Hipofiz şişləri

Hipofiz şişləri

Beyindaxili şişlərin 15%-ni hipofizin şişləri təşkil edir. Hipofiz özü beynin daxili sekresiya vəzilərindən olub, öz hormonları vasitəsilə endokrin sistemi və orqanlar sisteminin funksiyalarını tənzim edir:

  • Prolaktin
  • Adrenokortikotrop hormon və ya AKTH
  • Boy hormonu
  • Tiriostimulyasiyaedici hormon

Hipofiz iki paydan ibarətdir: ön pay adenohipofiz və arxa pay neyrohipofiz, bu paylar da öz növbəsində hipotalamusun ardını təşkil edir. Hər iki payın hormon sekresiya etməsi sinir sisteminin nəzarəti altında aparılır. Hipofizin şişləri hormonların pozulması nəticəsindən vəzinin qeyri -norman böyüməsi hesabına baş verir.

Hipofiz şişlərini əmələ gətirən faktorlara aşağıdakılar aiddir:

  1. Sinir sisteminin infeksion xəstəlikləri
  2. Kəllə və baş beyin travmaları
  3. Hormonal preparatlar
  4. Hamiləlik vaxtı dölə zərərli təsirlərin olması

75% hallarda hipofizin şişləri hormonal mənşəli olurlar. Şiş tərəfindən bir və ya neçə hormon sintez edirlərsə, aşağıdakı hallar meydana çıxa bilər:

  • Mərkəzi hipotireoz
  • Sindrom Kuşinqa
  • Akromeqaliya və ya qiqantizm
  • Prolaktinoma
  • Şişin böyüməsi zamanı hormon sintez edən hüceyrələr zədələnə bilər ki, bu da hipopiutarizm adlanan vəziyyətə gətirib çıxara bilər.

O hallarda ki, şişin dəqiq mənbəyi məlum deyil, lakin endokrin mənşəli olduğu bilinir, bu zaman şiş çoxsaylı endokrin neoplaziya adlanır. 20% hallarda hipofizin şişləri simptomsuz keçdiyindən xəstədə heç bir şübhə yaratmır. Qalan 80% hallarda isə aşağıdakı simptomlara özünü göstərir:

  • Kütlənin dəyişməsi
  • Qəbizlik
  • Əllərin və pəncələrin böyüməsi
  • Üz quruluşunda bəzi dəyişikliklər: çənə, üz sümükləri, dil formasının dəyişilməsi və sifətin ayabənzər forma alması, gözlərin ödemi (şişkinliyi).
  • Tüklərdə dəyişiklik: saç və qaşların zədələnməsi və bədəndə tüklərin azalması
  • Baş ağrısı
  • Yuxululuq
  • Təzyiqin aşağı olması
  • Ürəkbulanma və qusma
  • Zökəm
  • Əsəbi olmaq və seksual tələbatın azalması
  • Həssaslıqla bağlı problemlər
  • Qıcolmalar
  • Dəridə dəyişikliklər
  • Ümumi zəiflik
  • Görmə ilə bağlı problemlər: ikiləşmə və gözün sulanması
  • Qadınlarda aybaşı tsiklinin pozulması və hirsutizm
  • Kişilərdə süd vəzilərinin böyüməsi və impotensiya

Diaqnostika və müalicə

Diaqnostika qan və sidiyin endokrinoloji profilinin yoxlanılması, kəllənin MRT müayinəsi, görmə sahəsinin və görmə itiliyinin təyini və pasientin endokrinoloji statusunun qiymətləndirilməsi vasitəsilə dəqiqləşdirilir.

Hipofizin şişlərinin müalicəsi individual olaraq aparılır. Bu zaman burun dəliyi və ya sinuslar vasitəsilə şişin aradan götürülməsi üçün cərrahi əməliyyat aparılır. Bundan başqa, göstəriş olduqda radioterapiya və kimyəvi terapiyası da aparılır.

Top