Dörd sözün bir anlamı

Dörd sözün bir anlamı

Türk, fars, ərəb və yunan küçə ilə gedirdilər. Yoldan keçən bir xeyirxah onlara bir dirhəm bağışladı. Fars dedi:

— Gəlin bu pula anqur alaq.
— Anqur nəyimizə gərəkdi, — ərəb dedi, — gəlin eynab alaq.

— Heç hay-küy salmayın, — türk işə qarışdı, — anqur da, eynab da özünüzə qalsın, biz bu pula üzüm alacağıq!

Yunan da özünü saxlaya bilmədi:
— Eh, ondansa gəlin stafil alaq.

Bir qalmaqal başladı ki, gəl görəsən. Bilgisiz adamlar bir-birilərini şil-küt elədilər, xəbərləri də olmadı ki, hamısının istədiyi eyni bir şey — üzümdü; bilmədilər ki, o bir dirhəm onların hamısını istəyinə çatdırar. Bir-birini başa düşməyənlərin dilini bilən, ürəklərin istəyini oxuyan bir kimsə çıxsaydı qarşılarına, o yazıq, o bilgisiz, bir-birinin qanına boyanan adamlar bilgi çırağının bircə közərtisiylə düşmənçiliyi bir yana atıb əminamanlıq və barışıq sarayının qapısına üz tutardılar.

Top