iqtisadi təlimlər tarixi kateqoriyası üzrə məqalələr

Mülkiyyət

Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bü­tün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib forma­laş­masını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşə­də, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sü­rən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.
Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbə­də investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mül­kiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl in­vestisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, bank­lar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mül­kiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlik­də, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdir­mək də düzgün deyildir.
Davamı →

Iqtisadi fəlsəfə

İqtisadiyyatın fəlsəfi iqtisadi reallıq haqqında fəlsəfi təlimdir. O, iqtisadi reallığı tədqiqi edir, buradakı aktual problemləri üzə çıxarır, interpritasiya və ya şərh edir, iqtisadi varlığın əsasları və prinsiplərini öyrənir. Iqtisadi fəlsəfənin əsas həll etdiyi məsələ əslində “malik olmaq” yox, “necə sağ qalmaq?” məsələsidir. Bir elm kimi iqtisadiyaat fəlsəfəsi, iqtisadi biliklərin fəlsəfi qnesioloji şərhini edir, iqtisadi problemlərin həllində metodoloji baza rolunu oynayır və bir baza kimi o, fəlsəfənin qanun və kateqoriyalarından, prinsiplərindən (sistemlilik, konkretlik, inkişaf) yanaşır və Qərb və Şərq mədənəyyətlərinin iqtisadi həyata təsirini öyrənir.

Davamı →

C.Robinson və U.Rostou

XX əsrin 20-30-cu illərində siyasi iqtisad elmində müxtəlif nəzəri və əməli istiqamətlər yaranmışdı. Bu nəzəriyyələrdən biri də qeyri-təkmil rəqabət nəzəriyyəsi idi. Qeyri-təkmil rəqabət nəzəriyyəsi bazarı öyrənir, bazarda inhisarların hökmranlığını qəbul edir, onların bazar qiymətlərinin formalaşmasında rolunu təhlil edir və xırda mülkiyyətçiliyi müdafiə edirdi.

Davamı →

L.Erxardın iqtisadi islahatları. "formalaşmış cəmiyyət" konsepsiyası

Neoliberal istiqamətdə xüsusi maraq doğuran şəxs Frayburq məktəbinin başqa bir nümayəndəsi Lyudviq Erxard (1897-1977) olmuşdur. O, sosial bazar təsərrüfatı konsepsiyasına əsaslanaraq iqtisadi islahatların praktiki olaraq həyata keçirilməsinin müəllifi olmuşdur.

Davamı →

Qərbi Almaniyada neoliberalizm.Valter Oyken

Neoliberalizm nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir və ümumi metodologiyaya malik olan müxtəlif məktəbləri özündə birləşdirir. Bunlardan əsasları Frayburq (V.Oyken), L.London (F.Xayek) və Çikaqo (M.Fridman) məktəbləridir. Fransada neoliberalizmin nümayəndələri Ryuef, M.Alle və b. olmuşlar.
Neoliberalizm ilk olaraq klassik formada Qərbi Almaniyada «Ordoliberalizm» cərəyanı kimi meydana gəlmiş və Frayburq məktəbi adı altında fəaliyyət göstərmişlər. İlkin nümayəndələri alman iqtisadçıları V.Repke, A.Ryustov, V.Oyken, L.Erxard, X.Qraman-Dert, L.Miki, K.Qestrix, F.Luts və s. olmuşlar.

Davamı →

Neoliberalizmin nəzəri və metodoloji əsasları

Neoliberalizm  müasir neoklassik nəzəriyyələrin bir istiqamətidir. Neoliberalizm ideyaları hələ XX əsrin 20-30-cu illərində meydana gəlməyə başlamış və getdikcə inkişaf edərək bütöv bir təlimə çevrilmişdir. Bu təsadüfi olmayıb, həmin dövrdə cəmiyyətdə baş verən yeni keyfiyyət dəyişiklikləri ilə bağlı idi. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında inhisarlar hökmranlıq etməyə başlamış, azad rəqabət aradan qalxmış, iqtisadi tənəzzül dərinləşmiş, işsizlik artmış və nəhayət 1929-1933-cü illərin iqtisadi böhranı kapitalist dünyasını lərzəyə salmışdı.

Davamı →

A.Mizesin neoliberalist baxışları

Neoliberalizmin görkəmli nümayəndələrindən biri də Çikaqo məktəbinin iqtisadçısı Lyudviq fon Mizes (1881-1973) olmuşdur. O, F.Xayeklə birlikdə həm də Avstriya məktəbinin davamçısı hesab olunur.
L.Mizes Avstriyada anadan olmuş, Vyana Universitetində təhsil almış, orada işləmiş, professor dərəcəsinə yüksəlmişdir. 1940-1969-cu ildən isə Nyu-York Universitetində beynəlxalq iqtisadi münasibətlər kafedrasında çalışmışdır. Özünün iqtisadi baxışlarını «Pul və kredit» nəzəriyyəsi (1912), «Sosializm» (1922), «Bürokratiya» (1944), "İnsan fəaliyyəti: iqtisadiyyat haqqında traktat" (1949), «Nəzəriyyə və tarix» (1957) əsərlərində şərh etmişdir.

Davamı →

F.Xayekin iqtisadi-fəlsəfi baxışları. "Geniş qayda" nəzəriyyəsi

Neoliberalizmin görkəmli nümayəndəsi, müasir neoliberalizmin banisi hesab olunan London məktəbinin iqtisadçısı Fridrix Avqust fon Xayek (1899-1992) Avstriyada anadan olmuşdur. O Vyana Universitetini bitirmiş, 30-cu illərdə siyasi və hüquqi elmlər üzrə elmi dərəcə almış, yeni Avstriya məktəbinin liderlərindən birinə çevrilmişdir. Sonralar, 1931-ci ildə London məktəbində dərs demiş, 1952-1962-ci illərdə Çikaqo Universitetinin professoru olmuşdur. 70-ci illərdə Keynsin makroiqtisadi nəzəriyyəsinin böhranı F.Xayekdə onun ideyalarına maraq oyatmışdır.
Davamı →

Qədim Romada iqtisadi fikrin formalaşmasi

Qədim dövrün iqtisadi fikri klassik quldarlıq quruluşunun tərəqqi etdiyi e.ə. II əsrdə, eləcə də eranızın III-Y əsrlərində  Qədim Romada inkişaf etmiş və başa çatmışdır. Qədim Roma iqtisadi fikri azad və bərabərhüquqlu torpaq mülkiyyətçilərinin birləşməsi əsasında əmələ gəlmiş şəhər icma əkinçiliyi və qul əməyinin mənimsənilməsi ilə əlaqədar idi.
Roma polis dövlətinin quldarlıq şəraitində inkişafı və kəsb etdiyi ziddiyyətlərin aradan qaldırılması əkinçilik, torpaq mülkiyyətçiliyi, hərbiçilərin torpaq əldə etməsi hüquqları və sairə məsələlərlə bağlı aparılan islahatlarla sıx şəkildə bağlı idi.
Davamı →

Şərqdə iqtisadi fikrin formalaşmasinda islamin rolu

İqtisadi təlimlər tarixinin bir elm kimi formalaşmasında Şərq iqtisadi fikrinin müstəsna dərəcəli təsiri olmuşdur. Bu hər şeydən əvvəl Şərqdə, xüsusən İlkin Ərəb Xilafəti dövlətində İslam dininin meydana gəlməsi (610-632-ci illər) ilə yeni iqti­sadi münasibətlərin və davranış qaydalarının meydana gəlməsi ilə əlaqədar olmuşdur.
Şərqdə spesifik iqtisadi davranış qaydalarının mövcud olması bir tərəfdən ənənəvi yaşayış tərzindən, milli vərdişlərdən asılı olmuşdursa da, lakin onun spesifik forma alması sırf İslami mənəvi-dini dəyərlərin insanların həyat tərzlərində hakim mövqedə durması ilə bağlıdır. Ona görə də Şərqdə orta əsrlərdən başlayaraq iqtisadi fikirlər barəsində mülahizələr irəli sürərkən, bir qayda olaraq islam elmi dünyagörüşünə, xüsusən Qurani-Kərimdə və Məhəmməd (s.ə.s.) sünnəsindən irəli gələn prinsiplərə əsaslanmaq lazımdır.
Min illər boyu insanların mənəvi həyat tərzinin əsası kimi təsvir olunan islam eyni zamanda elmin bir sıra sahələrində böyük nailiyyətlərin əldə olunmasına istiqamət vermişdir. Sözsüz ki, burada fəlsəfəni, hüququ, sosiologiyanı, tarixi, ədəbiyyatı, dilçiliyi, kimyanı, fizika-riyaziyatı, coğrafiyanı və s. sahələri xüsusi qeyd etmək olar. Lakin Qurani-Kərimdə iqtisad elminə dair külli miqdar ayələrin olmasına, eləcə də şəriətdə xüms, zəkat, həcc kimi ərkan və ya rükunların göstərilməsinə baxmayaraq, onların sistemşəkilli tədqiqi istənilən səviyyədə aparılmamışdır.
Davamı →
Top