İmam Məhəmməd Təqi (ə)

İmam Məhəmməd Təqi (ə)

İIMAMIN ŞӘXSIYYӘTİ
Adı: Muhəmməd
Ləqəbi: Təqi və Cavad
Kunyəsi: Әbu Cəfər
Atası: Həzrət imam Rza (ə)
Təvəllüdü: Hicri 195-ci il
İmamlıq müddəti: 17 il
Ömrü: 25 il
Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu.
Məzarı: İraq şəhərlərindən biri olan Kazimeyn.

TӘVӘLLÜDÜ
Səkkizinci imamın şərəfli ömründən qırx ildən çox ötsə də hələ oğlan övladı olmamışdı. Səbri daralan şiələrin Allahdan gözlədikləri oğlanı o həzrətə əta etməsini diləyirdilər. Sanki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bəzən imamın hüzuruna gələrək o həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdular. Həzrət (ə) isə onların cavablarında buyururdu: «Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır.»
Nəhayət 195-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.
Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
İmam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»
Bu təvəllüd çox mübarək və ümidverici idi. Sanki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında «mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan.»
İmam (ə) həmişə əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun.» Әshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: «Allah-taala həzrət İsanı Әbucəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur.»
Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. İmamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»
Bir gün imam Məhəmməd Təqi əleyhissalam məscidə gəldi və qoca kişi olan Әli ibni Cəfər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. İmam (ə) buyurdu: «Әmi, əyləş». Әli ibni Cəfər isə belə dedi: Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm? Daha sonra Әli ibni Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən? Әli ibni Cəfər dedi: Susun! İmamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır.

İMAMIN ӘXLAQI XÜSUSİYYӘTLӘRİ
Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən həzrət (ə) narahat olub buyurdu: «Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq».
Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb «Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?» – deyə soruşduqda həmin oğlan belə buyurdu: «Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi.»
Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir?
Cavab verdi: Məhəmməd.
Soruşdu: Kimin oğlusan?
Dedi: Әlinin oğlu.
Məmun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi?
Cavab verdi: Bəli.
Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.
HӘZRӘT RZANIN OĞLUNA MӘKTUB
Bəzəndi deyir: «Bir gün həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. İndi isə sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar.
Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma.

İMAMIN QEYB ALӘMİ İLӘ OLAN ӘLAQӘSİ
İmam Rza əleyhissalamın şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək ???n Məkkəyə getdilər. Onlar yolüstü Mədinəyə gəlib imamın evinə də dəydilər. Hələ uşaqlıq d?vr?n? yaşyan imam (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar vəçox sevindilər. Onlardan Ishaq adlı birisi deyir:
Mən imamdan soruşmaq üçün bir ne?ə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı oluduğundan gedib sabah gəlmək istəyirdim ki, imamın gözü mənə sataşdı və belə buyurdu: «Ey İshaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Әhməd qoy». Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını imamdan eşitmək məni olduqca heyrətləndirirdi və öz-özümə dedim ki, bizə bu neməti əta edən Allaha ş?kr olsun. Bu Allahın höccətidir.
Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, imamın dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Әhməd qoydum.
Әşəri Qummi isə demişdir: İmamın h?zuruna gedib dedim ki, sizin tərəfdarlarınızdan olan bir qadın məndən özünə kəfən etmək üçün sizin paltarlarınızdan birini ona aparmağımı istəyibdir. Həzrət (ə) buyurdu: «Onun artıq bu işə ehtiyacı yoxdur». Mən imamın sözünü yaxşı başa düşməsəm də bir söz demədən xudahafizləşib getdim. Sonradan xəbərdar oldum ki, həmin qadın mən İmamın hüzuruna getməmişdən bir neçə gün qabaq ölübmüş və imam da onun öldüyün?ü bildiyindən işarə ilə onun öldüyünü mənə bildirmək istəyibmiş».
Üməyyə demişdir: Həzrət Rza (ə) Xorasanda olanda mən doqquzuncu imamın evinə get-gəl edirdim. Bir gün o həzrət öz qohumlarına buyurdu: «Sabah əzadarlıq üçün hazırlaşın». Mən «kimin əzadarlığına» - deyə soruşduqda həzrət (ə) belə buyurdu: «Yer üzündə ən yaxşı insan olan atam həzrət Rzanın əzadarlığına».
İmamın əshabından olan Әbasəlt isə bu barədə belə demişdir: İmam Rza əleyhissalamın şəhadətindən sonra Məmunun əmri ilə zindana düşdüm. Bir il zindanda qaldım. Çox darıxmışdım. Bir gecə oyaq qalıb ibadət və dua etməklə məşğul idim və imamı köməyə çağırırdım. Hələ duamı bitirməmişdim ki, həzrət Rzanın oğlu imam Məhəmməd Təqi əleyhissalamı öz yanımda gördüm. O, mənə belə buyurdu: «Ey Әbasəlt, deyəsən yaman darıxmısan». Dedim: Bəli, ey imam. İmam yaxınlaşıb zəncirlərə toxundu və birdən onların hamısı yerə töküldü. Sonra «ayağa qalx» - deyə buyurub məni zindandan çıxartdı və belə buyurdu: «Get. Bundan sonra Məmunu görməyəcəksən və onun tərəfindən sənə əzab-əziyyət olunmayacaq». Sonralar elə imamın dediyi kimi də oldu.

İMAMIN EVLӘNMӘSİ
Məmun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Məmunun bu cinayətini başa düşdülər. Elə buna g?rə də hər tərəfdə Məmunun əleyhinə üsyanlar baş qaldırdı.
Məmun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Məmun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.
Abbasilər Yəhya ibni Әksəmin yanına gələrək ondan bir neçə məsələ hazırlayıb Məmunun məclisində imam Cavaddan soruşmasını istədilər. Yəhya onların istəyini qəbul etdi, onlar da Məmunun yanına gəlib Әksəmin razı olduğunu ona bildirdikdə Məmun bu iş üçün xüsusi bir gün təyin etdi. Abbasilər Yəhya ibni Әksəmlə birlikdə məclisə gəldilər. Təntənəli bir məclis qurmuşdular. Böyüklərin hamısı həmin məclisdə iştirak edirdilər. Bu arada imam məclisə daxil oldu, hamı ayağa qalxdı. O həzrət, qabağa gəlib Məmunun yanında əyləşdi. İmama cavabını verə bilmədiyi suallar verilməsini tələb edən Mə᾽mun imama «Yəhya ibni Әksəm sizdən bəzi məsələləri soruşmaq istəyir» - dedi. Həzrət buyurdu: «İstədiyi məsələni soruşsun.» Yəhya dedi: Ehram paltarı geyib Allahın evinin ziyarətinə gedən və orada bir heyvan ovlayan şəxs barədə nə deyirsiniz?
Həzrət (ə) buyurdu: «Ey Yəhya, bu məsələnin müxtəlif şəkilləri var. Onlardan hansını soruşursan?
Bu şəxs hərəmin içində imiş, yoxsa bayırında?
Bu işin haram olduğunu bilirmiş ya yox?
Heyvanı qəsdən öldürüb yoxsa səhvən?
Qul imiş ya azad?
Bu işindən peşman olub, yoxsa işinə davam etmək istəyir?
Heyvanı gecə ovlayıb ya gündüz?
Birinci dəfə imiş, yoxsa ikinci yaxud üçüncü dəfə?
Heyvan quş imiş ya yox?
Böyük imiş ya kiçik?
İmamın məsələni bu cür xırdalaması Yəhyanı çaş-baş etdi və məğlubiyyət nişanələri üzündə aşkar olaraq dili tutuldu. Məclisdə olanların hamısı imama afərin dedilər. Sonra Həzrət (ə) Yəhyaya belə buyurdu: «Mən də sizdən bir məsələ soruşmaq istəyirəm». Yəhya dedi: Buyurun, əgər cavabını bilsəm deyərəm. Әgər bilməsəm sizdən eşidib istifadə edərəm.
İmam (ə) Yəhyadan bir məsələ soruşdu:
Hamı susub Yəhyanın cavab verməsini gözləyirdilər. Abbasilər və Məmunun tərəfdarları narahatlıqdan titrəyir və öz-özlərinə deyirdilər: Әgər Yəhya cavab verə bilməsə hamımız rüsvay olacağıq və imamın nüfuzu daha da artacaq.
Elə bu vaxt saray alimi utandığından başını aşağı salıb belə cavab verdi: Məsələnin cavabını bilmirəm. Özünüz buyurun biz də istifadə edək.
İmam (ə) da gözəl bir dəlillə cavabı buyurub dostları şad, düşmənləri isə qəmgin etdi.
Bu vaxt Məmun Abbasilərə xitab edib dedi: Sizin aranızda belə məsələlərə cavab verə bilən bir şəxs vardır?
Cavab verdilər: Allaha and olsun ki, yoxdur.
Sonra Məmun elə həmin məclisdə qızı Ümmü Fəzli imam (ə)-a ərə verdi.

MӘMUN BU İZDİVACDAN NӘ MӘQSӘD GÜDÜRDÜ?
1. Məmun bu evlilikdən siyasi bir hədəf güdürdü. Çünki, qızını imamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Məmunun qızı bu öhdəliyini layiqincə yerinə yetirirmiş.
2. Bu izdivacla əlaqədar imamı əyləncə və kef məclislərinə dəvət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta imamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, imamın qabağında oxuyub oynasınlar, lakin həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı.
İmamın əshabından bir nəfər belə deyir: Bağdadda imamın hüzurunda idim və öz-özümə «imam Məmunun gözəl sarayını nə təhər buraxıb Mədinəyə gedəcəkdir? – deyə düşünürdüm. İmam (ə) mənə belə buyurdu: «Ey vəfalı dostum, bunu bil ki, duz-çörək yemək, kobud paltar geymək və Mədinədə Peyğəmbərin hərəminin yanında olmaq mənim üçün bu yaşayış tərzindən daha dəyərli və üstündür.» Buna g?rə də Məmun nə qədər israr etsə də imam Bağdadda qalmayaraq arvadı Ümmü Fəzl ilə birlikdə Mədinəyə qayıtdı və 220-ci hicri ilinə qədər orada qaldı.
3. Məmun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir iftixar sahibinə çevrilsin.
Axı Məmun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu imamın nəslindən olacağını eşitmişdi. Lakin Məmunun qızının uşağı olmadı və imam Hadi, Musa Mübərqə və imamın başqa qızı və oğlanları o həzrətin pak və mehriban bir kəniz olan o biri arvadından oldular. Şükr olsun ki, Məmun bu arzusuna çatmadı.
İMAMİN ELMİ MӘQAMI
Әvvəlki səhifələrdə imamın Məmunun məclisində məşhur saray alimini məğlub edərək bütün alimlərin diqqət mərkəzinə çevrildiyini bəyan etmişdik. Bu bölmədə isə Məmunun qardaşı, Abbasi xəlifəsi Mötəsimin məclisində baş vermiş əhvalatı qeyd edirik. Bu hadisə saray alimlərini o qədər qəzəbləndirdi ki, hətta Mötəsimi imamı öldürmək üçün təhrik etdilər.
Həmin əhvalat belə baş vermişdi. Bir oğrunu cəzalandırmaqdan ötrü Mütəsimin məclisinə gətirdilər. Lakin o, əvvəlcə məclisdəki alimlərdən öz nəzərlərini bildirmələrini istədi. Bu arada onların rəisi olan məşhur bir alim elə bir rəy söylədi ki, M?᾽təsim onun s?z?n? qəbul etmədi. Məsələni həll etmək ???n imam Cavad əleyhissalamı da həmin məclisə dəvət etdilər. Həzrət məclisə gəldikdə alimlərin hamısı imamın ehtiramına ayağa qalxdılar. Həzrət (ə) onların arasında əyləşib Quran və Peyğəmbərin hədislərinə əsasən oğrunun cəzasını müəyyən etdi.
Mötəsim imamın hökmünü qəbul edib, həyata keçirilməsini əmr etdi. Məğlub olduqlarından olduqca narahat olan alimlər, imam gedəndən sonra Mötəsimin yanına gəlib dedilər: Siz bu işiniz ilə bizi məhkum edib şiələrə qiymət verdiniz. Şübhəsiz camaat başa düşəcəklər ki, siz və bizim hamımız haqsız, imam və onun ardıcılları isə haqlıdırlar.
Bu sözlər Mötəsimə bərk təsir etdiyindən imamı öldürmək qərarına gəldi.
MӘMUNUN SONU
Məmuni-əbdüs Misirdə Məmuna qarşı qiyam etdi. Məmun da bu qiyamı yatırtmaq üçün hərəkət edib onu məğlubiyyətə uğratdıqdan sonra Rumu fəth etdi və tutduğu əsirlərlə bərabər geri döndü. Qayıdarkən Rəqqə adlı bir yerə çatdı. Orada Qüşəyrə adlı bir bulaq var idi, ab-havası xoş olduğuna görə çadır qurub orada bir müddət qalmaq istədiyini bildirdi. Məmun orada xəstələndi. O, Rəqqə və Qüşəyrənin mənasını öyrənəndən sonra bunun nəsh olduğunu güman etdi. Çünki, bir gün Rəqqə adlı bir yerdə öləcəyini eşitmişdi. Buna görə daha da narahat olub bir müddət titrədi və elə orada öləcəyini anladı.
Nəhayət Məmun neçə gün xəstəlikdən sonra orada öldü. Onun ölümündən sonra napak və qəsavətli qardaşı Mötəsim onun yerində oturdu və imam Cavad (ə)-ı Mədinədən Bağdada gətirdi ki, o həzrəti yaxından nəzarət altında saxlaya bilsin.
İMAMIN SӘHABӘLӘRİ
İmam Cavad əleyhissalamın zamanında şərait çox pis olduğundan daha az tələbə yetişdirildi. İmamın görkəmli tələbələrindən bəzisi bunlardır:
1. Әli ibni Məhziyar: O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Әhvazda yaşayırdı. Әhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar axırda elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: «Allahın adı ilə. Ey Әli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin nemətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm».
2. Әbunəsr Bəzənti: O, Kufə əhalisindən və imamın xüsusi əshabından idi. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. Bu, imam Rzanın hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir.
3. Zəkəriya ibni Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir.
O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Әshabından birisi «mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm» - dedikdə, imam (ə) buyurmuşdu: «Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibni Adəmlə məsləhət et».

İMAMIN ŞӘHADӘTİ
İmamın şəhid olması barədə m?xtəlif rəvayətlər nəql olunmuşdur. B?y?k tarixçi İbni Şəhraşub bu barədə belə yazıbdır: Mtəsim imama qarşı bəslədiyi kin-küdurət üzündən imamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. M?xtəlif vədə və həvəslər Ümmü Fəzli imamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 220-ci hicri ilinin Zilhəccə ayının 6-da çərşənbə axşamı günü 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır.
İMAMDAN QISA KӘLAMLAR
1. Bir kişi o həzrətin hüzuruna gəlib «mənə nəsihət ver» - dedi. Həzrət (ə) belə buyurdu: «Ürəyinin istəkləri ilə müxalifət et. Çünki həmişə Allahın nəzarəti altındasan».
2. Günahından dönməyən və tövbə etməyən günahkar, məğrurdur. Allaha qarşı çıxan şəxs məhv olmağa məhkumdur.
3. Әn yaxşı mömin, əxlaqi cəhətdən hamıdan yaxşı olan şəxsdir.
4. İnsanın kamalı ağlındadır.
5. Hər kim Allaha təvəkkül etsə, Allah onu hər cür pislikdən qurtarar.

Top