Şəkərli diabet xəstələri üçün təbii dərman

Şəkərli diabet xəstələri üçün təbii dərman

Şəkərli diabetdən əziyyət çəkənlər daim qanda şəkərin səviyyəsinə nəzarət etməlidir. Bu işdə xəstəyə xüsusi dərman preparatlarının qəbulu, pəhriz və fiziki aktivlik kömək edir.
Bəzi təbii vasitələr də qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir. Ən güclü belə vasitə adi darçındır.
Elmi araşdırmaların nəticələrinə görə darçın karbohidratların orqanizmdə parçalanmasını ləngidir və bununla da qanda şəkərin səviyyəsini aşağı salmağa yardım edir.
Bildiyiniz kimi, şəkər (qlükoza) bədəndə məhz şəkərli diabetin çarəsi darçınkarbohidratların parçalanması nəticəsində əmələ gəlir. Qlükoza çox vacib maddədir, orqanizmin əsas enerji mənbəyidir. Lakin 2-ci tip diabet xəstələrində qlükoza orqanizmin hüceyrələrinə daxil edə bilmir və qanda yığılmağa başlayır ki, bu da çox ağır pozulmaların inkişafına (ürək-damar sistemi, böyrək xəstəlikləri, insult, korluq və s.) səbəb ola bilər.    
Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkənlərə qidalanmaya müntəzəm olaraq darçını daxil etməyi tövsiyə edirlər. Darçını süd məhsullarına, yeməklərə əlavə etmək olar.

Mənbə:saglamolun.az
Top