Diş ağrısı zamanı edəcəyimiz ilk iş diş həkiminə getmək olmalıdır, lakin bəzən bu ağrılar ele bir şəraitdə və elə bir zamanda baş verir ki, həkimə müraciət etmək mümkün olmur. Bu vaxt isə əlac bildiyimiz üsullardan istifadə etmək lazımdır. Təəssüf ki, çoxlarımız bu əlaclardan düzgün qaydada istifadə etmirik.
Diş ağrıları zamanı həkimə müraciət edənədək bu ağrıların qarşısını necə ala bilərik?
* Allergiyaya yol açmadığına əmin olduqdan sonra tox qarnına ağrı kəsici istifadə etmək. Qeyd edək ki, bu zaman ağrılar 10-30 dəqiqə sonra kəsəcək.
Qeyd: Ağrıkəsiciləri heç bir zaman ağrıyan dişin üzərinə qoymayın onu yalnız su ilə içərək qəbul edin.
* Əgər diş ağrısına səbəb çürüklərdirsə bu zaman dişin çürük hissəsində toplanıb qalmış qıda artıqları təmizlənməsı və fırçalıanması məsləhət görülür.
* Diş ağrısı ilə birlikdə üz və çənə hissəsində şiş yaranarsa bu zaman həmin bölgəyə buzla kompres etmək həm ağrının həm də şişin qarşısını ala bilər.
* Duzlu su ilə qraqara ağrının azalmasına kömək edə bilər.