Lao Tzunun əhvalatı...
Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış. ..Öyle dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya haradasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır… «Bu at, bir at deyil mənim üçün; bir dost, insan dostunu satarmı» deyirmiş həmişə. Bir səhər qalxmışlar ki, at yox. Kəndli qocanın başına toplanmış:
«Səni qoca sən ağlını itirmisən, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var, nə də atın» demişlər.…
Bir gün yuxuda Allahdan müsahibə götürdüyümü gördüm. Soruşdum: «Ya Rəbbim, Sənin vaxtın varmı?».
Allah cavab verdi: "Əbədilik Mənim zamanımdır".
Soruşdum: "İlahi, Səni insanlarda ən çox təəccübləndirən nədir?"
Allah buyurdu: «Uşaqlıq illəri onları bezdirər və tez böyümək istərlər. Böyüməyə tələsərlər, böyüdükdə isə yenidən uşaq olmaq arzusunda olarlar. Daha çox qazanmaq, daha artığını əldə etmək üçün sağlamlığını itirər, sonra isə qazandıqlarını onu bərpa etməyə xərclərlər. Bəndələrim yaşadığı günü unudub gələcəyi barədə düşünər, xəyallar qurarlar. O qədər unutqan olarlar ki, ətrafdakılara əhəmiyyət vermədən xəyalında qurduğu gələcəkdə yaşayarlar. Nəticədə həm bu günü, həm də gələcəyi itirərlər. Onlar heç ölməyəcək kimi ömür sürər və elə ölərlər ki, sanki heç vaxt yaşamayıblar».
Abbasi Xəlifesi Harun Rəşid, sənətkarlara, elm adamlarına böyük hörmət göstərir, onların söhbətlərini dinləmək üçün hər fırsatı dəyərləndirirdi. Onları məclisinə çağırır, sualar soruşur, öyüdlərini alırdı. Yenə belə məclislərdən birində xəlifə, Bəhlül Danayə belə bir sual verər:
— Yeraltında, yerüstündə və göylərdə en çox olan şey nədir? Yeraltında ölülər, yerüstündə bitki və heyvanlar, göylərdə də mələklər olacaq yəqin ki? Bunların sayını da Allahdan başqa kimsə biləməz...
Bəhlul:
— Ey Xəlifə! Həm soruşursan, həm cavab verirsən. Hərçənd ki, bilirsən, məndən niyə soruşursan?
Xəlifə Harun Rəşid:
— Ağlıma elə gəldi soruşdum. Ancaq verdiyim cavab mənim təxminimdən ibarətdir. Əsil doğru cavabı sizdən öyrənmək istəyirəm.
Bəhlül, xəlifənin gözlərinin içinə baxıb:
— Elə isə dinlə! Doğru cavab sənin dediyin kimi deyil, yeraltında çox olan ölülər deyildir. Yeraltında çox olan o ölülərin peşmanlıqlarıdır. Onlar qəbrə qoyulduqları vaxt, etdikləri pisliklərə görə minlərcə dəfə peşmanlıq duymaqdadırlar.
— Yerüzündə çox olanlar bitki və heyvanlar deyildir. Yerüzündə çox olan insanların hırs və tamahlarıdır. O insanların ömürləri boş xəyallarla keçər. Onların nə özlərinə, nə də başqalarına faydaları vardır. Allahın hüzuruna isə əməlsiz dönərlər.
— Göylərdə çox olanlar isə söylədiyin kimi mələklər deyildir. Adil insanların ədalətindən doğan savablardır.
Budur ey xəlifə! Sənə öyüdüm, ədalət geyimini geyin və adil davran. Bu dünyada düşmanlarını və şeytanı adil rəftar etməklə məğlub edə bilərsən!!!
Dahi şairimiz Nizami Gəncəvinin (1141 -1209) çağdaşı olan Əbu-Bəkr ibn Xosrov əl-Ustadın farsca yazdığı məşhur «Munisnamə» kitabından seçmələri oxucuların diqqətinə təqdim edirəm.
▪ Xoşbəxt adam odur ki, dindar olmaqla başqalarına nisbətən daha az günah işləyir.
▪ Ən mömin adam — Allahın yasaqladığı şeylərdən imtina edəndir.
▪ Möminlik — ilk növbədə mərhəmətli olmaqdır.
▪ Mərhəmət — əlinin əməyi ilə yaşamaq, xoş niyyətlər bəsləmək, vicdanlı və insaflı olmaqdır.
▪ İnsaf — insanın özünə layiq bilmədiyi şeyləri başqasına da rəva görməməsidir.
▪ Yaramaz adam — özünə xeyir, başqasına isə şər və yamanlıq arzulayandır.
▪ Pis əməllərə qol qoyan, yalan danışan və israfa yol verən adam — alçaqdır.