Təxminən 2,4 milyard insan diş çürüklərindən əziyyət çəkir. Gün ərzində dişlərimizi təmizləyərkən fərqinə varmadan səhvlər edirik. Bu səhvlər zamanla dişlərimizə zərər verərək diş ağrısı, həm də pul israfı kimi qarşımıza çıxır. Bəs, söhbət hansı səhvlərdən gedir? Dişlərə zərər verən diş qulluğu ilə bağlı səkkiz yanlışı sizinlə paylaşırıq;
Ağızdan gələn pis qoxuya diqqət etməmək
Ağız boşluğundan pis qoxunun gəlməsi gigiyena baxımından sağlamlığın pozulmasına işarə ola bilər. Bu diş əti xəstəliyindən də xəbər verir. Bəzən, ağızdan gələn pis iyin fərqinə varmırıq. Bir çox insanlar bunun səbəbini araşdırmaq əvəzinə qoxunu dəf etməyə, onu başqa ətirvericilər ilə ört-bas etməyə çalışır. Qoxunun olub olmamasını yoxlamaq üçün bu üç yolu sınaya bilərsiniz.
1) Ovucunuzun içini yalayın;
2) 5-10 saniyə gözləyin;
3) Son olaraq ovucunuzu qoxulayın.
Dişlərinizi fırçaladıqdan sonra tez bir zamanda nəsə yemək və içmək
Təbii ki, hər gün səhər dişlərinizi fırçaladıqdan sonra yemək və içki qəbul edə bilərsiniz. Ancaq bunu azaltmaqda fayda var. Bu durum dişlərinizə pis təsir edə bilər. Daha yaxşı olar ki, dişlərinizi gündə iki dəfə və yeməkdən sonra (müəyyən fasilə verməklə) fırçalayasınız.
Dişlərin səhər tezdən yuyulması əgər gözəllik və estetika üçün mütləqdirsə, dişlərin axşam yatmadan öncə yuyulması məhz sağlamlıq baxımından vacib
Gözəllik
Dişlərimizə zərər verən 8 yanlış: diş qulluğu ilə bağlı səhvlər
Dərc etdi Könül Soltanova
Dərc edilmə tarixi 13 Fevral, 2020
Şərhlər
Təxminən 2,4 milyard insan diş çürüklərindən əziyyət çəkir. Gün ərzində dişlərimizi təmizləyərkən fərqinə varmadan səhvlər edirik. Bu səhvlər zamanla dişlərimizə zərər verərək diş ağrısı, həm də pul israfı kimi qarşımıza çıxır. Bəs, söhbət hansı səhvlərdən gedir? Dişlərə zərər verən diş qulluğu ilə bağlı səkkiz yanlışı sizinlə paylaşırıq;
Dişlərə qulluq qaydası
Dişləri fırçaladıqdan sonra ağızı sürətli yaxalamaq
Dişləri fırça ilə yuduqdan sonra ağız boşluğunu su ilə durulaya bilərsiniz. Əsla diş məcununu udmayın və dişlərinizi durulayarkən suyu tələsik tüpürmək əvəzinə, ağzınızda asta-asta hərəkət etdirin, daha sonra suyu xaric edə bilərsiniz. Bu vərdiş diş çürüməsinin qarşısını 25%-ə qədər azaldır.
Dişləri yetərincə fırçalamamaq
Dişlərinizə gün ərzində sadəcə 30 saniyə sərf etmək arzuolunan nəticələr verməyəcək. Bu vəziyyət dişlərinizdə digər problemlərə də yol açacaq. Bütün ağız boşluğu üçün gün ərzində ən azı 2 dəfə, 2 dəqiqə zaman ayırın.
Çox sərt fırçalamaq
Dişləri çox möhkəm fırçalamaq və ya sərt fırçadan istifadə etmək dişin mina qatını zədələyə bilər. Bu isə dişlərdə həssaslığı artırır. Bu zaman sizə uyğun diş fırçası seçmək çox əhəmiyyətlidir. Diş fırçasının seçimi ilə bağlı diş həkiminizdən tövsiyə ala bilərsiniz.
Çok sert fırçalamak
Yeməkdən dərhal sonra dişləri fırçalamaq
Yemək tükətdikdən dərhal sonra dişləri yumaq olmaz, xüsusən də tərkibində turşu (asid) bol olan qida qəbul etmisinizsə. Bu da dişlərin mina qatını aşındıra bilər. Yemək yedikdən sonra 30 dəqiqə fasilə verib dişləri fırça ilə yuya bilərsiniz. Dişləri fırçalamayacağınız halda, sadəcə ağız boşluğunu su ilə yaxalamaq tövsiyə olunur.
Diş fırçasını dəyişdirməmək
Tədqiqatçılar normalda 3 aydan bir diş fırçasını dəyişdirməyi tövsiyə edir. Xüsusən də fırçanın telləri zədələndikdə bunu etməyiniz lazımdır. Bu zaman dişlərin yuyulması daha doğru və hərtərəfli olacaq. Fırçanız dişlərin bütün künclərinə təmas edə biləcək.
Xəstələndikdə diş fırçasını dəyişdirməmək
Dış fırçası ağız boşluğundakı bakteriyaları öldürmür. Buna görə də xəstə olduğunuz dövrlərdə başqa bir dış fırçasından istifadə tövsiyə olunur. Sağalandan sonra yenə diş fırçanızı dəyişməlisiniz.
Mənbə: 1lady.az