Demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. İlk dəfə 1905 cı ildə alman psixiatoru Alis Alsheimer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65-dən yuxarı yaşlılarda qeyd olunsa da onun erkən yaşlarda da rast gəlinməsi mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050 ci ildə isə bu sayın dörd dəfə artıq olacağı gözlənilir.
Xəstəlik insanda nitq,məntiq və yaddaş kimi əhmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir.Bu səbəbdəndir ki,xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər,sadəcə onlar əqli gerilik olduğundan bunu hiss etməsələr də ailə üzvləri üçün əsl çəkilməz bir “əzab” kimi yaşayırlar.Əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez,toksiki maddələr,xüsusilə metal ilə zəhərlənmə,kəllə-beyin travmaları,beyin şişləri,neyonlar arası sinaptik əlaqələrin itməsinə ilə nəticələnən faydalı element çatışmazılığı,neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi və ən sonda genetika hesab olunur.
Simptomlar:
İlkin mərhələ:
1. Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq
2. Tanış əşyaları tanımamaq
3. Emosional pozğunluq,depressiya,narahatlıq,ümumi gərginlik
4. Dezorientasiya
5. Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq)
Son mərhələ:
1. Hallüsinasiyalar,fantastic ideyalar
2. Yaxın şəxsləri hətta qohumları tanımazlıq
3. Hərəki pozğunluq
4. Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik
5. Bəzi hallarda qıcolmalar
Ağırlaşmalar:
1. Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.)
2. Qida çatışmazlığı
3. Müxtəlif travmalar və bədbəxt hadisələr
Siz nə edə bilərsiniz:
Erkən mərhələdə diaqnozun qoyulması olduqca əhəmiyyətlidir.Ailə üzvləriniz arasında yaşlı hesab olunan insanların öz sağlamlıqlarına biganə olmasının əksinə onların zamanında lazımi həkim müayinəsindən keçməsi üçün çalışın.Ailə üzvlərinizdən hər hansı birində Alsheimer xəstəliyinin simptomlarından hər-hansı biri və ya bir neçəsinə rastlasanız mütləq həkimə müraciət edin və yaxınınıza bunu anlaşıqlı bir şəkildə izah edin.
Həkim nə etməlidir:
Ümumi baxış və lazımi müayinələr keçirməli,xəstə ilə necə davranmalı olduğunuzu sizə izah etməlidir.Mütəxəssisdirsə özü lazımi müalicə tədbirləri təyin etməli,əks halda sizi professional-psixiatr,nervopatoloq və herontoloqa lazımi müayinə və müalicə tədbirləri təyin etmək üçün istiqamətləndirməlidir.Hal-hazırda xəstəliyin tam müalicəsi tapılmasa da onun inkişaf tempini əhəmiyyətli dərəcədə azaldan medikamentoz üsullar işlənib hazırlanmışdır.