Farfor vinirlər

Farfor vinirlər

Müasir dövrdə dişlərin xarici görünüşünü yaxşılaşdırmaq üçün bir çox üsullardan istifadə olunur.

Bu üsullardan biri də farfor vinirlərdir, hansı ki nazik farfor lövhəciklərinin dişə bərkidilməsi deməkdir. Bu üsul dişlərin kosmetik olaraq xarici görünüşünü yaxşılaşdırmaq məqsədi ilə dişlərin üz səthinə bərkidilərək həyata keçirilir.

Bu gün məhz farfordan hazırlanan bu vinirlər stomatologiyada son nəaliyyət sayılır. Lövhəciyin bərkidilməsi stomotologiyada artıq uzun zamandır istifadı olunan xüsusi materaillarla həyata keçirilir. Məhz bu materialların xüsusiyyətləri lövhəciyə möhkəmlik verərək onu uzun müddətli  istifadəsinə imkan yaradır.

Bilidyimizə görə dişlərin emal qatı vardır və o qat möhkəm və ən əsası şəffafdır. Bu şəffalıq işığın dişin digər qatlarına keçməsinə imkan verir və nəticədə işığın qismən udulması və yalnız ondan sonra dişin üz qatından deyil, daxili qatından əks etdirilməsi baş verir.

Bu zamana qədər stomotologiyada daha dəqiq desək isə ortodont sahəsində bir çox materiallar istifadə olunmağına bxmayaraq,  onların heç biri bu şəffaf struktura malik olmadığından işığın daxili səthə keçməsini təmin edə  bilməmişlər. Bununla işığın əks etdirilməsi üz qatla həyata keçirilirdi,nəticədə  isə təbii dişin rəngi ilə tam uyğun olmadığından,  dərhal gözə çarpırdı.

Stomatoloqlar dişlərin korreksiyası üçün sitifadə olunan bu tip məhsulun(farfor vinir) 2 ən əsas müsbət tərəfinin vurğulayırlar:

1. Dişlər tam təbii görkəm alır. Daha öncə qeyd etdiyimiz kimi, səffaf olduğundan işığın tam olaraq daxili qata daxil olaraq məhz oradan əks etdirilməsi baş verir. Həmçinin farfor vinirlər dişə bərkidildikdə digərlərindən qətiyyən seçilməyəcək.

2. Vinir üzərində heç bir ləkələrin əmələ gəlməməsi. Bu forforun hamar və qoruyucu xüsusiyyətinə görə həyata keçir. Daha öncə stomotologiyada istifadə olunan materiallar isə, zamanla rəngini itirərək, ləkə saxlaya bilirdilər. İndi isə qəhvə və tabak həvəskarları rahatlıqla bu məhsula müraciət edə bilərlər.

Mənbə: saglamolun.az 

Top