Orqanizmdə hüceyrələr, toxumalar, orqanlar və orqanlar sistemi vəhdət halında işləyir. Onların uzlaşması 2 üsulla tənzim olunur. Humoral və sinir sistemi ilə tənzim olunur. Kimyəvi maddələr hüceyrələrdə, toxumalarda, orqanlarda və bütün orqanizmdə gedən müxtəlif prosesləri tənzim edir. Bu maddələrin bir çoxunun miqdarı müəyyən fizioloji təsir göstərir. Buna görə də onlara bioloji fəal maddələr deyilir. Bioloji fəal maddələri orqanizmin bir çox hüceyrələri hazırlayır. Orqanizmdə bioloji fəal maddələri hazırlayan orqanlar – vəzlər vardır. Bu vəzlər 3 cür olur.
Həmçinin bax: Daxili sekresiya vəziləri
Bəzi vəzlərin axacağı var, bu axacaqlardan bədənin, orqanlar boşluğuna, yaxud dərinin üzərinə ifraz olunur. Bunlara xarici sekresiya vəzləri deyilir. Xarici sekresiya vəzlərinə ağız suyu, tər, göz yaşı, mədənin vəzlərini aid edirlər. Ayrıca axacaqları olmayan və ifraz etdiyi hormanları birbaşa qana ifraz edən vəzlər daxili sekresiya vəzləridir. Buna hipofiz, epifiz, qalxanabənzər, çəngələbənzər (timus) böyrək üstü cinsiyyət vəzi aiddir.
Axacağı həm qana, həm də boşluqlara olan vəzlər qarışıq vəzlər adlanır. Buna mədəaltı cinsiyyət vəzləri aiddir. Xarici sekresiya vəzi ekzokrin, daxili sekresiya vəzi endokrin vəzlər adlanır.
Endokrin vəzlər bir-biri ilə sıx əlaqədardır. Bir vəzin çox və ya az hormon buraxması başqa vəzin funksiyasını gücləndirir, yaxud zəiflədir.
Hormon yunan sözü olub (heçtao) oyadıram deməkdir və yüksək bioloji aktivliyə malikdir. Müqayisə edək ki,1qr insulin 125 000 dovşanın qanında şəkərin miqdarını azalda bilər. Hormonların molekul kütləsi o qədər də böyük deyil. Buna görə də bu hormonlar kapilyarların divarlarından toxumaya, eyni zamanda hüceyrə membranından xaricə asan çıxırlar.
Kimyəvi tərkibinə görə bir çox vəzlərin hormanları polipeptidlərə aid edilir. Bu vəzə misal olaraq hipofizin, mədəaltı vəzinin hormanları misal göstərmək olur. Lakin qalxanabənzər vəzinin hormonları-tiroksin, üçyodtironin, böyrəküstü vəzin beyin maddəsinin hazırladığı hormonlar-adrenalin və noradrenalin amin turşusu mənşəlidir. Böyrəküstü vəzin vəzin qabıq maddəsinin və cinsi vəzlərin hormonları steroid təbiətə malikdir.
Hormonlar hüceyrə membranının keçiricilik qabiliyyətini artırmaqla onların aktivliyini təmin edir və maddələr mübadiləsini tənzimləyir. Hormonlar tənəffüsə, həzmə, qan dövranına, ifrazata, böyüməyə və inkişafa, toxumaların differensiyasına, regenerasiyaya təsir göstərir. Məsələn; hipofizin ön payının funksiyasının zəifləməsi zülalların sintez olunma aktivliyini azaldır ki, bu da boyatmanın dayamasına gətirib çıxarır. Qurbağa çömçəquyruğunun qalxanvari vəzi çıxarılsa, o böyüyür ancaq onda metamorfiz getmir, yəni yetgin qurbağaya çevrilmir, insanda cinsi vəzlərin zəif inkişaf etməsi 2-ci cinsi əlamətlərin meydana çıxmasını zəiflədir, qalxanabənzər vəzin yod tərkibli hormonları isə dəri və əzələ yaralarının sağalmasına və sümük sınıqlarının bərpa olunmasını təmin edir.
Hormonların təsir mexanizmi tan aydınlaşdırılmamışdır. Alimlərin fikrincə ayrı-ayrı qrup hormonlar orqanizmə fermentlər sisiteminin fəallığının artıb-azalması, hüceyrə membranı keçiriciliyinin dəyişməsi və nüvədə genetik proseslərin tənzimlənməsi yolu ilə özünü göstərir. Güman olunur ki, hormonlar fermentlərlə birləşərək onların quruluşunu dəyişir, nəticədə fermentativ reaksiyanın sürəti də dəyişir. Bu xüsusiyyət bir qrup hormon üçün sübut olunub.
Bu baxımdan mədəaltı vəzin hazırladığı insulin hormonu daha ətraflı öyrənilib. Insulin hüceyrə membranının keçiriciliyini artırır. Beləliklə qlükoza hüceyrəyə asanlıqla girib çıxır. Oxşar təsiri cinsi və boy vəzilərin hormonları da göstərir. Lakin böyrəküstü vəzin qabıq qatının hormonları hidrokortizon və kartikosteron isə hüceyrə membranının keçiriciliyini azaldır. Hormonlar nuklein turşuları və zülal sintezində iştirak edir. Steroid mənşəli hormonlar məlumat RNT-in sintez olunmasını gücləndirir, zülalı mənşəli hormonların sintezini aktivləşdirir.
Bəzi hormonlar isə nüvənin daxilini keçərək xromosomlarla birləşir və irsi məlumatın ardıcıllığı və tamlığını qoruyub saxlayır,nəsildən nəsilə ötürməsini asanlaşdırır.
Embrional inkişafın müxtəlif dövrlərindən başlayaraq endokrin vəzlərin ifraz etdiyi hormonlar orqanizmin böyümə və inkişafına təsir göstərir. Bətndaxili inkişaf dövründə çəngəlvari vəzi, epifiz, mədəaltı və böyrəküstü vəzin qabıq qatının hormonları fəaliyyətdə olur. Uşaq anadan olandan sonra isə daxili sekresiya vəzilərinin fəaliyyati müxtəlif cür olur. Məs: 1 yaşından 6-7 yaşadək qalxanvari, çəngəlvari (timus) və epifiz vəziləri orqanizmin böyümə və inkişafına yaxşı təsir göstərir. Bu yaşdan cinsi yetkinlik dövrünədək hipofizin ön payı uşaqların boy artımına müsbət təsir göstərir, böyrəküstü vəzin qabıq qatının ifraz etdiyi androgen hormonu isə 2-ci cinsi əlamətlərin meydana çıxmasını təmin edir.