Yunanıstan mədəniyyəti

Yunanıstan mədəniyyəti

Qədim Yunan mədəniyyətinə tədqiqatçılar xüsusi əhəmiyyət verirlər, bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam, İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran sivilizasiyalarının böyük tövhəsi olmuşdu.

Qədim Yunanıstan (Qədim Ellada) tarixi şərti olaraq doqquz inkişaf mərhələlərinə bölünür:
1)Paleolit dövrü
2)Neolit dövrü
3)İlk və orta tunc dövrü
4)Tunc dövrünün son mərhələsi
5)Dəmir dövrü
6)Polis quruluşunun yaranması və inkişafı
7)Quldarlıq quruluşunun klassik dövrü
8)Ellinizm inkişafı və möhkəmlənməsi
9)Ellenizm dövlətlərinin tənəzzülü, Roma tərəfindən Yunanıstanın işğal edilməsi.
Afina şəhərində Zevsin məbədi
Qədim Yunanıstan mədəniyyətinin keçdiyi tarixi yol adətən Krit-Miken dövründən başlanır. Egey mədəniyyəti – Qədim Yunanıstanda tunc dövrünə 9 e.ə.təqribən 28-12-ci əsrlər) aid arxeoloji mədəniyyətin şərti adı. Krit-Mikenin yüzlərlə abidəsi tədqiq olunmuşdur. Krit-Miken mədəniyyətinə aid Minoy mədəniyyəti (e.ə.təqribən 3-2-ci minilliklər) mərkəzi Knos olan Krit dövlətində yaranmışdı. Knosda saray qalıqları, sərdabalar, miss və tuncdan əmək aləti, silahlar və s. aşkar edilmişdir. Kritdə piktoqrafik yazı sistemi yayılmışdır. Balkan yarımadasında Minoy mədəniyyəti ilə eyni dövrdə yaranan Ellada mədəniyyəti də Krit-Miken mədəniyyətinə aiddir. Ellada mədəniyyətinin son mərhələsi Mikena mədəniyyəti ilə səciyyələnir. Mikenada müdafiə tikililəri, saraylar, hökmdar sərdabası, ticarət-sənətkarlıq məhəllələrinin qalıqları aşkar edilmişdir. Kiklad mədəniyyəti (Mərkəzi Melos) e.ə.təqribən 1400 ildən sonra Minoya və Ellada mədəniyyətinin təsirinə məruz qaldı. Avroa ərazisində Krit-Miken mədniyyət dövründə ilk dəfə sinifli cəmiyyət və dövlət, yazı yaranmış, memarlıq, heykəltəraşlıq və s.yüksək inkişaf etmişdi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim Kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Krit rəssamları insan fiqurlarının təsirinə Misir Kanonları ruhunda yanaşırdılar. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı. Lakin bura da xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəlcədən Kritdə çar hakimiyyətinin xüsusi forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhuani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə.XVI əs rvə XV əsrin I yarısında Knoss mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə.XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Vulkan püskürməsi nəticəsində şəhər yerlə-yeksan olmuşdu. Krit mədəniyyət mərkəzindən Yunanıstanın əyalətinə çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan Ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, Pilos, Afinada tapmışlar. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzuaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, Hətti Misirdə də tapmaq mümkündür. Mikenlilərin dominantlığına b.e.ə.XII əsrdə bir çox xalqları, o cümlədən dorilərin burada gəlməsi son qoyuda. Bununla əlaqədar, Miken mədniyyətinin bir çox mərkəzləri barbarlar tərəfinən zəbt olundu. İqtisadi resurslarla zəngin, yüksək mədəniyyət, yaxşı hazırlanmış hərbi maşina xas axey dövlətlərinə vəhşilər qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyini, xalqın narazılığı, çoxsaylı hərbi münaqişə və müharibələrdə maddi və sinsani resurslarının əldən getməsi idi. Ona görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Miken mədəniyyəti bizim e.ə.XII əsrin sonralarına qədər inkişafı etmiş, sonralar isə əldə olunmuş zəngin Miken mədəniyyəti o biri xalqların sivilizasiyalarına daxil olmuşdu.

B.e.ə.XI-IX əsrlərin Qədim Yunan mədəniyyəti Homer dövrü adlanır. Homerin məşhur “İliada” və “Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki, bu da, xüsusilə, bədii praktikada, yeni sənətdə özünü daha bariz şəkildə təzahür etdirdi.
Mifologiya yunan bədii mədəniyyətində nağıl-dini çərtilik gətirməklə, həyatın bədii tərzdə dərki üçün əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə təzahür tapır. Qədim yunanların şüurunda Olimp allaşları insana xas hisslərə, əməllərə malik olmaqla zadəgan-aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir möcuzəni , sehri həyata keçirən obrazlar idi.
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin mədəniyyət və incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər tikililərin qalmış bünövrələri. Keramik vaza və qablar üzərindəki taxta saray və məbədlərin təsvirləridir.
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi, təkrarolunmaz xüsusiyyətləri, təzahür tapmata başlayır ki, bunlardan ilk növbədə, bütün yunan mədəniyyətin aid olan kosmoloji xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini bütün mədəni hadisələrin dünya qanunua uyğun nizamlanması məsələsi təşkil edir. Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və təbiət büütn şeylərin ölçüsü kimi insanla nisbətdə götürülür.

B.e.ə.VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək Yunanıstanda müstəqil polisləirn təşəkkül tapdığı çağdır. Əhalinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox hissəsii ticarətin, ərazi ekspansiyasının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə “böyük kolonizasiya” kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.
Arxaik dövrdə memarlıq tikililərin tipləri əsasən məbədlərlə izah edilir. Arxaik dövrdə memarlığın vahid dili – order sistemi yaradırdı. Order sisteminin mahiyyətini inşaatda vahid ölçü moduldan istifadəni nəzərdə tuturdu. Bu xüsusiyyət tikililərə məxsusi bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubudur. Dorik sütunlar özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik sütunlar öz incə və bəəyi ilə qadın bədəninə daha yaxın idi.
Yunan sənətkarları məbədləri zövqlə bəzəyir, ən əsası isə bunları müxtəlif allahların şərəfinə həsr edirdilər.
Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi. Bu müqəddəs yerlər qədim yunanların həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə çevrildilər. Arxaik dövrün məbədləri əsasən dorik üslubla tikilirdi.
Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu sənət növündən olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin aparıcı tərkib hissələrindən biri saylıırdı.
Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs etmək yerinə düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu üslübü, adətən oriyentallıq kimi qələmə verirdilər. Bu xüsuüsiyyət, yunanların ornament sənətində çox şeyi məhz şərqdən götürməklə izah edilirdi.
Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı təşkil edirdi. Xüsusilə, fəlsəfi sistemin – naturfəlsəfənin əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasınan sübutu idi. Naturfəlsəfənin nümayəndələri Aləmi, dünyanı vahid maddi varlıq kimi qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə cəhd göstərmişlər.
Pifaqor və onun ardıcılları, mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində görürdü. Bu, riyaziyyat, astronomiya, müsiqi nəzəriyyəsinin inkişafı üçün çox əhəmiyyətli bir nəticə idi. Dövrün ən nəhəng filosoflarından biri Heraklit (b.e.ə.554-483) idi. O, materiyanın əsasını alovda görürdü. Onun fikrincə təbiətdə və cəmiyyətdə daim hərəkət, əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə məruz qalır.
Fəlsəfi məktəblə yanaşı, arxaik çağda ədəbiyyat da inkişaf edirdi. Bu dövrün ədəbiyyatında əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur.
B.e.ə.VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kmi təşəkkül tapır. Onun görkəmli nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin sujetləri sonrakı tarixi dövrlərdə də aparıcı yer tutmağa başlayır.

Klassik dövr mədəniyyəti


Akropol (acropolois)-ancient Athens cultureQədim yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə.VI əsrləri əhatə edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə.VI-V əsrin I yarısı), orta klassika (b.e.ə.V əsrin ortaları) və son klassika (b.e.ə.V-VI əsrin sonları) çağlarına bölünür.
Erkən klassika dövrdə incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu tarixi dvrdə ictimai-siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər-dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə  və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.
B.e.ə.V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.
Erkən klassikanın məşhur əsərlərindən biri də “Disk atan oğlun” heykəlidir. Onun yaradıcısı məşhur Miron idi. O, dövrünün ruhuna tam uyğun şəkildə yaradılmışdır. Afina Akropolundakı “Afina və Mars” adlı heykəltəraşlıq qruppu da bu sənətdən əhəmiyyətlidir.
Orta klassika Yunan incəsənəti b.e.ə.V-VI əsrlərdə çiçəklənir. Farsların dağıntılarında sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası və yenilərinin tikintisi, ictimai bina və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə.449-cu ildən başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı insanlarını cəlb edir. Orta klassik dövr mədəniyyətin hərtərəfli şəkildə inkişafı ilə səciyyələnirdi.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə.470-399) idi. Onun fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu filosof özündən əvvəlki müdriklərin ənənəvi problemlərinə nəzər yetirmədən əsas diqqəti insana – onun təbiəti, imkan və tərbiyəsinə yönəldir. İnsanın mövcudluğunun və inkişafının başlanğıcını Sokrata görə ağıl təşkil edir.
Bu çağın digər müdrik filosofu Demokrit idi. O, fəlsəfəyə atomist nəzəriyyənin müddəalarını gətirmişdi. Demokritə görü təbiət, materiya böünməyən atom zərrəciklərindən ibarətdir. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz hadisə yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir. Materiya əbədidir, onun təşəkkülü izaha ehtiyac duymur, yalnız dəyişiklikləri öyrənmək, təhlil etmək mümkün və lzaımdır, bunu isə allahsız və inamsız da etmək olar.
Orta klassik dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi yazarların adı ilə bağlıdır. Esxil klassik yunan faciəsinin banisi hesab edilir. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır.
Dövrün digər faciə ustadı Sofokl hesab edilir. Onun çar Edip haqqındakı məşhur faciəsində dövrün bütün xüsusiyyətləri öz əksini tapmışdı.
Klassik dövrünün məşhur komediya ustadı Aristofan hesab edilir. O, öz komediyalarında siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun komediyalarında bu motivi aydın şəkildə görmək mümkündür.
Qədim yunan son klassikası dövründə mədəniyyət üçün klassik bir mərhələsini əhatə edir. Afina və Sparta arasındakı müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da sənətdə özünü aydın formada təzahür etdirirdi.
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü nümunələrin tikilməsi xüsusi bir janr kimi  təşəkkül tapdı.
Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi. Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun ayrı-ayrı çağların çox böyük rolu vardır.
Həmçinin bax:
qədim ellin mədəniyyəti
qədim Yunanıstan haqqında melumat

Top