Statistikaya görə, hər 100000 nəfərdən 25-30-da üz sinirinin zədələnməsinə rast gəlinir. 30-35% hallarda isə bu ağırlaşmaların hesabına olur. Statistika da göstərir ki, bu problem diqqət mərkəzində saxlanılması vacib xəstəliklərdəndir. Üz sinirinin zədələnməsi adətən, üz əzələlərinin iflici ilə müşayiət olunur və xəstəyə əziyyət verir. Üz siniri nevriti anadangəlmə və qazanılma olur.
Qazanılma nevritlər:
- virus infeksiyalarının ağırlaşması nəticəsində
- insultun ağırlaşması nəticəsində
- düzgün aparılmayan cərrahi əməliyyatın ağırlaşması nəticəsində - doğuş zamanı travma nəticəsində - soyuq və ya odlu silahla üz sinirin zədələnməsi nəticəsində Elektromioqrafiya üz siniri nevritinin diaqnostikasında əsas və həlledici müayinə üsuludur. Əgər sinir ölməyibsə, zəif də funksiyasını yerinə yetirirsə bu zaman konservativ müalicə aparılır. Anadangəlmə nevrit və sinirin tam zədələnməsi hallarında müalicə cərrahidir. Zədələnmiş siniri müalicə etmək üçün sağlam sinirdən istifadə olunur. Əvvəllər bunun üçün çeynəmə əzələlərindən istifadə edilirdi, nəticədə təbii mimikanı əldə etmək olmurdu. Yeni metoda əsasən, sağlam sinirin ayaqcığından götürülərək transplantasiya olunur və zədələnmiş siniri bərpa etmək olur. 9 ay ərzində köçürülən sinir böyüyərək normal fəaliyyətə başlayır. İkinci əməliyyat isə əzələlərin bərpası üçün aparılır.