Zob xəstəliyini yarada bilən faktorlar

Zob xəstəliyini yarada bilən faktorlar

Qalxanvari vəzin böyüməsinə zob deyilir. Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. İlk növbədə, havada, torpaqda, suda və məişətdə istifadə edilən duzda yodun çatışmazlığıdır. Digər amillər kimi stress, radiasiya və birtərəfli qidalanmanı göstərmək olar. Arıqlama preparatlarından istifadə etmək də insanda zob xəstəliyi törədə bilər.Naxçıvan, Şəki-Zaqatala, Quba-Qusar və cənub bölgələrində zob xəstəliyi geniş yayılıb. Qoz ağacının yayıldığı ərazilərdə zob xəstəliyinə tutulanların sayı daha çox olur. Çünki qoz ağacı yodun hamısını özünə çəkir, Zob xəstəliyinin iki forması var: düyünlü və düyünsüz. El arasında bunlara zəhərli və zəhərsiz zob da deyirlər.

Ürəyin tez-tez döyünməsi, titrəmə, tərləmə, arıqlama, tez yorulma, gözlərin qabağa çıxması, boynun ön səthində qabarıqlığın olması və digərləri bu xəstəliyin əlamətləridir. Zəhərli zobun müalicəsinə uzun zaman tələb olunur. Təxminən 12-18 ay. Lakin zob xəstəliyini tam şəkildə müalicə etmək olmur.

Ümumiyyətlə, zobu iki üsulla müalicə etmək olar: dərman qəbul etmək və cərrahiyyə əməliyyatı. Radikal müalicə cərrahiyyə əməliyyatı hesab olunur, — dedi. beş halda zobu cərrahiyyə əməliyyatı ilə müalicə etmək olar. Dərman müalicəsinə tabe olmayan, qonşu orqan və toxumaların funksiyasını pozan, bədxassəli şişə çevrilmək təhlükəsi olan, tək ölçüsü 4 sm və ondan yuxarı olan zob formalarında, həmçinin xəstənin özünün bilavasitə istəyi ilə cərrahiyyə əməliyyatına getmək olar. Digər hallarda isə dərman müalicəsilə xəstəliyi aradan qaldırmaq məsləhətdir.

İnsanlar təbii üsullarla yod çatışmazlığını aradan qaldıra bilərlər. Bunun üçün onlar tərkibində yod olan feyxoa, xurma, qoz, fındıq, rəngli meyvələr və dəniz məhsullarını qida rasionlarına daxil etməlidirlər. Kələm və gül kələmlərindən mütəmadi istifadə isə insanda zob xəstəliyinə yol aça bilər. İnsanların yodla təmin edilməsinin ən asan yollarından biri də qidalanma zamanı yodlaşdırılmış duzdan istifadə etməsidir. Bir adamın yoda olan gündəlik tələbatı 150 mkq-dır


 

 

Top