İnkişaf etmiş ölkələrin önündə gedən və bir çox ölkələrə demokratiya «ixrac» edən ABŞ-da rəsmən olmasa da ağ dəri — qara dəri, islam — xristian, islam — yəhudi və s. dinlərə, millətlərə mənsub insanlara ikili münasibət həmişə mövcuddur. Yaxud, günümüzdə Avropanın bir çox ölkələrində işə daxil olarkən cinsə, yaşa, dərinin rənginə görə ayrı-seçkilik böyük vüsət almışdır. Elə Türkiyəyə, Azərbaycana, bütün türk dünyasına türk olduğu üçün, islam dininə xidmət etdiyi üçün onlara qarşı «ikili» münasibət uzun illərdir davam etməkdədir.
Azərbaycan torpaqlarını işğala məruz qoymuş erməni-rus xristianlığına hər vəchlə bəraət qazandırmaq istəyən ölkələr özləri qəbul etdikləri Beynəlxalq Hüquqa əməl etmirlər. Ümumi bəyannamə insanın həyat, azadlıq və şəxi toxunulmazlıq hüquqlarını, ədalətli məhkəmə qarşısında müdafiə olunmaq hüququnu, mənzil toxunulmazlığı, məxfi yazışma, şəxsi həyat və ailə həyatı azadlığı, fikir, söz, vicdan, din azadlığı, dinc yığıncaqlar və cəmiyyətlər azadlığı hüququnu elan etmişdir.
Gəlin görək söylənilənlərə bu sənədi qəbul edənlər özləri əməl edirlərmi, əlbətdə yox. Bu prizmadan baxdıqda digər dövlətlərdə və o cümlədən, Azərbaycanda baş verənlərə az qalırsan ki, bəraət qazandırırsan və bundan isə müxtəlif dövlətlər və millətlər uduzur, inkişafdan geri qalır, ədalətli quruluş yaratmaq günü-gündən gələcək dövrlərə ötürülür.
Qərbdə, ABŞ-da uzun illərdir ki, vətəndaşlar siyasi əqidələrinə görə müəyyən peşələrdə çalışmaları qadağan edilmişdir. Bir çox ölkələrdə məhkəmələr seçilmir, təyin olunur, hakimiyyətdən asılıdır, bir çox dövlətlərdə o cümlədən, Azərbaycanda da hakimlərin təyin edilməsi tamamilə onların namizədliklərini irəli sürən partiya liderlərindən asılıdır.
Ümumi bəyannamənin 21-ci maddəsində deyilir: «Hər bir adam öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququna malikdir». Millətlər Təşkilatının bu sənədi əmək, istirahət, təhsil, sosial təminat və tibbi xidmət hüququnun elan edir.
Gəlin görək bir çox ölkələrdə, eyni ilə bizim ölkələrdə bu maddənin şərtləri ödənilirmi. Az qalıb ki, Azərbaycanda düz adama, savadlı adama, qanunla danışan adama «ruhi» xəstə və ya «çox geridə qalmış» adam etketi vursunlar. Seçkilər pula, rüşvətlə, hakimiyyətlə münasibətlə, hansı bölgədən olması və s. əlamətlərlə aparılırsa, kağızda öz əksini formal qayda kimə lazımdır. Belə olan halda əhalinin ziyalı zümrəsi, vicdanlı zümrəsi, imkansız vətənpərvər zümrəsi, Milli Məclisdə özünə yer tuta bilərmi, əlbətdə yox. Bəs onda nə etməliyik?! Əlbətdə demokratik qayda deyilən qanunlarla və hamılıqla qanunlara əməl etməklə yaşamalıyıq, ədaləti 1-ci vicdanımızda bərpa etməliyik. Allahı, Tanrını, ədalət qanunlarını, insanlığın min illərlə formalaşdırdığı ümumi qanunlarla yaşamalıyıq.
Bəyannamənin 28-ci maddəsində deyilir: «hər bir adamın elə bir sosial və beynəlxalq şəraitdə yaşamaq hüququ vardır ki, ümumi bəyannamədə şərh edilən hüquqlar və azadlıqlar həmin şəraitdə tamamilə həyata keçirilə bilsin». Və ya «Hər bir adamın azad inkişafı hamının azad inkişafı üçün şərtdir».
Bu prinsiplərə əməl edilirmi? Əlbətdə yox! Erməniyə Daş atırıqsa bizi öz polisimiz tutub qazamata salır, orada xeyli «yatızdırır», döyür, təhqir edir, mənliyini alçaldır, bir işi varsa onu da əlindən alaraq ailəsini ac qoyur.
1948-ci il BMT-də qəbul olunmuş «İnsan hüquqları haqqında ümumi bəyannamə»də əsas insan hüquqları və azadlıqları yetərincədir. Lakin, bunların bir çoxu özünün inkişaf və rəsmi təsdiqini sonradan qəbul olunmuş bir sıra beynəlxalq hüquqi aktlarda da tapmışdır. Bunlardan 1960-cı il müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında bəyannaməni, insan hüquqları haqqında 1966-cı il müşahidələrini, qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi haqqında 1967-ci il bəyannaməsini, köləliyin, kölələr ticarətinin (Çin, Azərbaycan və s. kimi), müharibələr qurbanları haqqında 1949-cu il Cenevrə sazişlərini, 1959-cu ildə uşaq hüquqları bəyannaməsini, əməyin tənzimlənməsi və s. göstərmək olar. Göstərilən bu rəsmi beynəlxalq hüquq sənədlərində ifadə olunan qaydalar insan hüquqlarının məcəlləsini təşkil edir. Bu məcələnin məzmunu 1975-ci il Helsinki bəyannaməsində də göstərilir: «İştirakçı dövlətlər irq, cins, dil və din fərqlərindən asılı olmayaraq insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən, fikir, vicdan, din və əqidə azadlığına hörmət edəcəklər. Onlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gələn, insan şəxsiyyətinin azad və tam inkişafı üçün əhəmiyyətli olan mülki, siyasi, iqtisadi, mədəni, başqa hüquqların və azadlıqların səmərəli şəkildə həyata keçirilməsini təqdiredəcək və genişləndirəcəklər».
Deyilənlərə əsasən dövlətlər şəxsiyyətin öz vicdanının hökmü ilə hərəkət edərək təklikdə və ya başqaları ilə birlikdə dinə və ya məzhəbə etiqad etmək azadlığına hörmət bəsləyəcəklərini və qanuni mənafelərini qoruyacaqlarını bildirirlər.
Bəyannamədə insan hüquqlarının və əsas azadlıqların bütün bəşəriyyət üçün əhəmiyyəti təsdiq edilir, sülhün, əmin-amanlığın mühüm amili olduğu göstərilir. İştirakçı dövlətlər insan hüquqları və əsas azadlıqlar sahəsində BMT Nizamnaməsinin məqsədlərinə, İnsan Hüquqları Barəsində Ümumi bəyannaməyə uyğun hərəkət edəcəklərinə, bu sahədə beynəlxalq bəyannamələrlə və sazişlərlə, o cümlədən insan hüquqları barəsində Beynəlxalq paktlarla bağlıdırlarsa, həmin sənədlərdə göstərilənlərə əməl etməlidirlər.
Lakin, real həyatda deyilənlər həmişə və hər yerdə qanunun tələbi çərçivəsində, yaxud dövlətlərin öz üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində də yerinə yetirilmir. Bir qrup insanlar istədiklərinə nail olur, çoxluq isə əzab-əziyyətlərə, hökumdarların təzyiq və təqiblərinə dözməli olunrlar. Dözməyənlər isə vətənlərini tərk edir, vətənsiz həyat sürür, başqa millətə «çevrilir», başqa dövlət və xalqların tələbi ilə ömrünü başa vurmalı olur. Amma, əslində qanunsuzluq həmin ölkəni, həmin xalqıuçuruma aparır, millətin mənəviyyatı itir, torpağı itir, torpağı itir, dili itir, nayihədə dövləti itir. Bunun başa düşən hər bir dövlət rəsmisi dövlətinin vətəndaşının hüququnun özününkü qədər müdafiə etməklə milli birliyə nail olur, istənilən xarici müdaxilənin qarşısını alır, ölkəsini, onun siyasi, iqtisadi, hərbi, elmi, mənəvi qüdrətini ən azı ətraf dövlət və millətlərdən yüksəklərə qaldıra bilir.
Arzu edək ki, bizim vətənimiz Azərbaycanda da belə olacaqdır.