Dişəti sağlamlığı ilə ümumi bədən sağlamlığı arasındakı əlaqə keçmiş zamanlardan bəri öz aktuallığı ilə seçilib. Dişəti xəstəlikləri bir çox sağlamlıq problemlərinə də yol açır.
Yaranan müxtəlif ağrılar ağızda olan köhnəlmiş kron və körpülərdən, dişəti xəstəliklərindən, çürüklərdən və s. səbəblərdən olur. Bu baxımdan diş sağlamlığına ciddi fikir vermək lazımdır. Çünki, hər şeydən əvvəl sağlam dişlərə sahib olmaq uzunömürlülük deməkdir.
Diş sağlamlığı üçün qidalanmaqdan tutmuş, həkim müayinəsinə kimi hər şey önəmlidir. Qidalanmada kalsium və C vitamini ilə zəngin məhsullar yemək də faydalıdır. Məsələn, süd, pendir, qatıq kalsiumla boldur. Portağal, qovun, brokoli, ispanaq kimi meyvə tərəvəz isə əsl C vitamini qaynağıdır.
Yaşın artması dişlərin də qocalması mənasına gəlmir. Saralmış və çürümüş dişlər yaşlanmağın deyil, qulluq edilməməyin nəticəsidir. Dişlərə yaxşı qulluq edərək irəliləyən yaşlarda öz dişlərinizi qoruyub saxlaya və yaşıdlarınızdan bir addım önə çıxa bilərsiniz.