Türkiyənin tarixi kateqoriyası üzrə məqalələr

Osmanlı sultanını devirmək istəyən azərbaycanlı

Şirvanzadə Mehmet Rüşdi Paşa Sultan Əbdüləzizin hakimiyyəti dövründə, 1873-1874-cü illərdə Osmanlı dövlətinin sədrəzəmi və ya vəziri olub. Atası XIX əsrdə Azərbaycanda yenidən dirçələn Nəqşibəndilik təriqətinin liderlərindən biri İsmayıl Siracəddin Şirvanidir. İsmayıl Şirvani Kürdəmirdə doğulub.
Osmanlı sarayına doğru
Çar Rusiyasının Şirvan (Şamaxı) Xanlığını işğal etdikdən sonra ailəsi Anadoluya (Amasiya) köçüb. Təhsilinə Amasiyada başlayan Mehmet Rüşdi 1850-ci ildə İstanbula gələrək, burada Bəyazid Cami mədrəsəsində oxuyub. Müəllimi dövrünün məşhur din adamlarından Vidinli Mustafa Əfəndi olub.
Davamı →

Osmanlı imperiyasının ən qəddar adətləri

Qədim dövrün bir sıra adətləri bizə qəribə gəlsə də, həmin vaxt üçün adidən-adi sayılıb. Məsələn həyat və taleləri haqda bir sıra əfsanə dolaşan Osmanlı sultanlarının xüsusi qəfəslərdə böyüdüklərini bilirdiniz?!
Osmanlı imperiyasında taxt böyükdən kiçiyə keçirdi. Yəni böyük qardaşı öz hakimiyyətini kiçiyə dövr edirdi. Bunun üçün isə sultanın ölümünü gözləmək lazım gəlirdi. Taxta gələn sultan öz rəqiblərini hətta qundaq körpəsi olsa belə məhv etməli idi. Çünki bu addımı atmasa, xalq ona qarşı qruplaşa bilərdi. Bu qəddar təcrübəni ilk dəfə II Mehmet gerçəkləşdirmişdi.
Davamı →

Türkiyənin son 70 ildə tarixi

İkinci Dünya müharibəsində hər iki tərəfin cəhdlərinə baxmayaraq, Türkiyə bitərəf qaldı. 1945-ci ilin fevralında Türkiyə Almaniya və Yaponiyaya müharibə elan etdi. Yaranması nəzərdə tutulan BMT-yə üzv qəbul edilmək üçün bu addımın atılması əsas şərt idi. Lakin bu dövrdə Türkiyənin beynəlxalq vəziyyəti çətin idi. Belə ki 1945-ci ilin martında SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürmüşdü. Ona görə də Türkiyə SSRİ-nin təcavüz təhlükəsinə qarşı ABŞ-la yaxınlaşmağa məcbur idi. Trumen doktrinası və Marşall planına əsasən, ABŞ Türkiyəyə hərbi-iqtisadi yardım göstərdi.

Davamı →

Türkiyə dövləti XX əsrin ikinci yarısında

Müharibədən sonrakı ilk illərdə Türkiyədə ən vacib problem iqtisadiyyatın sağlamlaşdırılması idi. Türkiyənin ixrac etdiyi kənd təsərrüfatı malları Avropa bazarında rəqabətə dözə bilmirdi. Buna görə də Türkiyə hökuməti bir sıra islahatlar keçirmək qərarına gəldi. Əhalinin əmək münasibətlərini qaydaya salmaq üçün Əmək nazirliyi yaradıldı. Ərzaq vergisi ləğv edildi. 1945-ci ildə Türkiyə Böyük Millət Məclisi Torpaq islahatı haqqında qanunu təsdiq etdi. Qanunda ehtiyacı olan hər bir kəndliyə torpaq verilməsi nəzərdə tutulurdu. Torpaq islahatı 1947-ci ildən həyata keçirilməyə başladı. Şəxsi torpaq sahələrinə toxunulmadı Hakim dairələr “qapalı” iqtisadi siyasətdən imtina etdilər. Onlar respublika döründə ilk dəfə olaraq ölkənin kapitalını xarici kapital üçün açıq elan etdilər. 1947-ci il iyulun 12-də Ankarada ABŞ ilə Türkiyə arasında “Trumen doktrinası” çərçivəsində Türkiyəyə maddi yardım göstərilməsi haqqında müqavilə imzalandı.
Davamı →

Türkiyə 1920-1930-cu illərdə

Birinci Dünya müharibəsi Osmanlı imperiyası üçün fəlakətlə nəticələndi. Mühəribə Osmanlı imperiyasının bütün iqtisadi həyatını pozdu. Ölkə müharibədə ağır məğlubiyyətə uğradı, imperiya süqut etdi. 1919-cu ilin aprel ayına qədər ingilis qoşunları Anadolunun cənub-şərq hissəsini (Kilikiyanı), fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları zonasını işğal etdilər. Yunanıstan Qərbi Anadoluda İzmiri ələ keçirdi. Milli-azadlıq hərəkatına qalxan türk xalqına rəhbərliyi gənc zabit Mustafa Kamal paşa öz üzərinə götürdü. Onun rəhbərliyi altında Sivasda bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi toplandı. 1920-ci ilin yanvarında işə başlamış Məclis “Milli And” qəbul etdi. Bu sənəddə Mudros barışığı başlanan vaxtdan etibarən Türkiyənin malik olduğu sərhədlər daxilində istiqlaliyyəti və ərazi bütövlüyü elan edilirdi. 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı.
Davamı →

Türkiyənin 11 cümhurbaşqanı

Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində anadan olub. Atası Əlirza bəy, anası Zibeydə xanımdır. İbtidai və orta təhsilini Selanikdə almış, 1899-cu ildə Hərbiyyə məktəbinə daxil olmuş, 1902-ci ildə oranı bitirmişdir. Polkovnik rütbəsi ilə Çanaqqala savaşlarına qatılmış, 1916-cı ildə general rütbəsi ilə təltif olunmuş, Diyarbəkir Cəbhədindəki 16-cı briqadanın komandanlığına gətirilmişdir. 1918-ci il noyabrın 7-də Osmanlı padşahı tərəfindən geri çağrılmış və 1919-cu il aprelin 30-da Ərzurumda yerləşən 9-cu ordu müfəttişliyinə təyin olunmuşdur.
Davamı →

Ağca

Abdulla Çatlı, Ələddin Çakıcı, adlarının sadalanması uzun vaxt aparacaq Türkiyənin və türkün gizli qoruqçuları sayılan insanlar. Adları müxtəlif cinayətlərdə hallandı, millət naminə yapdıqları işlər sadalandı, bu günün “Kurtlar vadisi”ndə obrazları axtarıldı, bəziləriylə müqayisələr aparıldı. Həbsdən qurtulması təkcə Türkiyənin deyil, bütün dünya xəbər agentliklərinin, yazılı və elektron mətbuatının, televiziyalarının önəmli xəbərinə çevrilən Mehmed Əli Ağca da bu sevdalılardan biridi. Ancaq onun taleyi digərlərindən fərqli oldu… O, canlı əfsanədir!
Davamı →

Türkiyənin bütün tarixi bir yazıda

E.ə. 2600 -1900-cu illər (qədim tunc dövrü) -Mərkəzi Cənub-şərqi Anadoluda qedim Xettlərin padşahlığı. 
E.ə. 1900-1300-cü illər -Böyük Xettlər padşahlığı, Misirlə müharibə (Suriyanın işğalı), Patriarx Avram Uradan Xana gedir və Mesopotomiyanın şimal-şərqində dayanır.
E.ə.1250-ci il -Troya Müharibəsi.
E.ə. 1200-600-cü illər -Yunan adalarından frigiyalıların və “Dəniz Xalqları”nın basqını, Midas və Krez çarlığı, sikkələrin kəşfi, Urartu dövləti, İoniyada Şəhərlər ittifaqı
E.ə. 550-ci il -İran şahı Kirin Anadoluya hücumu.
E.ə. 334-cü il -Makedoniyalı İsgəndər İran ordusunu məğlub edir və Kiçik Asiyanı işğal edir.
E.ə. 250-ci il -Perqam dövləti.
Davamı →

Türkiyə Respublikasının yaranması

Birinci Dünya müharibəsinin nəticələri Osmanlı imperiyası üçün daha fəlakətli olmuşdu. O, müharibə nəticəsində dağılmış imperiyalardan biri oldu. Onun torpaqları pay-püşk edildi. Müharibədə qalib çıxan Antanta dövlətləri, xüsusən İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyəni bir dövlət kimi ləğv etmək niyyətində idilər. İzmir və onun ətraf rayonları «bəxşiş» olaraq Yunanıstana verildi. 1919-cu ilin aprelinə kimi ingilis qoşunları Kilikiyanı, fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları bölgəsini işğal etdilər.
Türkiyə qarşısında "ölüm" ya «olum» məsələsi durmuşdu. Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda milli-azadlıq hərəkatına başladı. Ona gənc zabit Mustafa Kamal Paşa (1881 — 1938) rəhbərlik edirdi.
Davamı →

Türkiyənin son zamanlarda(1980-1990)

80-90-cı illərdə Türkiyənin xarici siyasətinə gəlincə qeyd etmək lazımdır ki, bu sahədə ənənəvi kurs toxunulmaz olaraq saxlanılmışdır. Belə ki, 12 sentyabr 1980-ci ildə hakimiyyəti öz üzərinə götürən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi K.Evren ilk çıxışında bildirdi: Türkiyə NATO və digər müttəfiqlik müqavilə və sazişlərinə sadiq olaraq qalır, başda qonşular olmaqla bütün ölkələrlə qarşılıqlı suverenlik və hörmət, bir-birinin daxili işlərinə qarışmamaq əsasında və bərabər şərtlər daxilində iqtisadi, sosial və mədəni əlaqələri inkişaf etdirmək qərarındadır. Beynəlxalq məsələlərin sülh yolu ilə həll edilməsi yönümündə siyasətini davam etdirəcəkdir.

Davamı →
Top