Gecə kompüter qarşısında oturmaq ziyandır. Bələki gecə saatlarında İnternetdə söhbətləşən insanların yeni informasiyalar qəbul etməsi, yadda saxlaması çətin olur.
Yuxudan əvvəl kompyuter qarşısında çox vaxt keçirən insanlarda stres hallarına daha çox rast gəlinir.
Elektron yazışma daha fəal işdir. Hər cümlə haqqında düşünmək və klaviaturada beynindən keçənləri yazmaq beyini dincəlməyə, yuxuya hazırlaşmağa qoymur. Bu, sonda əsəb sistemində pozulmalara aparıb çıxarır, — deyə tədqiqatçılar bildirir.
Sorğu göstərib ki, gecə yuxusundan əvvəl bu işlə məşğul olanların 70%-dən çoxu ya yuxuya gec gedir, ya da yuxuya getdikdən sonra rahat yata bilmir, tez-tez oyanır, yaxud səhərədək o tərəf-bu tərəfə çönür.
Araşdırma televizora baxmağın zərərinin bu qədər olmadığını göstərib.