Yuxudan oyanıb əl-üzü yuyan zaman dişləri də fırçalamaq ənənəsi əslində səhvdir. Həkimlər bildirir ki, dişlər səhər yeməyindən sonra fırçalanmalıdır. Əks halda səhər yeməyinin qalıqları dişlərin arasında qalır və onların çürüməsinə «kömək edir».Bundan başqa, dişləri hər gün 2 dəfə hərəsi təxminən 2 dəqiqə olmaqla fırçalamaq lazımdır. Axşam təbii ki, bu, yatmazdan əvvəl edilməlidir.
Həkimlər bildirir ki, dişi fırçalayan zaman fırçanı dişlərə təxminən 45 dərəcə əyərək sürtmək məqsədəuyğundur.Sürtməni isə «dairəvi» şəkildə, arxadan önə doğru aparmaq məsləhət bilinir. Prosesə dişin çölündən başlanmalı, sonra içəri hissələr fırçalanmalı, sonda isə fırça dişlərin «çeynəyən hissəsi»nə sürtülməlidir.
Damaqlar da diş fırçası ilə sürtülməlidir. Amma bu zaman damağı zədələməmək üçün ehtiyatlı olmaq məsləhətdir. Nəfəsin təmiz omlası üçün dilin də yüngülvari fırçalanması məqsədəuyğundur.
Ən vacibi, həkimlər diş fırçasının heç olmasa 2 ayda 1 dəfə yenilənməli olduğunu bildirir. Diş səthi məhz yeni fırça ilə daha yaxşı təmizlənir.