Bioloji təbabət

Bioloji təbabət

Bioloji təbabət - insan orqanizminin biosistemlərini aktivləşdirən və təmin edən üsullarla müalicə və diaqnostikanın əsas istiqamətlərindən biridir.
Hal-hazırki ekoloji fəlakətlər dövründə ətraf mühitin qlobal çirklənməsi səbəbindən həm atipik gedişatlı xəstəliklərin, həm də mikroorqanizmlərin dəyişən ətraf mühitə qarşı davamlılığı artır. Bu da öz növbəsində xəstəliklərin ənənəvi üsullarla müalicəsini çətinləşdirir. Belə halda, əhalinin çox hissəsi əlavə təsirləri az olduğu üçün “yüngül təbabət” müalicə üsuluna müraciət edir. Məhz bioloji təbabət də belə müalicə üsuludur. Onun əhəmiyyətini kəsb etmək üçün “sağlamlıq” və “xəstəlik” anlayışlarını nəzərdən keçirək.
Rekkeveqin müəyyənləşdirdiyinə görə “sağlamlıq” orqanizmin toksinlərdən və onun törəmələrindən azad vəziyyətidir. “Xəstəlik” isə əksinə, orqanizmdə bu toksinlərin təsirindən yaranan dəyişikliklərdir. Bioloji təbabət elminin məqsədi orqanizmdə pozulmuş trazlığı bərpa etmək, ətraf mühitin bütün ekosistemləri ilə insan orqanizminin vahid vəhdətdə mövcudluğunu təmin etməkdir.

Bioloji təbabət üsulları ilə müalicə edən həkim arxayın ola bilər ki, təbabətin əsas prinsipi olan “ziyan vurma!” anlayışına həmişə riayət edəcək. Adi farmakoloji təbabətdə olduğu kimi, bioloji təbabətin də spesifik təsir mexanizmləri və onların elmi əsasları vardır. Bioloji təbabət orqanizmin ehtiyat və tənzimləyici sistemlərinə təsir edir. Eyni zamanda adi kimyəvi- farmakoloji təbabət ilə bu təbabət üsulu arasında prinsipial fərqlər də mövcuddur. Adi müalicə üsulunda müxtəlif xəstələr üçün ümumi xəstəlik modeli istifadə edilir, bioloji təbabətdə isə konkret xəstənin fərdi xüsusiyyətləri əsas götürülür. Adi müalicədə aşağıdakı prinsiplərə əməl olunur: əks- təsir prinsipi (məs: hərarətin aşağı düşməsi), əvəzedici prinsip (məs: immunoqlobulinlərlə müalicə), zəiflətmə (immunosupressiv preparatlar), kompensasiya (spazmolitik və sakitləşdirici dərmanlar), plasebo.
Bioloji təbabətdə elə müalicə tədbirlərindən istifadə edilir ki, orqanizm təbii şəkildə öz-özünü tənzimləmə, regenerasiya, adaptasiya, sağaltma qabiliyyətinə malik olsun. Orqanizmin həyat fəaliyyəti kvant şüalanma mexanizmlərinə əsaslanır. Bu mexanizmlər vasitəsilə orqanizm bir tərəfdən ətraf mühitlə birbaşa əlaqə yaradır, digər tərəfdən isə bütün hüceyrə və toxumalar arasında ani sürətlə informasiya ötürülməsi baş verir. Qeyd edək ki, xroniki xəstəliklərin müalicəsində bioloji təbabətə üstünlük vermək lazımdır. Son illərdə bioloji təbabətin şöhrəti daha da artmışdır və statistik göstəricilərə görə 89% əhali bioloji təbabəti adi təbabətə əlavə kimi, 61% isə adi təbabətdən daha güclü sayır.

Bioloji təbabət 3 hissəyə bölünür:
1. Əvəzedici müalicə
2. Tənzimləyici müalicə
3. Profilaktik təbabət

Əvəzedici müalicəyə aiddir:
1. Fitoterapiya – xəstənin vəziyyətinə və xəstəliyin gedişatına müvafiq olaraq seçilmiş və kombinə edilmiş dərman bitkiləri ilə sistemli şəkildə müalicə növüdür.
2. Orqanoterapiya (Regeneresen)- iri buynuzlu heyvanlardan və mayadan alınmış RNT-tərkibli preparatlarla müalicə növüdür. Bu preparatlarla seçilmiş orqanın regenerasiyası bərpa edilir.
3. Mikrobioloji terapiya (Symbiopharm) – immun sistemin tənzimləyici proseslərinin effektivliyinin artırılmasına yönəldilmiş çoxkomponentli müalicə sistemindən ibarətdir. Mikrobioloji preparatların tərkibində orqnizmin öz müdafiə qüvvələrinin fəaliyyətinə yardım edən canlı və ya inaktivləşdirilmiş bakteriyalar və ya onların komponentləri vardır. Mikrobioloji terapiyanın məqsədi immunorequlyasiya, mikrofloranın modulyasiyası, metabolik proseslərin idarə olunmasıdır. Bura aiddir:
Probiotiklər – tərkibində canlı və ya inaktivləşdirilmiş mikroorqanizmlər, onların komponentləri və ya metabolizm məhsulları olan preparatlardır. Onları həm müalicə, həm də profilaktik məqsədlə istifadə edirlər. Probiotiklər 3 sinifə bölünürlər:
1) tərkibində canlı və ya inaktivləşdirilmiş bakteriyalar olan tibbi probiotiklər (Symbioflor)
2) tərkibində yüksək konsentrasiyada bakterial liofilizatlar olan farmasevtik probiotiklər (Symbiolact)
3) qida əlavələri kimi tərkibində mikrorqanizmlərin kulturaları olan alimentar probiotiklər və ya məhsullar (yoqurt)
Prebiotiklər – qeyri-mikrob mənşəli maddələrdir, normal mikrofloranın böyüməsini və inkişafını stimulyasiya edir (İnuvit).
Sinbiotiklər- tərkibində prebiotiklər və probiotiklər olan məhsullardır (SimbioVital).

Tənzimləyici müalicəyə aiddir:
1. Homeopatiya-“kicik doza” dərmanlarla xəstəliyi müalicə etmək üsuludur. Belə ki, bu dərmanların “böyük dozası” sağlam şəxsdə həmin xəstəliyin əlamətlərinin yaranmasına səbəb olur. “Oxşarın oxşarla müalicəsi” homeopatiyanın əsas prinsipidir.
2. İzopatiya (Sanum)- bioloji preparatlarla müalicə üsuludur. Bu müalicə üsulu virulent parazit mikroorqanizmlərin öz inkişaf tsiklində ali formalardan kiçik avirulent formalara qədər parçalanmasına əsaslanır. Eyni zamanda, bioloji preparatların özlərini həmin mikroorqanizmlərdən: patogen və qeyri-patogen bakteriyalar, göbələklər, bitkilər, minerallar və s. hazirlayırlar. Enderlayna görə insan və bütün məməlilərin orqanizmində artıq çoxdan bəri müxtəlif səbəblərdən (infeksiya, qeyri-düzgün qidalanma, əlverişsiz ekoloji şərait, depressiya, yaşla əlaqədar orqanizmdə gedən dəyişikliklər və s.) yüksək inkişaf etmiş parazitar formalara transformasiya oluna bilən Mucor racemosus və Aspergillus niger göbələk ştammlarının kolloidləri yaşayırlar. Beləliklə, izopatik terapiya simbioz tarazlığı bərpa edir. Buna görə də “eyninin eyni ilə müalicəsi” adlanır.
3. Homeoizopatiya ( Homeda)- hormon tənzimləyici müalicədir. Özünü tənzimləmə mexanizmlərini işə salmaq məqsədilə, ay tsiklinə uyğun olaraq kiçik homeopatik qıcıqlandırıcılar vasitəsilə orqanizmin endokrin sistemlərinə təsir edilir. Hormonların təsiri informativ xarakter daşıyır.
4. Antihomotoksik müalicə (Homotoksikologiya) – homotoksinlərin insan orqanizminə təsirini öyrənən elmdir. Homotoksikologiya- alternativ və ənənəvi təbabət arasında bağlayıcı bənd rolunu oynayır. Antihomotoksik müalicə klassik homeopatiyanın əlavəsi olub, bütün xəstəlikləri orqanizmin homotoksinlərə qarşı müdafiə reaksiyası kimi nəzərdən keçirir. Antihomotoksik müalicənin 2 məqsədi vardır;
I- homotoksinlərin orqanizmə daxil olmasının qarşısını almaq,
II- orqanizmə yerləşmiş homotoksinlərin təmizlənməsi.
Antihomotoksik müalicənin əsas təsir mexanizmi köməkçi immunoloji reaksiyaların yaradılmasına əsaslanır.Bu reaksiyalar kiçik və orta potensiyalı, bitki və heyvan mənşəli maddələrin təsirindən yaranır.

Top