Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq,nevroloq,psixoloq,toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməniz atılan ən doğru addımdır.Bu zamanında və düzgün diaqnozun qoyulması eyni zamanda düzgün müalicə taktikasının seçilməsi üçün olduqca əhəmiyyətlidir.Unutmayaq ki.düzgün diaqnoz yarı-yarıya müalicə deməkdir.Titrəmənin səbəbləri kkifayət qədər çoxdur.Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır.Tibbdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab olunmuşdur:patoloji və normal.
Normal titrəmənin kliniki olaraq bir əhəmiyyəti olmayıb xüsusilə gənc yaşlarda daha çox müşahidə olunmaqdadır.İnkişaf edən orqanizmi hər hansı ani stress və ya həddindən çox fiziki yükləmə bədənin müxtəlif hissələrinin eyni zamanda və ya domino effekti ilə titrəməsinə səbəb ola bilər.Əgər titrəmə tamailə sakit bir vəziyyətdə başlayır və müəyyən müddət davam etməklə yanaşı digər hissələrə də keçirsə həkimə müraciət edilir və bu zaman mütəxəssis tərəfindən təyin olunan qıcolma əleyhinə və trankvilizator preparatlar problemin aradan qalxmasına kömək edir.Kliniki müşahidə üçün 2 həftə kifayətdir.Əgər bu hal davam edirsə artıq buna normal deyil patoloji titrəmə diaqnozu altında baxılır və uyğun tədbirlər görülür.Bu halda heç bir zaman kənardan müdaxilə olmadan titrəmənin spontan olaraq dayanması mümkün olmur.Patoloji titrəmö dərman qəbulu,orqanizmin metabolik reaksiyası şəklində və zərərli vərdişlərin nəticəsi kimi meydana çıxa bilir.Hər bir halda həkim-mütəxəssis səbəbi müəyyən edərək adekvat addım atmalıdır,buna görə də heç bir halda özünüzə təsəlli verərək problemin aradan qalxa biləcəyini düşünməyin.