Xəstəlikləri vaxtında aşkarlamaq, sağlamlığı qorumaq üçün bu analizləri ildə 1-2 dəfə verməyiniz mütləqdir.
1.Ürək-damar sisteminin xəstəliklərini diaqnoz etmək üçün qanın biokimyəvi və ümumi analizi ildə 2 dəfə, hər 6 aydan bir verilməlidir
2.Eləcə də lipid və qanda xolesterin analizi də ürək-damar üçün vacibdir
3.Qaraciyər xəstəlikləri üçün ALT və AST analizləri qanda verilməlidir
4.Tromb yaranmasına şübhə varsa, koaquloqramma analizi mütləqdir. Qanın laxtalanmasını təyin edir
5.Şəkərli diabet və gizli şəkər də qəfil gəlir. Amma öncədən bilmək olar. Bunun üçün ildə 2 dəfə qanda qlükoza-aclıq və toxluq, insulin dirənci analizi verilir. İldə 2 dəfə
6.Nəcisdə gizli qan analizi — bağırsaq xoraları, xərçəngi, mədə-bağırsaq xəstəlikləri üçün verilir
7.Qadınlar uşaqlıq yolu xərçənginə qarşı ildə 1 dəfə uşaqlıq boynunun yaxma analizi — ildə 1 dəfə
8.Leykoz üçün — qanın ümumi analizi
9.Hormonal disbalansı yoxlamaq üçün qalxanvari vəz hormonlarının analizi. Xüsusən qadınlar ildə 2 dəfə
10.Sidiyin ümumi analizi — sidik sistemi infeksiyaları üçün. İldə 2 dəfə
11.Hepatit geniş yayıldığı üçün — ildə bir neçə dəfə qanda hepatit analizləri. Xüsusən əməliyyat, diş müalicəsi, şübhəli ötəri intim əlaqədən 3-5 ay sonra mütləq verilməlidir
12.Kişilər 40 yaşdan sonra qanda PSA analizi — prostat vəzidə şiş diaqnozu üçün
Mənbə: (medicina.az)