Bir gün yuxuda Allahdan müsahibə götürdüyümü gördüm. Soruşdum: "Ya Rəbbim, Sənin vaxtın varmı?".
Bir anlıq sükut hökm sürür. Sonra soruşuram: "Allahım! Bəndələrinin Səndən hansı dərsləri almasını istərdin?"
Allah cavab verdi: "Əbədilik Mənim zamanımdır".
Soruşdum: "İlahi, Səni insanlarda ən çox təəccübləndirən nədir?"
Allah buyurdu: "Uşaqlıq illəri onları bezdirər və tez böyümək istərlər. Böyüməyə tələsərlər, böyüdükdə isə yenidən uşaq olmaq arzusunda olarlar. Daha çox qazanmaq, daha artığını əldə etmək üçün sağlamlığını itirər, sonra isə qazandıqlarını onu bərpa etməyə xərclərlər. Bəndələrim yaşadığı günü unudub gələcəyi barədə düşünər, xəyallar qurarlar. O qədər unutqan olarlar ki, ətrafdakılara əhəmiyyət vermədən xəyalında qurduğu gələcəkdə yaşayarlar. Nəticədə həm bu günü, həm də gələcəyi itirərlər. Onlar heç ölməyəcək kimi ömür sürər və elə ölərlər ki, sanki heç vaxt yaşamayıblar".
Allah cavab verir: "Qoy insanlar bilsinlər ki, kimsəni səni sevməyə vadar etmək olmaz, onlar sadəcə sevilməyə şərait yarada bilərlər. Bilsinlər ki, özlərini başqaları ilə müqayisə etmələri heç də yaxşı iş deyil. Mərhəmət və əfvimdən ibrət alaraq qoy onlar da bir-birlərini bağışlamağı öyrənsinlər. Bilsinlər ki, bir insanın qəlbini qırmaq, onu yaralamaq bir neçə saniyə çəkə bilər, lakin həmin yaranı sağaltmaq üçün illər lazım ola bilər. Unutmasınlar ki, dövlətli pulu çox olan deyil, ehtiyacı daha az olan şəxsdir. Qoy bilsinlər ki, ətraflarında onları sevən, lakin hisslərini ifadə etməyi bacarmayan insanlar var. Bilsinlər ki, iki insan eyni şeyə baxa, lakin fərqli şeylər başa düşə bilər. Bilsinlər ki, başqalarını bağışlamaq kifayət etmir, insan həm də özü-özünü bağışlamağı bacarmalıdır".
Dedim: "Şükürlər olsun Sənə, Allahım! Mənə zaman ayırdığın üçün Sənə minnətdaram. Sonda bəndələrinə demək istədiyin başqa bir şey varmı?"
Allah buyurdu: "Bəndələrim bilsinlər ki, Mən hər zaman onlar üçün varam və onlara çox yaxınam".