Tutulduğun zaman nələri bilməlisən?

Tutulduğun zaman nələri bilməlisən?

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 67-ci maddəsinə əsasən, səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi cinayət törədilməsində təqsirləndirilən və şübhə edilən şəxslərin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.
Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və ya onun qanuni nümayəndəsi, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdeh cinayət, prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir.
Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.
Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin aşağıdakı hüquqlarını təmin etməlidir:
• tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək;
• hüquqlarını izah etmək;
• öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq;
• şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq, yaxud müdafıəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq;
• onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək.
Cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir.
Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz.
Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsinə əsasən aşağıdakı fiziki şəxslər şübhəli şəxs qismində tanınır:
• ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;
• cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;
• haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan tutulmuş şəxsi şübhəli şəxs vəziyyətində 48 saatdan artıq,
həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq müddətlərdə şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini ləğv etməli və ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarmalıdır.
Şübhə kifayət qədər əsaslı deyilsə, cinayət prosesini həyata keçirən orqan və ya məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər qurtaranadək şübhəli şəxsi azad etməli və haqqında seçilmiş qətimkan tədbirini ləğv etməlidir.
Şəxs azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunur.
Cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafıə hüququnu həyata keçirməsinə mane olmamalıdır.
Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlara malikdir:
• nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfı və hüquqi tövsifi);
• tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;
• tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;
• tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;
• tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq;
• tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı və ya işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək;
• müstəqil olaraq müdafıəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafıəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;
• söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafıəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
• müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;
• ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək;
• ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
• tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
• etirazlar etmək və vəsatətlər vermək;
• istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud Cinayət Prosessual Məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;
• öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafıəçinin yardımı ilə iştirak etmək;
• cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
• cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;
• iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
• cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq;
• təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək;
• zərər çəkmiş şəxslə barışmaq;
• cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
• şübhə təsdiq olunmadıqda bəraət almaq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüququna malikdir.
Şübhəli şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.
Şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.
Yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan şübhəli şəxsin hüquqlarını onun əvəzinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.
Cinayət Prosessual Məcəlləsində həmçinin şübhəli şəxsin qanunla nəzərdə tutulmuş hallarda və qaydada müəyyən vəzifələri yerinə yetirməli olduğu nəzərdə tutulmuşdur. Bu vəzifələrə aşağıdakılar daxildir:
• cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
• tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq;
• həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;
• müayinəyə məruz qalmaq;
• ekspertiza aparılmasına məruz qalmaq;
• təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi təqsirləndirilən şəxsin hüquq və vəzifələrini müəyyən edir. Qanuna əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fıziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.
Anlaqsız vəziyyətdə və ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs də təqsirləndirilən şəxs kimi tanınır. O, Cinayət Prosessual Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə və istisnalarla yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun vəzifələrini daşıyır.
Şəxsin barəsində cinayət təqibinə xitam verildiyi andan o, təqsirləndirilən şəxs vəziyyətindən çıxmış hesab olunur.
Müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
• nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfı və hüquqi tövsifı), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafıq qərarın surətini almaq;
• onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazdı bildiriş almaq;
• dərhal tutulma və həbsə alma protokolu tərtib olunduqdan sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;
• həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafıəçiyə malik olmaq;
• müdafıəçinin yardımından pulsuz istifadə etmək;
• tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı və ya işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək;
• müstəqil olaraq müdafıəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafıə etmək;
• söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafıəçisi ilə təklikdə görüşmək və konfıdensial ünsiyyət saxlamaq;
• öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək;
• ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək;
• ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
• tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
• etirazlar etmək və vəsatətlər vermək;
• istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, Cinayət Prosessual Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;
• öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafıəçinin yardımı ilə iştirak etmək;
• cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
• təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək;
• cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;
• iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafıq protokola daxil edilməsini tələb etmək;
• ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq;
• həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;
• ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;
• cinayət işinin icraatma bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək;
• əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışını tələb etmək;
• birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
• birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;
• öz müdafiəsini müstəqil həyata keçirərkən birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında giriş sözü (haqqında irəli sürülmüş ittihamda özünü təqsirli bilib-bilməməsinin, mülki iddianı qəbul edib-etməməsinin elan olunması), nitq və replika söyləmək;
• məhkəmə baxışında son sözlə çıxış etmək;
• hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;
• təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək;
• hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq;
• məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlərini vermək;
• özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək;
• zərər çəkmiş şəxslə barışmaq;
• cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;
• onun şikayəti ilə cinayət işinə apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə baxılmasında, həbsdə saxlanılmırsa, cinayət prosesinin digər iştirakçısının şikayətinə etiraz olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;
• iş üzrə verilmiş şikayət və protestlərdən xəbərdar olmaq və onlara öz etirazlarını bildirmək;
• məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;
• cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;
• cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
• ittiham sübut olunmadığı halda bəraət almaq və bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Təqsirləndirilən şəxs öz müdafıəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə Cinayət Prosessual Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.
Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz.
Təqsirləndirilən şəxs Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
• cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
• həbsə alınarkən baxışa və şəxsi axtarışa məruz qalmaq;
• həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;
• müayinəyə məruz qalmaq;
• ekspertiza aparılmasına məruz qalmaq;
• təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
• məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;
• məhkəmə iclasında qaydaya riayət etmək və Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerine yetirmək.
Cinayət prossesinə cəlb olunmuş şəxslər öz hüquq və azadlıqlarını müdafıəsi məqsədi ilə insan hüquq və azadlıqlarının təmini, qorunması və bərpası sahəsində səlahiyyətlərə malik dövlət qurumlarına və qeyri hökumət təşkilatlarına müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, o cümlədən hüquqi şəxslər pozulmuş insan hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edə bilərlər.
Odur ki, hüquqlarımız pozulubsa Ombudsmana müraciət edin. Ombudsman hər bir kəsin müraciətini qəbul etməyə və öz səlahiyyətləri çərçivəsində pozulmuş hüquq və azadlıqlarını bərpa etməyə hazırdır.
Top