İqtisadiyyatın fəlsəfi iqtisadi reallıq haqqında fəlsəfi təlimdir. O, iqtisadi reallığı tədqiqi edir, buradakı aktual problemləri üzə çıxarır, interpritasiya və ya şərh edir, iqtisadi varlığın əsasları və prinsiplərini öyrənir. Iqtisadi fəlsəfənin əsas həll etdiyi məsələ əslində “malik olmaq” yox, “necə sağ qalmaq?” məsələsidir. Bir elm kimi iqtisadiyaat fəlsəfəsi, iqtisadi biliklərin fəlsəfi qnesioloji şərhini edir, iqtisadi problemlərin həllində metodoloji baza rolunu oynayır və bir baza kimi o, fəlsəfənin qanun və kateqoriyalarından, prinsiplərindən (sistemlilik, konkretlik, inkişaf) yanaşır və Qərb və Şərq mədənəyyətlərinin iqtisadi həyata təsirini öyrənir.
Ən qədim fəlsəfi düşüncələr hələ ibtidai icma dövründə yaranmışdır. İqtisadi fikirlər o zaman hər hansı ayrıca əsə və kitablarda şərh edilməmişdir. Bu dövrün iqtisadi bilikləri öz əksini daş üzərində mixi yazılarda, mifologiyada, fəlsəfi traktatlarda dini kitablarda tapmışdır. Belə ki, Çar Xammurapinin qanunları daş üzərində mixi yazılarda, qədim yunan cəmiyyətinin iqtisadi həyatı Homerin poemalarında, yəhüdilərin, Fələstində və ətraf torpalarda yaşamış insanların iqtisadi həyatı Bibliyada öz əksini tapmışdır. İlk əvvəl qədim yunan miflərində iqtisadi həyat, əmək, məişət, maddi və mənəvi sərvətlər haqqında fikirlərə rast gəlmək olur. Ozaman pul və var- dövlətin insan həyatnda mənfi rol oynaması, maddiyata həddindən artıq meyl edilməsi, insanların mənəviyyatının dağılması haqqında fikirlər mövcud idi. Sistemli şəkildə iqtisadi biliklərə ilk olaraq antik fəlsəfədə rast gəlinir. Bundan başqa hind fəlsəfəsində, Konfutsilikdə iqtisadi fikirlər var idi. Platon və Aristotelə qədər fəlsəfi biliklər əsas etibarı ilə insanların gündəlik həyat təcrübəsinin simvolik və bədii-obrazlı şəkildə ifadə olunmuş sistemləşdirilməsindən ibarət idi. Platon və Aristoteldən başlayaraq fəlsəfə, artıq, sadəcə, müdrikliyə məhəbbətlə kifayətlənməyərək, nəinki təkcə insan haqqında, həmçinin onun həyat fəaliyyətinin cərəyan etdiyi dünya haqqında təsəvvürlərin etibarlı fundamentinə istinad edən təlim kimi formalaşır. Qədim yunan fəlsəfəsi həqiqi varlığın strukturu haqqındakı məsələni müzakirə edərək, bu problemin həllinə dair müxtəlif cavablar siyahısını təqdim etdi: son hədlər və ya maddənin bütün dünyanın təşkil olunduğu ən kiçik hissəciklərinin mövcudluğu haqqında təsəvvürlər (antik atomizm); təbiətin sonsuz bölünənliyi, deməli, bölünmənin hər hansı bir son həddinin olmaması haqqında təsəvvürlər; nəhayət, bütün mövcud olanın hər şeyi əhatə edən və hər şeyə nüfuz edən vəhdəti haqqında təsəvvürlər. Hər bir düşünən insan bu cür təsəvvürlərin şüurlu axtarışında və seçimində iştirak edə bilərdi. Həm axtarış, həm də seçim tənqid və məntiqi arqumentasiya metodları əsasında variantlardan birini qəbul etmək vasitəsilə həyata keçirilirdi. Qədim yunan fəlsəfəsində ilk dəfə olaraq iqtisadi həyatın mənşəyinə dair çox dəyərli fikilər söylənmişdi. Yunanıstanda iqtisadi fikir ozünün ən yüksək nöqtəsinə antik dövrdə Ksenofontun, Platonun və Aristotelin əsərlərində çatmışdır. İqtisadiyyat sözünün ilk müəllifi olan Ksenofont “Ev təsərrüfatı” traktatında ilk dəfə olaraq cəmiyyətdə əmək bölgüsü probleminin öyrənilməsinə böyük maraq göstərmişdir.Ksenofont təsərrüfatı istehlak dəyərlərinin yaradılması prosesi kimi qiymətləndirmişdi. O, əməyin əqli və fizikiyə, insanların isə azad və qullara bölgüsünü təbii hesab etmiş, bununla da quldarlığa haqq qazandırmış və iqtisadi inkişafın yolunun kənd təsərrüfatında - əkinçilikdə görmüşdü. . Onun platforması qul sahibliyinin və istehlakın kollektiv formasına yönəlmişdir. Aristotel qədim dünyanın iqtisadi biliklərinin ən yüksək nümunələrini vermişdir. O, birinci dəfə olaraq iqtisadi hadisə və proseslərin nəzəri cəhətdən dərk edilməsinə və o zamankı cəmiyyətin iqtisadi qanunlarını təhilil etməyə çalışmışdır. Buna görə də o ilk iqtisadçı olmuşdur. O, birinci olaraq iqtisad elminin tədqiqit obyetki olan əmtəə istehsalının bir çox iqtisadi anlayışlarını: mübadilə,pul, qiymət, ticarət, mənfəət, borc faizi və s. işləyib hazırlamışdır mübadilə prosesinin təhlilini vermişdir. Aristotel mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsini görə bilmişdi və bu bərabərləşmənin hər hansı bir əsasını inandla axtarmışdı. Mübadilənin əsasında ictimai əmək bölgüsünün dayandığını göstərmişdi. Aristotelin öz fəlsəfəsində quldarlığı təbii, qulu isə danışan alət adlandırmışdır. O, natural quldarlıq təsərrüfatının mənafelərini müdafiə etmişdir və quldarlıq quruluşunun iqtisadi xarakteristikasını vermişdir. Quldarlıq quruluşunun ehtiyacdan yarandığını qeyd etmişdir. Azad vətəndaşlar üçün fiziki əməyi layiq görməmiş bütün fiziki və ağır işlərin qullara mənsub olduğunu göstərmişdir. Qula gəlir gətirən əmlak kimi baxmış və onu mülkiyyətin ən zəruri obyekti adlandırmışıdır. Fəlsəfi biliyin özünəməxsusluğunu əsaslandırmaq üçün Aristotel sonralar «Metafizika» adlandırılan ilk başlanğıclar haqqında təlim yaratdı. Aristotelin anlamında metafizika o vaxtlar təbii-elmi biliklərlə eyniləşdirilən, fiziki biliyin fövqündə dayanan xüsusi tip bilikləri ifadə edir. Əgər «bilik» anlayışını yalnız faktın və ya birbaşa müşahidənin inikası kimi deyil, həm də müşahidə olunanın nəzəri izahı və onun mahiyyətinin dərk edilməsi kimi anlasaq, fəlsəfə öz inkişafının ilk mərhələsində bütün mövcud biliklərin hamısını əhatə edirdi. Bu mənada o, bütöv bir tam kimi başa düşülən dünya və insan haqqında bilikləri özündə təcəssüm etdirir. Fəlsəfənin predmetinin bu cür anlaşılması uzun əsrlər boyu davam etmişdir. Platonun fəlsəfəsi baxışalrında əmək bölgüsü haqqında fikirlər üstün mövqe tutmuşdur. Platon əmlak bərabərsizliyini və siniflərin mübarizəsini aradan qaldırmağa cəhd göstərmişdir. O, torpaq və evlərin bərabər bölgüsünü təklif edir, torpaqların satılmasıa və qızılla gümüşün mülkiyyətçisi olmağı qadağan etməyi təklif edirdi. Xeyli sonralar, Yeni dövrdən başlayaraq, konkret elmlər fəlsəfədən qopub ayrılmağa başladı. Elmlərin, xüsusən, XIX əsrin ortalarından başlayaraq sürətlə inkişaf etməsi fəlsəfənin predmeti və funksiyası haqqında təsəvvürlərdə ciddi dəyişikliklər yaratdı.Bir çox görkəmli mütəfəkkirlər fəlsəfəyə xüsusi tip bilik kimi yanaşmağa başladılar. Aydındır ki, fəlsəfənin təqribən üç minillik tarixi ərzində onun predmeti tədricən dəyişmiş və dəqiqləşmişdir. Lakin bu sahədə daha radikal dəyişikliklər, göründüyü kimi, XIX əsrin ortalarında baş verdi və fəlsəfə bütövlükdə öz inkişafının keyfiyyətcə yeni dövrünə qədəm qoydu. Beləliklə, Qərbi Avropa fəlsəfi fikrində iki əsas tarixi dövr fərqləndirilir: ənənəvi, klassik fəlsəfənin meydana gəlməsi və inkişafı dövrü, XIX əsrin ikinci yarısından başlayaraq, bu gün də davam edən qeyri-ənənəvi və qeyri-klassik fəlsəfə dövrü. Onu, həm də postklassik fəlsəfə də adlandırırıq, çünki o, «gerçəkliyi öyrənmir – bununla elm məşğul olur və bizim gördüyümüz dünyanın arxasında gizlənən yeni dünya da kəşf etmir – bununla din məşğul olur. Fəlsəfə isə mümkün dünya yaratmağa cəhd göstərir, bu baxımdan o, incəsənətə yaxındır. Azadlığın mümkün olduğu bir dünya və bunun nəticəsi kimi – yaradıcılıq, məhəbbət, xoşbəxtlik» Necə olsa da, klassik fəlsəfə qərarlı şəkildə iddia edirdi ki, gec-tez o, elə bir fəlsəfi təlim yaradacaq ki, həmin təlim fəlsəfənin köklü problemlərini birdəfəlik həll edəcək, yaxud heç olmasa, fəlsəfi idrakın köklü, fundamental problemlərinin əsas məzmununu açacaqdır. Müasir fəlsəfə məsələnin bu cür araşdırılmasını heç irəli də sürmür, belə ki, o hesab edir ki, bu prinsipcə həll olunan məsələ deyil, onun qoyuluşu mənasızdır. Bu cür qərarın əsasları aydındır. Axı, insan idrakı təbiəti etibarilə sonlu və məhduddur. O, mütləq idrak, sonuncu və yekun həqiqət adlanmağa iddia edə bilməz. Lakin fəlsəfədə çoxdan müəyyənləşmiş həqiqətə, son 1,5 əsr ərzində daha çox istənilən şüur aktının sosial-tarixi və mədəni-tarixi şərtlərilə əlaqədar olan mühakimələr əlavə olunmuşdur.