Sakitləşmənizi təmin edəcək məsləhət

Sakitləşmənizi təmin edəcək məsləhət

Sakitləşmək, əsəbləri nəzarətdə saxlamaq çətin görünsə də, oxuyacaqınız bu məsləhətlər  duşdüyünz vəziyyətlərin daha pisə hal almasının qarşısını ala bilər və əsəblərinizi biraz sakitləşdirə bilərsiniz.

— Səssiz durun: Beyninizin içindəki bütün düşüncələri demə istəyi hər nə qədər ağır gəlsə də, bu kimi vəziyyətlərdə səssiz qalmaq ən doğru variantdır deyə bilərik.

-Əsəbinizi daha sonra peşman olacağınız sözlərə çevrilməsinə icazə vermək yerinə ağıllıca rəftar edərək səssiz qalın və düşüncələrinizi əks etdirmək üçün daha uyğun bir anı gözləyin.

-Vəziyyətin səbəbini tutub səssiz qalmağı bacardıqdan sonra, əsəbləşməyinizə səbəb olan vəziyyətin səbəbini düşünün. Xüsusilə ortada bir səhv başa düşülmə olmadığından əmin olun.

-Qarşınızdakı kimi düşünün: Əsəbləşməyinizə bir adam səbəb oldusa, vəziyyətə qarşınızdakı adamın gözündən baxmağı yoxlayın. Bu şəkildə daha yumşaq bir cavab verməyi bacaracaqsınız.

-Dərin nəfəs alın: Vəziyyət anında səssiz qalmağı bacarmaq üçün dərin və yavaş nəfəs alın. Nəfəs alıb vermək zehininizin rahatlamasına da köməkçi olacaq.

-Məkandan uzaqlaşın: Əsəbiləşməyə başladığınızı hiss etdiyinizdə məkanı dəyişdirərək hadisənin uzanmasına mane ola bilərsiniz.

-Vərdiş dəyişdirin: Əsəbinizə nəzarət etməyinizə maneə törədən vərdişlərdən xilas olmağa çalışın. Bu vərdişləri bir anda deyil ancaq yavaşca tərk edin.

-Cavab verməyə qərar verdiyinizdə: Danışmağa tənqid edərək başlamaq yerinə, öz hisslərinizi ifadə edərək başlayın. Problemi açıqca ortaya qoyun və nəyə əsəbiləşdiyinizə açıqlayın.

Top