Beyin

Beyin

Baş beyin quruluş və funksiyaları ilə bir-birindən fərqlənən və getdikcə mürəkkəbləşən ayrı-ayrı şöbələrdən əmələ gəlmişdir:
1) Onurğa beyninin davamı olan uzunsov beyin.
2) Arxa beynin törəməsi varol körpüsü və beyincik.
3) Orta beyin.
4) Aralıq beyin.
5) Uc beyin və ya baş beyin yarımkürələri (Şəkil 5).
Baş beyinin şöbələri
Onurğa beyin. Onurğa beyni onurğa kanalında yerləşir. Yaşlı adamlarda onurğa beynin diametri təxminən 1 sm, uzunluğu 40-45 sm, çəkisi isə 30 qrama qədər olur. Onun mərkəzində içərisi onurğa beynin mayesi ilə dolu onurğa beyni kanalı keçir.
Onun kəsiyinə baxdıqda daxildə boz, xaricdə isə ağ maddələr görünür.
Boz maddə H hərfinə qanadları açılmış kəpənəyə oxşayır.
Boz maddənin ortasında onurğa beyni mayesi ilə dolu olan onurğa beyni kanalı yerləşir.
Boz maddənin ağ maddənin içərisinə girən hissəsinə buynuz deyilir.
Arxa buynuzda hissi neyronların ön buynuzlarda hərəki ney­ron­ların cisimləri yerləşir (Şəkil 6).
onurğa beyin
Bədənin müxtəlif üzvlərində yerləşən reseptorlardan onurğa beyninə daxil olan oyanmalar burada işlənir, sinir impulsları formalaşır və işçi orqanlara – ürəyə, damarlara, skelet əzələlərinə və vəzlərə, bağırsağa və s. ötürülür, nəticədə həmin orqanların funksional vəziyyəti dəyişilir. Onurğa beynin fəaliyyəti baş beynin nəzarəti altında olur. Baş beyin onurğa beyni reflekslərini tənzim edir.
Onurğa beynin nəqledici yolunu qalxan və enən hissələrə ayırırlar. Qalxan nəqledici yollar oyanmanı baş beyinə, enən nəqledici yollar isə oyanmanı baş beyindən işçi orqana ötürür.
31 cüt onurğa beyni sinirləri onurğa sütununda olan fəqərəarası dəlikdən xaric olur.
Onurğa beyni aşağıdakı funksiyaları yerinə yetirir:
1) Sinir impulslarını nəql edir.
2) Burda bədən və daixil üzvlərin funksiyalarını tən­zim edən şərtsiz reflekslərin qövsləri qapanır.
3) Onurğa beynində tər ifrazı, bəbəyi genəldən, diafraq­manı hərəkət etdirən, sidik ifrazı, defakasiya və cinsi funksiya mərkəzləri yerləşir.

baş beynin quruluşuBaş beyin sütun və ya kötük hissəsini uzunsov, arxa, orta və ara beyin təşkil edir. Baş beyin kəllə boşluğunun içərisində yerləşir. Orta yaşlı insanlarda baş beynin kütləsi 1100-2000 qramdır.
Onurğa beynində olduğu kimi, baş beyində ağ və boz maddə ayırd edilir. Boz maddə xaricdə, ağ maddə daxildə yerləşir. Ağ maddə nəqledici yolları əmələ gətirir. Bunlar baş beyni onurğa beynilə, həmçinin digər şöbələri bir-birilə əlaqələndirir.

Uc beyin həcmcə inkişaf edərək döldə beyinin digər şöbələrin üzərini örtür. O, beyin yarımkürələri və ara beyini əmələ gətirir.

Baş beynin müxtəlif şöbələrindən 12 cüt beyin siniri çıxır. Bunlara qoxu, görmə, gözün hərəki, blokvari, üçlü, uzaqlaşdırıcı, üz, eşitmə və müvazinət, dil-udlaq, azan, əlavə və dilaltı sinirlər aiddir.

Uzunsov beyin. Uzunsov beyin onurğa beynin davamıdır. İnsanda onun uzunluğu 2,5 sm, ağırlığı 7 qrama çatır. Yuxarıdan varol kör­püsü, aşağıdan böyük ənsə dəliyi arasında yerləşir. Boz maddə daxildə, ağ maddə xaricdə yerləşir. Uzunsov beyində IV mədəcik yerləşir.
Uzunsov beyində bir çox həyatı əhəmiyyəti olan mərkəzlər, tənəffüs, ürəyin fəaliyyəti, damarların tonusu, əmmə, çeynəmə, tüpürcək udma, mədə şirəsi, mədə evakuasiyası, mədəaltı vəzi şirəsi, öd ifrazı və s. yerləşir.

Arxa beyin. Arxa beyin beyincik və vorol körpüsündən əmələ gəlir. Körpü boz və ağ maddədən təşkil olunub. Burada beyinciyi, yarımkürələrini mərkəzi sinir sisteminin digər şöbələri ilə birləşdirən çoxlu yollar yerləşir.

Beyinciyin pozğunluğu zamanı hərəkətlərin əlaqələndirilməsi və nizamlanması, səmtin müəyyən edilməsi, əzələ tonusu və müvazinat pozulur.

Orta beyin. Orta beyin körpə və ara beyin arasında yerləşir. O, dördtəpəli cisimdən və beyin ayaqcıqlarından ibarətdir. Orta beyin əzələ tonusu və pozanı tənzim edir.

Ara beyin. İki əsas hissədən ibarətdir: görmə qabarları talamus və qabaraltı sahə hipotalamus əmələ gətirir.
Ara beyində üçüncü mədəciyin yan divarlarının aşağı hissəsində alt beyin artımı hipofiz, üst beyin artımı epifiz yerləşir.
Aralıq beyin oyanmaları ara beyindən əsasən görmə qabarları vasitəsi ilə baş beyin yarımkürələrinə və əksinə nəql edir. Görmə qabarları bütün görmə, eşitmə, lamisə və dad hissi qıcıqlarının ali qabıqaltı mərkəzidir. Yuxu və ayıqlıq, emosiya və psixi fəaliyyəti idarə edir. Temperaturun tənzimi, maddələr mübadiləsi tənzimi, ürək-damar və həzm sistemi fəaliyyəti, qabıqaltı mərkəzləri hipotolamusda yerləşir. Hipotalamus və hipofiz digər vəzilərin fəaliyyətini tənzim edən neyrohormon hazırlayır.

P.S. Beynimizin gün boyu daha aktiv olduğunu düşünsək də, əslində o, biz yatarkən daha çox işləməyə başlayır. Daha yüksək İQ səviyyəsi daha çox yuxu görmək deməkdir. Beynimizin işləməsi üçün 10 vatt enerjiyə ehtiyacı var. O, vücudumuzun 2 %-i demək olsa da, onda ehtiyacımız olan oksigen və kalorinin 20 %-i var. Beynin forması keçid dövründə dəyişir.
Top