Nə üçün dişlərimiz məhz 32 ədəddir?

Nə üçün dişlərimiz məhz 32 ədəddir?

Planetimizdə canlı varlıqların əksəriyyətində dişlər var. Canlıların dişlərinin forması onların otyeyən, ətyeyən, yırtıcı və ya qeyri-yırtıcı olmalarından, həmiçinin həyat tərzindən aslı olaraqı dəyişirlər və bu da onların yedikləri qidaya maksimum uyğunlaşmasını təmin edir.
Amma mənşəcə bütün canlıların dişlərinin təkamülü eynidir. Qəribə də səslənsə bizim dişlərimiz təkamülə uğramış balıq pulcuqlarından əmələ gəlmişdir.
Yüz milyon il əvvəl qədim balıqlar qidanı tutmaq və parçalamaq üçün çənə nahiyyəsində yerləşən bərk pulcuqlardan istifadə etmişdir. Daha sonra bu pulcuqlar daha dəyərli dişlərə dəyişildi.Bununla da balıq pulcuqları ilə dişlər arasında əlaqə olduğu güman olunur.

Dişin quruluşunda üç hissə ayırır: kök, boyunu və diş tacı. Dişlərin kökləri çənənin xüsusi dərinlikləri olan alveolalarda yerləşir.

Diş tacı– bərk minayla örtülmüş və dişin diş əti üzərinə çıxan hissəsidir. Diş boyun isə diş tacı və kökünü bir birindən ayıran hissəsidir və diş ətinin kənarının altında yerləşir

Körpə uşaqlar adətən dişsiz doğulur, hərçənd onların dişlərin rudimentləri rüşüym dövrünün birinci rübündən başlayır. Artıq doğulduqdan 5-6 ay sonra onlarda dişlər yarmağa başlayır və 2 yaşında sağlam uşağın artıq 20 ədəd süd dişləri olur
Amma süd dişlərinin altında artıq onların daimi dişlərlə əvəz olunmasına hazırlıqlar gedir. Bunların tam bir-birini əvəz edib başa çatması 6-12 yaş arasında olur. Bundan başqa, 25 yaşdan sonra böyüklərin hər iki alt və üst çənələrində üç köklü ağıl dişləri inkişaf etməyə başlayır. Beləliklə böyüklər tam olaraq 32 dişə sahib olmuş olurlar



İnsan rasionunun xüsusiyyətlərindən biri də – her şey yeməkdir. Buna uyğun olaraq da dişləri öz quruluşlarına uyğun olaraq bir neçə hissəyə bölmək olar: kəsici dişlər (qabaq dişlər), köpək dişlər, kiçik azı dişləri və böyük azı dişləri. Bu 4 tip dişlər hər biri də öz forma və təyinatlarına görə bir-birindən fərqlənirlər.Belə ki, kəsici dişlər qidanı kəsmək və ya bölmək üçün, köpək dişləri parçalamaq və ya qırmaq üçün, kiçik azı dişləri xırdalama üçün, böyük azı dişləri isə qidanı daha da narın hala gətirmək üçün nəzərdə tutulub

Beləliklə göründüyü kimi bizim dişlərimiz təkamül posesində bir çox dəyişikliklərə məruz qalmışdır və bəlkə də bizim ibtidai əcdadlarımızda onlar tam başqa forma və düzümlərlə sıralanmışdır və yaxud da bəlkə də onlar heç olmayıblar.

Top