ilk kibrit və kibrit qutusu

ilk kibrit və kibrit qutusu

Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlandı. Kibritin hazırlanmasında böyük roluna görə isə Hamburqlu ehtiyatda olan əsgər Henninq Branda minnətdar olmalıyıq. 1669-cu ildə o ağ fosforu kəşf etmişdi.Əhvalat isə belə olmuşdu: 
Həmin dövrün məşhur əlkimyaçılarının əsərləri ilə tanış olan Henninq qızıl almaq niyyətinə düşür. Təcrübələr nəticəsində təsadüfən açıq rəngli toz halında bir maddə alınır. Maraqlıdır ki, bu tozun qəribə işıqlanma qabiliyyəti var idi və Henninq onu “Fosfor” yəni yunancadan tərcümədə “işıqdaşıyan” deməkdir.
Həmişə olduğu kimi kibrit də təsadüf nəticəsində yarandı. 1826-cı ildə Uoker çubuq vasitəsi ilə kimyəvi qatışığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcısı qurumuşdu. Onu təmizləmək üçün çubuğu yerə sürtəndə alovlandı. Əksər ixtiraçılar kimi o da öz ixtirasını patentləşdirməyərək kimə gəldi göstərirdi. Semuel Cons adlı bir gənc bunun bazar dəyərinin olduğunu düşündü. O bu kibritləri “Lüsifercik” adlandırmağa başladı və onları satmağa başladı. Çoxlu problemlərin – pis iyin və yanarkən qıraqlara qığılcımların dağılmasına baxmayaraq o bu məhsulu az qala tonlarla satırdı.

1985-ci ildə İsveçli kimyaçı Yohan Lundstrom başa düşdü ki, qırmızı fosfor ağdan daha yaxşıdır. O kiçik bir qutunun yanlarına sumbata kağızının üzərinə qırmızı fosfor çəkir və elə həmin fosfordan da kibritin başlığına əlavə edir. Beləliklə kibrit artıq daha az zərər gətirirdi və daha tez yanırdı. Tezliklə kibrit başlıqlarının tərkibi kükürd, bertole duzu, marq anes periksi, və yapışqandan ibarət oldu fosfor kibritlər dövrü sona çatdı. 1889-cu ildə Coçua Pyusi kibrit qutusunu icad etdi, lakin icadın patenti Diamond Match Company-yə verildi. Bu kompaniya da eyni qutunu icad etmişdi lakin onlarda yandırılan hissə çöldə idi. (Pyusidə daxildə idi)
1910-cu ildə Diamond Match sağlamlığa zərər verməyən kibritlər üçün patenti aldı. Bu icadın əhəmiyyəti o qədər çox idi ki, ABŞ prezidenti Uilyam Taft insanlar önündə patent sahiblərinə patentdən əl çəkmələrini, yəni müəllif hüquqlarından imtina etməyi xahiş etdi. Şirkət razılaşdı və 28 yanvar 1911 – ci ildə öz icadının bütün hüquqlarından imtina etdi. İndi o demə olar hamıya məxsus idi.
Sonralar yaranan qutuların üzərinə etiketlər də yapışdırılırdı. Bu da kolleksionerliyin daha bir növü olan “filumeniya” nın yaranmasına gətirib çıxartdı.

Top