Dişlərin təmizlənməsi təkcə dişlər və ağız boşluğu üçün faydalı deyildir, təəccüblü də olsa, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
ABŞ və Britaniya həkimlərinin apardıqları tədqiqatları göstərmişdir ki, dişlərə gündəlik qulluq arteriyalarda qan dövranını yaxşılaşdırır. Alimlər bildirirlər ki, tədqiqatın nəticələri ürək tutmalarının və insultun qarşısını almağa kömək edəcəkdir.
Müxtəlif amillərin törətdiyi damar genişlənməsi zamanı qanaxma faktorları kəskin arta bilər. Alimlərin fikrincə, belə amillərdən biri xəstənin damağının sağalmasıdır.
Uşaq Sağlamlığı İnstitutunun əməkdaşı Con Dinfild demişdir: “Əvvəlki tədqiqatlar periodontit və qan damarlarının disfunksiyası, ürək tutması və insult arasında əlaqə olduğunu göstərmişdir. Lakin klinik sınaqlar bu əlaqənin səbəbini yoxlamağa imkan vermişdir. Bu eksperiment ilk dəfə olaraq damaq iltihabının və sağlam dövr edən qanın müalicəsi arasında birbaşa əlaqəni göstərmişdir. Bu kəşf hər il on minlərlə insanın ölümünə səbəb olan ürək-damar xəstəlikləri faizini azalda bilər”.
Damaq iltihabı bakterial infeksiya ilə müşayiət olunur. Məlumdur ki, mikroorqanizmlər təkcə damaq toxumalarına “həmlə etmir”, qan dövranına da daxil olaraq, damarların fəaliyyətini pozur. Bundan əlavə, bakteriyalar bütün orqanizmdə iltihab prosesi yaradır.
Məlum həqiqətdir ki, ürək qapaqları patologiyasından əziyyət çəkən, lakin stomatoloqların tövsiyələrinə əməl etməyən insanlarda daha ciddi simptomlar inkişaf edə bilər. Yəni ağ dişlər, sadəcə, gözəlliyin deyil, həm də sağlamlığın rəmzidir.