Dişləri ağappaq edən təbii məcun

Dişləri ağappaq edən təbii məcun

Aktiv kömür tibdə geniş istifadə olunan təbii vasitədir. Bu vasitənin köməyi ilə orqanizmi təmizləmək mümkündür.
Digər tərəfdən kömürü dişləri ağartmaq üçün də istifadə etmək olar. Saglamolun.az sizə dişləri ağardan təbii məcunun reseptini təqdim edir.
Lazım olanlar:
  • 10 həb aktivləşdirilmiş kömür
  • 1 x.q. bal
  • 1 ç.q. soda
dişləri ağappaq edən təbii məcun

Hazırlanması:
Aktivləşdirilmiş kömürü toz halına salın. Fikir verin ki, iri hissəciklər qalmasın, onlar diş emalını zədələyə bilər. Kömür, bal və sodanı yaxşı qarışdırın. Məcunu sərin yerdə saxlayın.
Necə istifadə olunur?
Kiçik bir qaşıqla diş fırçanızın üzərinə bu qarışımdan bir az qoyun. Dişlərinizi hər zamankı kimi fırçalayın, dişlərin önünə və arxasına da bərabər dərəcədə tətbiq edin.
Fırçalamadan sonra ağzınızı ilıq su ilə yaxalayın və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Kömürlə olan məcunu həftədə 2 dəfə istifadə etmək olar. Bir müddətdən sonra dişləriniz xeyli ağaracaq.

Mənbə: Saglamolun.Az
Top