Oil pulling

Oil pulling

“Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu və diş təmizliyində geniş şəkildə istifadə edilir. Deyilənə görə, hətta Hollivud ulduzları sağlam və ağappaq dişlərinə görə bu üsula borcludurlar. Bəs, “oil pulling” necə tətbiq edilir və faydalı cəhətləri nələrdir?

Əslində, bu, yeni bir üsul deyil. Qədim zamanlardan bəri insanlar dişlərini təmizləmək üçün yağdan istifadə ediblər. Ancaq sonradan diş məcunlarının kəşfi bu üsulun unudulmasına səbəb olub. Son illər isə diş həkimləri dişləri yağla təmizləməyin çox effektli olduğunu bildirirlər. Mütəxəssislər “oil pulling”in bir çox xəstəliyi və problemi aradan qaldırdığını vurğulayırlar.

“Oil pulling” ağızdan toksinlərin və bakteriyaların təmizlənməsini təmin edir. Dişləri ağardır. Ağız boşluğundakı bakteriyalar məhv olduğu üçün ümumilikdə insanın səhhəti yaxşılaşır, bakteriyaların səbəb olduqları problemlər aradan qalxır. Bu üsulu tətbiq etmək üçün yüksək keyfiyyətli kokos yağı və ya zeytun yağı almalısınız. Ancaq sadəcə kokos yağı antibakterialdır. Ona görə də, məcbur olmasanız, zeytun yağından istifadə etmək tövsiyə olunmur.

“Oil pulling” necə tətbiq edilir?
1.Bir çay qaşığı yağı ağzınıza alın.
2. Yağı 20 dəqiqə ərzində ağzınızda çalxalayın. Yağı udmaq, boğaza doğru ötürmək olmaz.
3. 20 dəqiqədən sonra ağzınızdakı yağı tüpürün.
4. Ağzınızı təmiz su ilə 2-3 dəfə çalxalayın.
5. Təbii tərkibli diş məcunu ilə dişlərinizi fırçalayın.

Diqqət! “Oil pulling” zamanı bir neçə nüansa diqqət etmək lazımdır.
*Bu üsul, adətən, acqarına tətbiq edilməlidir. Odur ki, səhər yuxudan oyanan kimi etməyiniz daha məqsədəuyğundur.
*Su, çay içmisinizsə, yemək yemisinizsə, 40 dəqiqə gözləyin. Yemək yedikdən dərhal sonra “oil pulling” etmək olmaz.
Top