə insana verilmiş, hədiyyə olunmuş kimi qəbul edilməməlidir. Hesab edilməlidir ki, onların insana Allah-Taala anadan olandan, əzəldən verib, tarixən isə onları cəllad siyasi rejimlər pozub, imkan verməyib. İnsan haqqının beləcə tanrı ilə əlaqələndirilməsi, onu da təbii edir ki, insan Allaha olduğu kimi, Yüksək Başa düşür, doğrulara da elə haqq deyirik. İnsan Allaha haqq deyəndə onun ən yüksək Həqiqət, Gerçək, Doğru olmasını göz önünə gətirir. «İnsan haqları» deyəndə isə inanılmış demokrat bu haqların İlahi Doğrunun törəməsindən, doğmasından gözləyirik. İnsan kimdir-sualının da cavabı-«insan azadlığı olan canlıdır», «insan ədalətə gərəyi olan canlıların ən alisidir» anlamı kimi dərk edilməlidir. «Hüquq» sözünə, ideyasına gəldikdə isə o, konvensionaldır, şərtidir. Prezident fərmanında, Şah göstərişində, Parlamentdə və ya hər hansı başqa razılaşmalarda əldə olunmuş müəyyən müdətli bir ifadə, bir sənəddir. Məsələn, beynəlxalq hüquqdan bir misal. İndinin özündə də beynəlxalq hüququ-müxtəlif ictimai quruluşlu dövlətlərin mübarizə və əməkdaşlıq şəraitində qarşılıqlı münasibətlərdə rəhbər tutduqları və onların aralarındakı iqtisadi, siyasi və mədəni münasibətləri, ümumi sülhü və   dinc  yanaşı   yaşamağı   təmin   etmək  məqsədilə  tənzim   edən ümumtanınmış prinsiplərin və normaların məcmuyu adlandırmaq olar.

Bu hüququn qüvvədə olan əsas prinsipləri 1945-ci il iyunun 26-da SanFransisko konfransında SSRİ, ABŞ, İngiltərə, Fransa və Çinin iştirakı ilə 50 dövlətin nümayəndələri tərəfindən imzalanmış BMT Nizamnaməsində təsbit edilmişdir. 149-dan çox dövləti əhatə edən BMT, beynəlxalq sülhü və təhlükəsizliyi mühafizə etməlidir. Quruluş sistemindən asılı olmayaraq bu dövlətlərin əmin-amanlıq şəraitində yaşaması, hər bir dövlətin beynəlxalq münasibətlərdə zor işlətməmək (amma, həmişə belə olmur) və ya zor işlətməklə hədələməmək, beynəlxalq mübahisələrin dinc yolla həlli, bir-birinin daxili işinə qarışmamaq, bütün xalqların suveren bərabərliyi və öz müqəddəratını təyin etmək hüququnu tanımaq, başqa ölkələrin dövlət suverenliyinə, ərazi bütövlüyünə və siyasi istiqlaliyyətinə hörmət etmək, öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirmək BMT Nzamnaməsinin əsas məqsədləri və prinspləridir. Digər bir misal isə- əgər vergi qanunu tez-tez dəyişməyə ehtiyac olursa insan haqlarını belə pozmaq, tez-tez dəyişdirmək olmaz. İnsan hüquqları isə zaman içində dəyişir. Dövlətlər, cəmiyyətlər insana yeni hüquqlar verib, hansı əvvəlki hüququ isə alırlar və bu zaman diskusiyalar gedirsə, onun mənası nə dərəcədə bu yeni hüquq gərəklidir, toplumun yaxşı vəziyyətdə olması üçün lazımdır. «Haqq» və «hüquq» ifadələrinin bir-birindən ayrı çalarlarını söyləsək də, onun yaxınlaşma məqamlarını da bilmək günümüzdə daha da vacibdir. Keçmiş sosialist dövlətlərində və hazırki Şərq dövlətlərində və s. söz, düşüncə, informasiya əldə etmək, yaymaq azadlıqları hüququ xeyli dar çərçivəyə salınmışdır.
İnsan haqlarının hüquqlaşdırılması demokratik hesab edilən dövlətlərdə də tam və bitkin deyildir. Amerikanını özündə insanın bilmək haqqına düz desələrdə, yalnız 1967-ci ildə Konqres bu haqqı hüquqa çevirdi-informasiya azadlığı haqqında qanun qəbul etdi.
Hazırda demokratik quruluşlu hesab edilən dövlətlərdə insan haqqı ilə hüquq arasında məlum bir gərginlik qalsa da, ümumi durum xalqların nəticəsidir. Burada, nəinki insan haqqları yüksək dərəcədə hüquqlaşıb, insan haqları həm də yeni qanunlar yaradılanda onları dəyərləndirmək üçün ölçü vahidinə çevrilib. İnsan hqqlarına uyğun gəlməyən, onları pozmaq potensialı daşıyan qanunlar güclü tənqidə məruz qalır və çox keçmədən aradan qaldırılır.
Etiraf edək ki, Azərbaycanda nə vətəndaşlar, nə də hüquq mühafizə orqanları işçilərinin əksəriyyəti çağdaş dünyada insan haqqlarının hüquq üzərində bu nüfuzunu yaxşı bilmirlər. Hanksı ki, Respublika konstitusiyasının 151-ci maddəsinə görə ölkənin qanunvericilik aktları ilə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquq sənədləri bir-birinə uyğun gəlməyəndə ikinciyə üstünlük verilməlidir.
Əslində, Azərbaycan dövləti, onun prezidentləri, dövlətimizi təmsil edən xüsusi səlahiyyətli şəxslər, insan haqqları və hüquqları ilə bağlı bir çox sənədlərə qol çəkiblər, onlara Azərbaycanda əməl olunacağına sənədlə qarant durublar, məmur dəyişsə də, qanun icraatı yerinə yetirilməlidir.
Bu əsasda da hüquq mühafizə orqanlarının nümayəndələri insan haqları və hüquqları ilə bağlı beynəlxalq müqavilələri «boş» bir kağız sayanda — haqqı pozulmuş Azərbaycan vətəndaşı özünün əsil haqqını tələbetmə mübarizəsinə qalxmalıdır. Və deməlidilər: Siz bu hərəkətlərinizlə, dövlətin, dövlət başçısının öz qolu, öz şərəfi ilə verdiyi sözü pozursunuz, onların şərəfinə ləkə vurursunuz, siz qanunu pozursunuz-deməli, cinayət edirsiniz. Cinayət etmiş adamın isə kiminsə cinayətkar olub-olmaması məsələsi ilə məşğul olmağa mənəvi haqqı və ixtiyarı yoxdur.

İnsan haqları ilə bağlı digər bir özəlliyi də insanlarımız yaxşıca yadda saxlamalıdırlar. Hakimiyyət, insanları əllərindəki rıçaqlardan «başlarını itirib» korlananda, özbaşnalıq edəndə, insanın azadlığını qorumaq, şəxsə məlum bir muxtarlıq, asılılıqsızlıq, əldə etmək üçün «dayaqlardan» məharətlə istifadə vacibdir. Demokratiyanın belə prinsipinin öz hikməti var. Vətəndaşlarda bəlli bir asılılıqsız, muxtarlıq olanda, onlar dövlətin xırda vintciyinə çevrilmirlər, ortaya iradə qoyub parlamenti, prezidenti, hökümət başçısını və s. başqaları ilə əvəz edirlər. Təbii ki, «yuxarılar» isə öz vətəndaşlarının bu iradəsini hiss etdikdə onların xoşuna gəlməyə çalışırlar, heç olmazsa müəyyən güzəştlərə gedirlər ki, bəlkə yenidən seçilmək şansını əllərindən verməsinlər.
Arzu edək ki, hər birimiz öz haqq və hüquqlarımızı biləcək və onu müdafiə etmək əzmində olacağıq.
Demokratiya təməl prinsipi kimi qəbul edilən ölkələrdə insan haqqları vətəndaşı hakimiyyətindən, hakimiyyət insanlarının, onun ayrıayrı orqanlarının özbaşınalıqlarından qoruyan ən başlıca dayaqlardan birincisidir, başlıcasıdır. Bəzi Avropa ölkələrində, ABŞ-da və digər bu tipli ölkələrdə dövlətin baş sənədi, Anayasası- yəni konstitusiyası məhz dövlətin imkanlarına, iradəsinə bur «dur» demək, onun insan üzərində tam xaqanlıq etməsinə yol verməmək üçün yazılmışdır.
Azərbaycanın da konstitusiyası əvvəlkindən xeyli yaxşı olsa da,haqq və hüququn insana verməli olduğu azadlıqların hamısını verməkdə acizdir. Deməli, mübarizə istiqamətlərinin biri də Anayasa ilə birbaşa bağlı olmasındadır. Haydı mübarizəyə!

Top