Bildiyimizə görə insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz buna görə suya olan tələbatını ödəmək üçün, insan gün ərzində çoxlu miqdarda su içməlidir.
Lakin içdiyimiz bəzi digər içkilər orqanizmə adi suyun təsir etdiyi kimi müsbət təsir göstərmir. İstifadə etdiyimiz bir çox içkilər: çay, qəhvə, qazlı sular, limonadlar və s. bir çox hallarda orqanizm və ən əsası ilk olaraq kontaktda olduğu dişlərə mənfi təsir göstərə bilir. Son zamanlar qazlı içkilərin dişlərə nə qədər ziyanlı olduğu haqda bir çox məlumatlar yayıldığından, bu məqalədə sizə bunun səbəbi və nə qədər düzgün fakt olduğunu bildirmək istəyirik:
Beləlilkə hər bir şirin qazlı içki, tərkibində şəkər və ya şəkər əvəzedicisi olan turşa şirin əsasa və tuşuya malikdir. Həm şəkər həm də turşu(xüsusən də limon turşusu) diş emalını parçalayaraq, kariesin yaranmasına səbəb yaradaraq dişlərə eyni dərəcədə çox pis təsir göstərir.
Bundan əlavə hər bir qazlı içikinin tərkibində əsasən onun yaxşı saxlanılması üçün istifadə olunan karbon qazı vardır. Özlüyündə bu qaz ziyansızdır, lakin, qazın böyük konsentrasiyası diş emalının dağılmasına səbəb olur və bununla dişlərin isti və soyuğa olan həssaslığını artırır, karies və hətta dişin tam olaraq korlanmasına gətirib çıxardır. Xüsusən bu hələ tam formalaşmamış uşaq dişlərinə aiddir.
Bir çox ölkələrin stomatoloqları bu kimi içkilərin istehsalçılarından, şəkər və qazın səviyyəsini maksimal olaraq azaltmasını və dişləri qoruyan və möhkəmləndirən mineralların əlavə olunmasını tələb edirlər.
Lakin, isti yay günlərində özünüzə bu içkiləri qadağan edə bilmirsinizsə, o zaman heç deyilsə bir neçə qaydalara riayət etməniz məsləhət görülür:
— qazlı içkiləri saman çöpü vasitəsilə için
— yalnız yeməklə birgə qəbul edin
— ac qarnına heç bir halda içməyin
— qazlı su içdikdən həmən sonra dişləriniz yumağa tələsməyin, bu halda onlara daha çox ziyan vurmuş olacaqsınız.
Nəzərinizdə olsun ki, çay və qəhvə dişlərə ele bir ziyanlı təsir göstərmir. Sadəcə onların qaralmasına səbəb ola bilər bu isə estetik bir effekt olduğundan, diş emalına heç bir təsir göstərmir.
saglamolun.az