Babil camaatı böyük bir bayrama hazırlıq görürdü.Bu bütlərin bayramı idi.Ən maraqlı mərasim bütləri yedizdirmək idi.Kahinlərin duaları altında ziyarətə gələnlər təzim edə-edə xorəkləri onların qabağına qoyub bütxanadan kənarda gözləyirdilər.
İbrahimdə (ə) onlarla bərabər bayrama gəlmişdi.Burada bütləri görüb heyrətlə bu yazıq insanların sifətlərinə baxdı.
QURANİ-KƏRİM xəbər verir:
"İbrahim atasına və tayfasına:"Sizin tapınıb durduğunuz bu heykəllər nədir?-dediyi zaman onlar:Biz atalarımızı onlara ibadət edən gördük!"-deyə cavab vermişdilər.(İbrahim onlara:) And olsun ki,siz də,atalarınız da (haqq yoldan) açıq-aıkar azmısınız!"-demişdi.(Əl-Ənbiya,52-54)
Buradakıların bəziləri önə çıxıb:-"Bəs sən kimə inanırsan?-deyə soruşduqda o:
"Aləmlərin Rəbbinə!" demişdir.
-Bəs Nəmrud? Axı o bizim rəbbimizdir,sən ona inanmırsan?-sualına isə İbrahım (ə):
-Xeyr,mən yalnız məni yaradana itaət edirəm!-cavabını vermiş,bununla da böyük bir qarşıdurmanın təməl daşını qoymuşdur.
Peyğəmbər bilirdiki,onun dedikləri dərhal padşaha çatdırılacaq.O səhrada asta-asta yeriyirdi.Birdən yerə yıxılıb qəfil xəstələndiyini bildirdi.Ətrafdakıların şübhəli baxışları altında:"Görünür mən vəbaya tutulmuşam"-dedi.Bunu eşidər eşitməz camaat bir-birini itələyib qaçmağa başladı.Onların ardınca baxan İbrahim (ə) dedi:
"Allaha and olsun ki,siz çıxıb gedəndən sonra bütlərinizə bir hiylə quracağam."(Əl-Ənbiya,57)
"(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi:"Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?Sizə nə olub ki danışmırsınız?"Sonra bütlərin üstünə yürüyüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi" (əs-Saffat,91-93)
Sonra özü ilə gətirdiyi baltanı paltarının altından çıxarıb bütləri bir bir sındırdı.Əslində vurulan hər bir balta zərbəsi Nəmrudun müstəbid və zalım taxt-tacında əks-sədaya səbəb olacaq cəza,onun kafir səltənətinə qarşı müharibə idi.Belə bir üsyanı nə Nəmrud,nə də onun babaları görmüşdü.İbrahimin (ə) ürəyində qorxu hissinə yer qalmamışdı.Rəbbimizin vəhyi və ilhamı onu indi hamıdan güclü və üstün etmişdi.
Buradakı bütlərin hamısı sındırılsada o ən böyüyünə toxunmadı,baltanı onun boynundan asıb sakitcə evinə qayıtdı.
Səhradan qayıdanlar bütxanadakı dağıntını görüb dəhşətə gəldilər və dərhal bunu İbrahimin (ə) etdiyini başa düşüb evini axtarıb tapdılar.İbrahim (ə) daxili bir sakitliklə onların qarşısında dayandı.
Nəmruda çatdırılan xəbərdən taxt-tac əsməyə başladı.O dərhal İbrahimin (ə) cəzalandırılmasını əmr etdi.Bu hamının ürəyindən olsa da,bir nəfər buyurdu ki,hadisəni gəncin dilindən dinləsinlər ki,bəlkə peşman olduğunu söyləyə.
Nəmrud:
-Ya İbrahim!Tanlıramızı sənmi bu günə saldın?-deyə soruşduqda,peyğəmbər sındırmadığı və boğazına balta asdığı bütü göstərərək dedi:
-Onları bəlkə bu sındırmışdır.Onun özündən soruşun.
Nəmrud təklifdən özünü itirsədə,bunu biruzə verməməyə çalışdı:Axı sən də bilirsənki bunlar danışa bilmirlər.
Onda ibrahim hamı eşitsin deyə uca səslə bildirdi:"Elə isə Allahı qoyub sizə heç bir zərər,heç bir xeyir verə bilməyəcək bütlərəmi ibadət edirsiniz?" (əl-Ənbiya,66)
Bundan sonra Nəmrudla İbrahim arasında belə bir mükalimə baş vermişdir:
-Ya İbrahim!Bu camaata üstünlüyündən,qüdrət və həşəmətindən danışdığın Allahını heç gördünmü?
-O gözəgörünməzdir.O,dirildən və öldürəndir.
-Məndə həm dirildir,həm də öldürürəm.Bax,birisini tutdurur və qətl etdirirəm,başa bir tutduğumu yəni ölümünə fərman verdiyimi də sağ buraxıram,yəni dirildirəm.
-Mənim Rəbbim günəşi məşriqdən doğdurur,bacarırsansa,sən onu məğribdən doğdur!
Bunu eşidən Nəmrud yerində donub qalmış və İbrahimi (ə) zindana atdırmışdır.Və əmr etmişdir:
-Bir dam qurun və görüb tanıdığınız bütün ağacların növlərindən gətirib onun içinə doldurun.
Deyilənə görə ağac toplanması üç ay çəkmişdir.Tonqalı alışdırmaq mərasimində Nəmrud şəxsən iştirak etmişdir.
Təbəri yazır ki,tonqalın alovunun dilləri göyə doğru o qədər uzanırdı ki, onun üstündən uçan quşlar istidən və hərarətdən boğularaq torpağa düşürdülər.
Sonra İbrahimi (ə) gətirərək onu mancanaqla alova atmışlar.İbrahimi əlləri və qolları bağlanmışdı.Üzünü göylərə tutaraq:" Ya Rəbbim!Səndən başqa bir məbud yoxdur! Sənə təvəkkül edirəm!"-demişdi.
Nəhayət İbrahim (ə) mancanaqla havaya atılacağı anda Cəbrail (ə) nazil olmuşdu.
-Ya İbrahim!Bir hacətin (istəyin) varmı?-deyə soruşmuşdu.
-Səndən yox!Hacətim ondandır!Onun halımı və diləyimi bilməsi bəsimdir!
Nəmrudun işarəsi ilə mancanaq işə düşmüşdü.Allah-Təaladan oda əmr nazil olmuşdu.
"Ey atəş!İbrahimə qarşı sərin və zərərsiz ol!" (əl-Ənbiya,69)
İbn İshaq rəvayət edir ki,Nəmrud İbrahimi (ə) alovun içinə atdırdığı ləhzədə Allah-təala peyğəmbərin qiyafəsində kölğələr mələyini göndərərək,onunla bu cəsur insanı əhatə etdi.Bir xeyli keçəndən sonra Nəmrud belə qərara gəldi ki,alov artıq İbrahimi (ə) yandırıb külə döndərib.O bu haləti görmək üçün atına minib alovun ətrafinda firlandı.Tonqalın dəhşət saçan alovu ətrafda nə vardısa hamısını qovurmaqda idi.O,bir anlığa gördüyündən özünü itirdi.Alovun ortasinda İbrahimi (ə) və ona oxşar adamı gördükdə təlaş içində geri qayıtdı.Sonra əmr etdiki təcili qüllə qursunlar.Qüllə hazır olanda alovun ortasında İbrahimin (ə) kiminləsə orada sağ-salamat yanaşı oturduğuna şübhəsi qalmadı.
Nəmrud şaşqın olsada,özündə güc tapıb dedi:
Ya İbrahim!Qalx ayağa və oradan çıx!
Lakin İbrahim (ə) atəşin içindən tək çıxdı.
-Sənin yanındakı kim idi?-deyə Nəmrud soruşduqda,İbrahim (ə) dedi:
-O kölgələr mələyi idi.Rəbbim onu göndərmişdiki,məni oddan qorusun,atəşi mənim üçün sərin etsin.
-Ya İbrahim!Mən bu görüklərimdən sonra söz verirəm ki,dörd min inəyi qurban kəsəcəyəm.Amma qurbanı heç də sənin Rəbbinin qüdrətinə ibadət üçün deyil,yalnız sənə elədiyi yaxşılığa görə kəsəcəyəm.
İbrahim(ə) cavab verdi:
Nə qədər ki,öz dinində qalacaq və mənim dinimə gəlməyəcəksən,Rəbbim sənin qurbanını qəbul etməz.
-Mən öz taxt-tacımı və bu boyda səltənəti əldən verə bilmərəm.Qurbanları isə kəsəcəyəm-deyə Nəmrud israrla bildirmiş və dediyinə əməl etmişdir.
Alov İbrahim əleyhissalamın əllərinin və ayaqlarının bağlandığı kəndirdən başqa heç nəyi yandırmamışdı.Oğlunun başına gətirilənləri görən zavallı ana,taqətsiz halda bayılaraq bir tərəfdə qalmışdı.
Mənbə:Hacı Sabir Həsənlinin "Peyğəmbərlər tarixi" kitabından.