Pankreatit- mədəaltı vəzin iltihabi xəstəliyi olub, ifraz etdiyi şirənin tərkibində olan fermentlərin aktivləşməsi ilə xarakterizə olunur. Normal halda bu fermentlər qeyri-aktiv halda olurlar, yalnız 12-barmaq bağırsağın şirəsi ilə qarışdıqda fəallaşırlar. Mədəaltı vəzin zədələnməsi (travma, iltihab və s.) zamanı isə fermentlər vəzinin daxilində aktiv hala keçə bilirlər.
Erkən mərhələlərdə və ağırlaşmalar olmadıqda xəstəliyi konservativ müalicə etmək mümkündür. 1x.q solmaz çiçək bitkisi çiçəkləri üzərinə 1 stəkan su tökülür, qarışdırılaraq 30 dəqiqə qaynadılır. 2 saat saxlanılır, süzülür, gündə 3 dəfə 3\1, 2\1 stəkan yeməkdən əvvəl ilıq halda qəbul edilir. Kurs müalicə 2 aydır. Tutmalardan 3 gün sonra ac qalmaq lazımdır – yalnız mineral su, itburnu dəmləməsi və şəkərsiz açıq çay içmək olar. Aclıq edəndən sonra yalnız buxarda bişmiş və ya qaynadılmış qidalar (ət kotleti, sufle), sıyıqlar (yulaf, qarabaşaq), zülal omleti, təzə kəsmik, bişmiş alma, yarmalı şorbalar, suxarı yemək məsləhətdir. Sonralar boyat buğda çörəyi, mayasız peçenye, qaynadılmış yağsız ət, turş olmayan kəsmik və kefir, yağsız pendir növləri də əlavə oluna bilər. Tədricən səhər yeməyinə süzgəcdən keçirilmiş tərəvəzlər (kartof, kök, balqabaq, çuğundur) daxil edin; kərə yağı (sutkada 30 qramdan çox olmamaq şərti ilə), bitki yağı (15 qramdan çox olmamaq şərti ilə). Daha yaxşı olar ki, hazır xörəyə əlavə edilsin. Gün ərzində qida qəbulunu azı 5 dəfəyə bölüşdürün. Yadda saxlayın : Hər zaman, xüsusilə müalicə dövründə, tutmadan 1 ay sonra aşağıdakılar qadağandır: Xroniki pankreatitin ağırlaşması zamanı dietoloqların təklif etdiyi təxmini menyu: Hazırladı: S.Aytən
Pankreatit yayılmış xəstəlikdir, adətən cavan və orta yaşlılarda daha çox müşahidə olunur. Müxtəlif kliniki formalarda (kəskin, xroniki, reaktiv) təsadüf oluna bilər. Kəskin forma qarnın yuxarı nahiyəsində kəskin ağrılarla müşayiət olunur. Xroniki pankreatitdə isə ağrılar yeməkdən 1-2 saat sonra başlayır. Reaktiv forma isə qidanın tərkibində olan yağların həzminin çətinləşməsi ilə bağlı yaranır.Pankreatiti müalicəsədə əsasən nəyə diqqət yetirilməlidir?
Xəstəliyə gətirib çıxaran patogenetik faktorların aradan qaldırılması, həmçinin alkoqollu içki qəbulundan imtina edilməsi, mədə-bağırsaq traktının funksiyalarının normallaşdırılması, pəhriz və eləcə də bitki müalicəsi mühüm əhəmiyyət daşıyaraq müalicəni asanlaşdırır.
Öd kisəsi-pankreas sisteminin sekretor və motor funksiyasını normallaşdırır və iltihab əleyhinə təsir göstərirlər: 10,0 cirə toxumları, 10,0 dəmrovotu, 10,0 qarğıdalı saçaqları, 10,0 zəncirotu kökü, 10,0 dazıotu, 10,0 üçrəngli bənövşə otundan ibarət dəmləmə hazırlanır, isti halda gündə 3 dəfə 1 stəkan yeməkdən 20-30 dəqiqə əvvəl qəbul edilir.
Mədəaltı vəzin fermentlərinin çatışmazlığını pankreatinlə təmin etmək olar. Tez-tez ishal olduqda hər dəf yeməkdən əvvəl qəbul edilməsi məsləhət görülür. Preparatı qələvi su ilə qəbul etmək effektlidir. Dozası isə mədə-bağırsağın fəaliyyəti normallaşana kimi artırılır. Bunu panzinorm-forte ilə də əvəz etmək olar. Bu preparat gündə 3 dəfə 1-2 həb yemək zamanı qəbul edilir.
Xəstəliyin gedişinə tərkibində spazmolitik, ağrıkəsici, aşılayıcı, öd əmələ gətirən, öd qovucu, həmçinin antimikrob vasitələr olan bitki yığıntısı da müsbət təsir edir. Şüyüt tumları - 30,0; nanə yarpaqları – 30,0; yemişan – 20,0; solmazçiçək çiçəkləri – 20,0; çobanyastığı – 10,0 götürülərək qarışdırılır, gündə 3 dəfə 2\1 stəkan yeməkdən 1 saat sonra qəbul edilir.
Bundan əlavə, dazıotu, nanə, üçrəngli bənövşə, cökə yarpaqları, çobanyastığı çayı içmək məsləhət görülür. Onları ilıq halda yeməkdən əvvəl 2\1-1 stəkan içmək lazımdır.Aşağıdakı dəmləmələrlə iltihabı aradan qaldırmaq olar:
1 x.q acı yovşan otu üzərinə 1 stəkan su tökülür, 5 dəqiqə qaynadılır, 45 dəqiqə saxlanılır, süzülür, 3x.q yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir. Gündə 3 dəfə 2 ay ərzində içmək məsləhət görülür.
Murdarça qabıqları və gicitkan yarpaqları - hərəsindən 3x.q, 2x.q nanə yarpaqları, 1 x.q kəcəvər və pişikotu götürülür, 1x.q alınan qarışıqdan üzərinə 1 stəkan su tökülür, qaynadılır, 2 saat saxlanılır, süzülür, 2\1 stəkan səhər və axşam içilir. Müalicə kursu 3 həftədir.
Əgər kəskinləşmələr nadir hallarda olarsa, fitoyığıntı müalicəsi ildə 2 dəfə 1 aylıq kursla (oktyabrda və apreldə) aparılmalıdır. Xəstəliyin tutmaları tez-tez olduqda isə müalicənin 2 il müddətinə 2 aylıq kursla, 2 həftəlik fasilə olmaqla aparılması səmərə verir.Xəstəlik zamanı hansı pəhriz məsləhət görülür?
İstənilən yağlı yeməklər, bulyonlar (ət, göbələk, balıq), ətin və balığın yağlı növləri (qoyun əti, qaz, ördək, nərə, qızıl balıq, karp), hisə verilmiş balıq və balıq kürüsü, istənilən formada göbələk, turşuyyat, ədviyyat, şokolad, tünd çay, kofe, çiy tərəvəzlər (ağbaş kələm, turşəng, şomu, kahı, turp, noxud, lobya), meyvələrdən – xurma, ananas, sitrus bitkiləri, alkoqollu içkilər, qazlı sular, çovdar çörəyi, mayalı un və qənnadı məmulatları.
1-ci səhər yeməyi – zülal omleti, şəkərsiz düyü sıyığı, çay;
2-ci səhər yeməyi – təzə hazırlanmış kəsmik, kefir, qabığı soyulmuş təzə alma;
Nahar – 2\1 boşqab tərəvəz şorbası, buxarda bişmiş ət kotleti, yerkökü püresi, meyvə şirəsindən kisel;
2-ci nahar yeməyi – itburnu dəmləməsi, suxarı və ya buğda çörəyi;
Şam yeməyi – yağsız qaynadılmış balıq və kartof, yaxud şəkərsiz südlü yulaf sıyığı, çay.
Mənbə: İqtisadiyyat qəzeti