Gizli kimyaçı

Gizli kimyaçı

mədəaltı vəziGizli kimyaçı adlandırdığım varlıq sizcə kim ola bilər? Hər hansı şəxsi nəzərdə tutduğumu düşünə bilərsiniz. Amma, xeyr. Bu, bədənimizdəki çox möcüzəvi orqanlardan biri olan mədəaltı vəzidir. Bu orqanı niyə belə adlandırdığımı indi izah edim:

Mədəaltı vəzi həzm prosesinin başladığını bilməklə kifayətlənmir, bir də yediyiniz yeməklərin növlərini anlaya bilir və yediyiniz fərqli yeməklərə görə fərqli həzm fermentləri istehsal edir. Məsələn, vermişel, çörək kimi karbohidratlı qidalar yeyərkən, mədəaltı vəzinin ifraz etdiyi ferment karbohidrat parçalayıcı xüsusiyyətə sahibdir. Bu qidalar onikibarmaq bağırsağa çatanda, mədəaltı vəzi karbohidrat parçalayıcı xüsusiyyəti olan “amilaza” adlı ferment istehsal edir.

Əgər ət, balıq və toyuq kimi qidalar yesəniz, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal bilir. Yəni bu qidalar onikibarmaq bağırsağa çatanda bu dəfə zülalları parçalayan fərqli fermentlər- tripsin, ximotripsin, karboksipeptidaza, ribonükleaza və deoksiribonükleaza istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti normadan çoxdursa, bu fermentlərlə bərabər lipaza adlı yağları həzm edən bir ferment də hərəkətə keçir.

Göründüyü kimi, bir orqan yediyiniz yeməyin tərkibini öyrənir, sonra bu qidaların həzm olunması üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrı istehsal edir və bunları sadəcə lazım olanda ifraz edir. Mədəaltı vəzi karbohidrat molekulu üçün zülal parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı maye ifraz etmir. İstehsal etdiyi mayelərin kimyəvi formullarını unutmur. Birləşməni yaradan hər hansı bir maddəni təsadüfən əskiltmir. Sağlam insanlarda mədəaltı vəzi doğru şəkildə xidmət etməyə ömrünün sonuna qədər davam edir.

İndi baş verən bu hadisəni mikro səviyyədə təkrar analiz edərk qarşımızdakı möcüzənin ölçülərini daha yaxşı görək. Mədədə həzm davam edərkən, mədə hüceyrələri boş dayanmırlar. Bu hüceyrələrdən bəziləri mədədə həzm olunan qidanın bir müddət sonra 12 barmaq bağırsağa çatacağını bilirlər. Bu hüceyrələrin bütün düşüncələri və istəkləri qidaların insan üçün ən yaxşı şəkildə həzm olunmasıdır. İçlərindəki məsuliyyyət duyğusu ilə hərəkətə keçən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağa ( hormon ifraz etməyə) və bu hüceyrələri köməyə çağırmağa qərar verirlər. Ardınca yazdıqları məktubları qan yolu ilə mədəaltı vəziyə göndərirlər.

Qana verilən məktub bədən içində səfər edir. Mədəaltı vəziyə çatanda, buradakı hüceyrələr məktubu tanıyır və dərhal açırlar. Burada qəribə bir cəhət – qan yolu ilə demək olar ki, bütün bədəni gəzdiyi halda – məktubun digər orqanların hüceyrələri tərəfindən açılmaması və oxunmamasıdır. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, özləri ilə əlaqəli olmadığını bilirlər. Çünki məktubun üstündə mədəaltı vəzinin ünvanı vardır. Məktubun molekulyar quruluşu yalnız mədəaltı vəzi hüceyrələrinin pərdəsindəki qəbuledici molekullarla reaksiyaya girəcək şəkildə xüsusi olaraq dizayn edilmişdir. Yəni mədə hüceyrəsi adətən şüurlu şəkildə istehsal etdiyi hormonun üzərinə həqiqətən də ünvan yazmışdır. Özü də bədəndəki milyardlarla fərqli ünvan içindən mədəaltı vəzi hüceyrəsinin ünvanını düzgün yazmışdır. Bu ünvanın düzgün yazıla bilməsi üçün mədə hüceyrəsi mədəaltı vəzi hüceyrəsinə aid olan bütün xüsusiyyətləri bilməlidir.

Möcüzə təkcə ünvanın doğru yazılması ilə də məhdud deyil. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində bir də ismarıc var. İnsan bədəninin dərinliklərində, bir-birlərindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşır və xəbərləşirlər. Bir-birlərini heç görmədikləri halda bir-birlərinin hansı dili başa düşdüklərini bilirlər. Ən əsası isə bu xəbərləşmə bir məqsəd uğrundadır. İki hüceyrə birləşir və yediyiniz qidaların həzm olunması üçün bir plan qururlar. Şübhəsiz ki, bu həqiqətə ancaq möcüzə adını vermək olar.

Ona çatan məktubu ( xolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç gözləmədən bu məktubdakı əmrə itaət edir. Dərhal qidaların həzm olunması üçün lazım olan fermentləri ifraz etməyə başlayır. Əgər onikibarmaq bağırsağa çatan qida zülaldırsa, zülal parçalayan ferment istehsal edir. Əgər qida karbohidrat tərkiblidirsə, bu dəfə karbohidrat parçalayan bir ferment istehsal edir və bu fermenti onikibarmaq bağırsağa göndərir.

mədəaltı vəzi
Təsəvvür edin ki, qarşınıza qara taxta qoyulub və bu qara taxtanın üzərinə sıra ilə bir zülal molekulunun, bir yağ molekulunun və bir karbohidrat molekulunun formulları yazılıb və bu molekulların atom quruluşlarını göstərən şəkillər çəkilib. Ardınca sizdən bu üç fərqli molekulyar quruluşun hər birini parçalayacaq ən uyğun molekulyar quruluşdakı fermentlərin formullarını yaratmanız və bu formulları taxtaya yazmanız tələb olunur.

Əgər kimyadan təhsil almasanız, sizə bir milyon il vaxt verilsə də, uyğun olan formulu tapa bilməzsiniz. Bu molekulları parçalayan fermentlərin formullarını ancaq kimya mütəxəssisi yaza bilər. Bu şəxs də, əlbəttə ki, uyğun olan formulu öz xəyal gücünə əsaslanaraq yaza bilməz. Ancaq aldığı təhsil və daha əvvəl öyrəndiyi məlumatlarla bu formulu yaza bilər.

Bəs insanın illərlə aldığı təhsil nəticəsində öyrənib tətbiq etdiklərini mədəaltı vəzi hüceyrələri necə bacarır? Onlar istehsal etdikləri fermentlərin kimyəvi tərkiblərini necə bilirlər? Hər mədəaltı vəzi hüceyrəsi yaradıldığı andan etibarən həmin formulların bilgilərinə sahibdirlər. Nəinki bu bilgiyə sahibdirlər, həm də bildiklərini ən doğru şəkildə tətbiq edir və insana yorulmadan xidmət edirlər. Mədəaltı vəzi hüceyrələri kimya mövzusunda insanlardan daha ağıllı və müvəffəqiyyətlidirlər. Çünki insanın bu formulları istehsal edə bilməsi üçün təhsilə ehtiyacı varkən, kiçik hüceyrə, formulları yaradıldığı andan etibarən əzbər bilirlər.

Heç bir təsadüf, hüceyrələrə belə üstün ağıl, xüsusi elm və məsuliyyət anlayışı qazandıra bilməz. Heç bir təsadüf, hüceyrələrin bir-birləri ilə xəbərləşəcəkləri, bir-birlərindən kömək istəyəcəkləri sistemi qura bilməz. Heç bir təsadüf, hüceyrəyə əlindəki məlumatı doğru zamanda istifadə etmək bacarığı verə bilməz.

Bu sistemləri yoxdan yaradan və hər an qüsursuz işləməsini təmin edərək insana xidmət etdirən güc Aləmlərin Rəbbi olan Allahdır.

Mədəaltı vəzinin bədəndəki əhəmiyyətli vəzifələrindən biri də qandakı şəkərin tənzimlənməsidir. Bu tənzimləməni edən sekresiyalar mədəaltı vəzinin içindəki kiçik qapalı vəzilər tərəfindən istehsal edilir. İnsulin və qlikoza adlı bu hormonlar qan şəkərini tənzimləmək vəzifəsini daşıyırlar.

Bir tərəfdən şirin çay içərkən, digər tərəfdən də tort yeyərkən heç vaxt ağlınıza şəkər miqdarını tənzimləmək ehtiyacı gəlməz. Davamlı edilən bu tənzimləmənin nə qədər həyati zərurəti olduğunu da düşünməyə bilərsiniz. Lakin sizin səhhətinizlə bağlı olan bu mövzuda vəzifələndirilmiş mədəaltı vəziniz lazım olan bütün məlumatları bilir və qanınızdakı şəkərlə bağlı tənzimləmə vəzifəsini çox həssas şəkildə yerinə yetirir. Lazım olanda da kifayət qədər hormon ifraz edərək bədəninizdəki şəkər tarazlığını qoruyur.


Qandakı şəkər miqdarı artanda mədəaltı vəzi bu vəziyyətdən dərhal xəbər tutur və insulin adlı xüsusi maddə ifraz edir. Bu maddə qaraciyərə və bədəndəki digər hüceyrələrə qandakı artıq şəkəri tutmalarını əmr edir. Əgər qandakı şəkər miqdarı azalarsa, mədəaltı vəzi bunu da dərhal öyrənir və qlikoza adlı başqa hormon ifraz edir. Bunun üstündən, qaraciyər əvvəldən depoladığı şəkər ehtiyatını xüsusi tənzimləmələrdən keçirib qana ötürür. Qandakı şəkər nisbəti – xəstəlik istisna olmaqla – bu proseslər nəticəsində heç vaxt təhlükəli səviyyəyə gəlib çatmır.

Gündəlik həyatda sizin nə mədəaltı vəzidən, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olmur. Qanınızdakı şəkərin artdığını hiss etmirsiniz, hətta qarşınıza fərqli şəkər nisbətləri olan iki şüşə qan qoyulsa aradakı fərqi görə bilməzsiniz. Amma he vaxt görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz qanınızdakı şəkəri laboratoriyadakı alətlərdən daha həssas şəkildə ölçür və nə ediləcəyinə dərhal qərar verərək tətbiqə keçirlər.

Bəs hüceyrələriniz bu bənzərsiz ağla və bacarığa necə sahib olmuşdur?

Hüceyrələrinizə qərar verdirən, bunları tətbiq edən ağıl və bacarıq qazandıran əlbəttə ki, hüceyrələrin özləri deyil. Bədəninizdəki hüceyrələrə lazım olan əmrləri verən, necə hərəkət etmələrinin lazım olduğunu onara xəbər verən, qüsursuz bir sistemlə onları yaradan üstün güc sahibi Allahdır.

Mədəaltı vəzidən bəhs edərkən “bilir, edir, unutmur, əskiltmir, qarışdırmır” kimi ifadələrdən istifadə etdim. Mədəaltı vəzinin də hüceyrələrdən ibarət olduğunu düşünsək, yazdığım bu ifadələrin mədəaltı vəzinin özünə aid olmayacağı aydınlaşır. Bəs mədəaltı vəzinin hüceyrələrinə bir ömür boyu istehsal etmək, xidmət etmək məsuliyyətini kim vermişdir? Bir-birlərindən fərqli və mürəkkəb molekulları parçalayan fermentlərin kimyəvi formullarını mədəaltı vəzi hüceyrələrinə kim öyrədib?

Bu suallar bizi açıq-aşkar olan bir həqiqətə aparır. Bütün bunları yaradan Allahdır. Əslində, Allah belə mükəmməl və qeyri-adi xüsusiyyətləri yaratmaqla bizə Özünü tanıdır. Allah böyük güc sahibidir və yaratmada Onun heç bir ortağı yoxdur. Bu, insanın həyatındakı ən vacib həqiqətdir.

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. ( Rad surəsi, 16)

Müəllif: Nuridə Nuriyeva 

Top