Abstinesiya

Abstinesiya

ABSTİNENSİYA - morfin, kokain, alkoqol və s. kimi narkotiklərin uzun müddət işlədilməsindən tamamilə əl çəkilməsi nəticəsində əmələ gələn birləşmiş psixi və somatonevroloji pozğunluqlardan ibarətdir. Abstinensiya zəiflik, çox tərləmə, qusma, ishal, əllərin titrəməsi, oynaqlarda ağrı, təngnəfəslik, ürək döyünməsi, yuxusuzluq ilə xarakterizə olunur.
Abstinensiya vəziyyətində xəstə süst və əzgin, yaxud əksinə, həyəcanlı və əsəbi olur. Ağır abstinensiya sindromu təcavüzük və pozucu təmayüllərlə cərəyan edə bilər. Xəstələr çox vaxt ağlayırlar və nəyin bahasına olursa-olsun, narkoz əldə etmək üçün yalandan onlarda ağrı tutması olduğunu göstərməyə cəhd edirlər, çünki abstinensiyalı xəstələrin orqanizminə narkoz yeridildikdə çətin dözülən əzabverici ağrılar tamamilə kəsilir. Qeyd etmək lazımdır ki, xəstələr çox vaxt preparatları oğurlayırlar, qıfılları sındırarkən qeyri-adi məharət göstərirlər. Abstinensiyanın dayandırılması həkimin təyinatına görə tibb bacısı tərəfindən həyata keçirilən bir sıra təşkilati və müalicə tədbirlərindən ibarətdir. Bu zaman xəstəyə baxım xüsusi əhəmiyyət kəsb edir. Xəstə üçün yataq rejimi və ən ciddi gündəlik nəzarət təyin edilir. Onun başqaları ilə görüşməsi qadağan edilir, çünki xəstənin qohumları ona narkotiklər gətirə bilərlər. Buna görə də tibb bacısı xəstə üçün gətirilən bütün şeyləri diqqətlə nəzərdən keçirir. Xəstə üçün ancaq yüngül həzm olunan, zülallar və vitaminlərlə zəngin pəhriz təyin edilir. Abstinensiyanın dayandırılması üçün, həkimin təyinatına görə əzələyə insulin, neyroleptiklər (aminazin, tizersin, etaperazin, xlorprotiksen) və trankvilizatorlar (diazepam, seduksen, xlordiazepoksid - elenum), venaya qlükoza və kalsium-xlorid yeridilir. Tibb bacısı dərmanların vaxtlı-vaxtında qəbul edilməsinə ciddi fikir verməlidir, çünki xəstələr çox vaxt müalicədən imtina edirlər. Xəstələrin narkotikləri oğurlamasına yol verməmək üçün dərmanların yaxşı qorunması qayğısına qalmaq lazımdır.
Abstinensiya dövrü 14 günə qədər davam edir. Bu dövr ərzində xəstələrin ürək fəaliyyətinin kəskin surətdə aşağı düşməsinə yol verməmək üçün tibb bacısı hər gün xəstələrin nəbzini və arteriya təzyiqini yoxlamalıdır.

Müəllif tibb elmləri namizədi İ.S. Proxorova

Top