İslam imanla əməlin vəhdətindən ibarət olan İlahi bir sistemdir. Onun bir tərəfində inam, digərində isə inandığına əməl etmədir. "İnsanlar yalnız: "İman gətirdik!" — demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?" (Ənkəbut 2). Yəni təkcə dillə iman gətirmək əbədi səadət yurdu olan Cənnət üçün kifayət deyil.
Bu gün ilk imam, İslam Xilafətinin 4-cü xəlifəsi Həzrət Əli əleyhissalmın şəhadət günüdür. O Kufə məscidində Hicri-Qəməri təqvimi ilə 40-cı il, Ramazan ayının 19-da, sübh namazını qıldığı zaman sui-qəsdə məruz qalaraq, başından zəhərli qılıncla vurulub.
Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir.
Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi.
“Allahım, yer üzünün bərəkətini onlara haram et, onları dəstə-dəstə parçalayıb dağıt, ...onları zillətlə öldür, birini də sağ buraxma!”.Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı İmamın və səhabələrinin qətlində əli olan əksər şəxslər öz cinayətlərinə müvafiq şəkildə cəza almışar. Imamın intiqamını almaq şüarı ilə çıxış edən Muxtar bu şəxslərin hər birini ayrı-ayrılıqda ələ keçirib ən amansız üsullarla edam etdi. Kərbəla hadisəsində iştirakı şübhəsiz olan adamları öldürəndən sonra bir qayda olaraq bədənini yandırıb külünü havaya sovururdular. Sıravi adamları əl keçirəndə isə əvvəlcə onların bu cinayətdə əli olub-olmadığını yoxlayır, günahı olduğu təqdirdə öz cəzasına çatdırırdılar. Muxtar hətta Aşura qatillərini o qədər murdar bilirdi ki, ayaqqabısı ilə onlara toxunandan sonra ayaqqabının altını pak edirdi.
Muxtarın əmri ilə cəzalandırılmış cinayətkarlardan bir neçəsinin aqibətini xatırladırıq:
Ummu Haris rəvayət etmişdir: «Bir gün Rəsulullahın hüzuruna getdim. „Ya Rəsulullah! Bir röya gördüm, qorxdum“ dedim. Soruşdu: » Nə gördün?" Dedim: «Sənin mübarək vücudndan bir parça kəsdilər, mənim bədənimə əlavə etdilər.»