Gen mühəndisliyi inkişaf etməyə başladıqdan və tibb sahəsinə daxil olduqdan bəri xəstəliklərin dəqiq diaqnozu məqsədiylə genetik analizlər götürülməyə başlanmışdır. Eyni zamanda xəstəliklərin birdəfəlik müalicəsi məqsədiylə Gen Terapiya sahəsi tibb sahəsinin ən böyük maraq dairələrindən birinə çevrilmişdir.
Rəngli doppler bir ultrasəs müayinəsi olub müxtəlif xəstəliklər və damar patologiyalarını müayinə etməyə imkan verir.
Ozonoterapiya nədir?Çoxları həkimə müraciət etməyi artıq hesab edirlər. Düşünürlər ki, hər hansı nasazlıq, əhvalın yüngül pozulması öz-özünə də keçib gedə bilər. Bunun üçün həkim çağırmağa ehtiyac yoxdur. Lakin sadə qaydalar mövcuddur: əgər yaxşılaşma yoxdursa və ya xəstəlik azalmaq əvəzinə daha da şiddətlənirsə, mütləq peşəkar həkimin köməyinə müraciət etmək lazımdır. Əgər bir neçə sutka ərzində temperaturun yüksək olması, bu və ya digər orqanlarda ardı-arası kəsilməyən ağrılar, sancılar mütləq həkimə müraciət etməyə əsas yaradır.
Bioloji təbabət — insan orqanizminin biosistemlərini aktivləşdirən və təmin edən üsullarla müalicə və diaqnostikanın əsas istiqamətlərindən biridir.
Hal-hazırki ekoloji fəlakətlər dövründə ətraf mühitin qlobal çirklənməsi səbəbindən həm atipik gedişatlı xəstəliklərin, həm də mikroorqanizmlərin dəyişən ətraf mühitə qarşı davamlılığı artır. Bu da öz növbəsində xəstəliklərin ənənəvi üsullarla müalicəsini çətinləşdirir. Belə halda, əhalinin çox hissəsi əlavə təsirləri az olduğu üçün “yüngül təbabət” müalicə üsuluna müraciət edir. Məhz bioloji təbabət də belə müalicə üsuludur. Onun əhəmiyyətini kəsb etmək üçün “sağlamlıq” və “xəstəlik” anlayışlarını nəzərdən keçirək.