Alkoqol həvəskarlarını nə gözləyir ?

Alkoqol həvəskarlarını nə gözləyir ?


Fransanın Lille universitetinin mütəxəssisləri spirtli içkilərin daha bir bədxassəli keyfiyyətini aşkarlaya bilmişlər.Beləki,aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,spirtli içkilərinqəbulu nəinki baş beyində damar pozğunluqları və neyronların kütləvi məhvi ilə nəticələnir,həmçinin praktiki sağlam insanlarda,hətta gənclərdə belə insult hallarının aşkarlanmasına təkan verir.Bu qənaət barədə Amerika nevroloqlar assosiasiyasının “Neurology” jurnalında məlumat verilmişdir.

Fransız mütəxəssislər orta yaş göstəricisi 72 olan və əvvəllər insult keçirmiş 540 pasientin xəstəlik tarixlərini diqqətlə tədqiq etmişlər.Onlar və həmçinin yaxınları spirtli içkilərin hansı miqdar və necə qəbul olunması barədə ətraflı sorğuya tutulmuşlar.Həmçinin təcrübənin nəticələrini dəqiqləşdirmək üçün pasientlər və yaxınları hamılıqla komputer tomoqrafiyasında müayinədən keçirilmişlər.

Sınaqlar göstərir ki,pasientlərin 137 nəfərində (25%) alkoqolizmin bütün xüsusiyyətləri özünü tam mənası ilə büruzə edir.Onlar gün ərzində 3-5 ölçü spirtli içkilər qəbul etmişlər,bu isə 50qr saf alkoqol deməkdir.Komputer tomoqrafiyasının verdiyi məlumata əsasən bədxassəli içki aludəçilərində insult içməyənlərə nisbətən 14 il daha erkən,ortalama 60 yaş həddində baş verir.Qorxulu cəhət bundan ibarətdir ki,insult 60 yaş həddində baş verirdisə,bu 1-2 il sonrakı ölümün işarəti demək idi.Aparıcı mütəxəssis Kordonun sözlərinə görə onların apardığı tədqiqatlar spirtli içkilərin qəbulu ilə insult arasında zaman və keyfiyyət nöqteyi-nəzərdən mühüm və dəqiq əlaqə mexanizmini aşkarlamağa imkan vermişdir.

Top