Osmanlı imperiyasının ən qəddar adətləri

Osmanlı imperiyasının ən qəddar adətləri

Qədim dövrün bir sıra adətləri bizə qəribə gəlsə də, həmin vaxt üçün adidən-adi sayılıb. Məsələn həyat və taleləri haqda bir sıra əfsanə dolaşan Osmanlı sultanlarının xüsusi qəfəslərdə böyüdüklərini bilirdiniz?!
Osmanlı imperiyasında taxt böyükdən kiçiyə keçirdi. Yəni böyük qardaşı öz hakimiyyətini kiçiyə dövr edirdi. Bunun üçün isə sultanın ölümünü gözləmək lazım gəlirdi. Taxta gələn sultan öz rəqiblərini hətta qundaq körpəsi olsa belə məhv etməli idi. Çünki bu addımı atmasa, xalq ona qarşı qruplaşa bilərdi. Bu qəddar təcrübəni ilk dəfə II Mehmet gerçəkləşdirmişdi.
Osmanlı imperiyasının ən qəddar adətləri
Mehmet kifayət qədər savadlı hökmdar idi. Bundan əlavə Quranı çox gözəl bilirdi. Sultanın dövründə bir çox məktəb inşa edilmişdi. II Mehmetin əmrinə əsasən məktəblərdə məntiq, riyaziyyat, din və digər dərslər icbari tədris olunurdu. Elə həmin Mehmet də taxta çıxan kimi 19 qardaşını ipək iplə boğub öldürmüşdü. Sonralar bu vəhşilik Osmanlı imperiyasının qanununa çevrilir. Lakin iki əsr sonra I Əhməd əqli cəhətdən zəif qardaşının qatili olmaqdan imtina edir. Bunun əvəzinə qardaşlarına qarşı ev həbsi qanununu qüvvəyə mindirir.
Topqapı sarayının girəcəyindəki birmərtəbəli bina həmin dövr şahzadələrin qəfəsi adlanırdı. Möhtəşəm bağçası, hovuzu, gözəl otaqlarına rəğmən bina həbsxana funksiyasını daşıyırdı. Şahzadələr də sultanın qardaşlarının ayağına dolaşmamaq üçün həmin qəfəsə qapadılırdılar. 
 
 
Mənbə: azedu.az
Top