Avropa Yenidənqurma və Inkişaf Bankının təşkilati quruluşu

Avropa Yenidənqurma və Inkişaf Bankının təşkilati quruluşu

AYIB-nın quruluşu tipik olaraq inkişaf banklarının qu­ruluşu kimidir. AYIB-nın ali rəhbər orqanı Rəislər və Direk­torlar Şurasıdır.
Rəislər Şurası AYIB-nın baş qanunverici orqanı ol­maqla Bankın hər bir iştirakçısının nümayəndələrini rəis və ya onun müavini olmaqla özündə birləşdirir (ölkələri və bey­nəlxalq təşkilatları). O, bankın səlahiyyətinə daxil olan prin­sipial məsə­lə­ləri həll etmək səlahiyyətinə malikdir. Bu səla­hiyyətlərə ilk növbədə yeni üzvlərin qəbul edilməsi, onların qəbul şərtlərinin müəyyən edilməsi, kapitalın artırılması, ba­lansın təsdiq edil­məsi, gəlirin bölüşdürülməsi və digər məsə­lələr aiddir.
Direktorlar Şurası – Bankın əsas icraedici orqanıdır. Bütün cari məsələlər, AYIB-nın fəaliyyət məsələləri, o cüm­lə­dən kreditlərin verilməsi ilə əlaqədar məsələlər, zəma­nət, səhmdar kapitalda investisiya, onun səlahiyyətlərinə aiddir.
Direktorlar Şurası 23 üzvdən və 23 müavindən ibarət­dir: 11 direktor rəislər tərəfindən seçilir. Avropa Iqtisadi Bir­liyində ölkəni təmsil edən, Cəmiyyət və Avropa Investisiya Bankını, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə kömək al­mağa hüququ olan 4 direktor – 4 digər Avropa ölkələrini təmsil edən rəis və 4 direktor qeyri-avropa ölkələrini təmsil edən rəis seçilir.
Bankın ilk prezidenti Fransa prezidentinin müşaviri Jak Attali olmuşdur.
Bankın yaradılmasında onun strukturuna iki əməliyyat departamenti daxil olmuşdur ki, bu da hər hansı bir ölkədə sənaye və maliyyə fəaliyyətində işləmək təcrübəsi olan kom­mersiya və inkişaf depar­tament­lərindən təşkil edilmişdir. Kommersiya departamenti xüsusi və özəlləşdirməyə aid olan müəs­sisələrin maliyyələşdirilməsini həyata keçirir. Onun tər­kibinə xüsusi sektor müəssisələrinin maliyyələşdirilməsi sahə­sində iş təcrübəsi olan mütəxəssislər daxil edilmişdir.
Fiziki və maliyyə infrastrukturların maliyyələş­dirilməsi, inkişafın maliyyələşdirilməsi sahəsində, həmçinin ölkə iqtisa­diyyatı və sahələr üzrə dərin biliyə və lazımi təcrübəyə malik olan mütəxəssislərin işlədiyi inkişaf departamentləri tərəfin­dən həyata keçirilir.
EBRD organization structure in 1997
Bankın yarandığı dövrdən birinci iki ildə bəzi çətinliklər və problemlər olmuşdur. Bank Rusiyada, keçmiş SSRI res­publikalarında, Mərkəzi Avropa ölkələrində öz rəqabətçisi kimi baxılan ənənəvi beynəlxalq maliyyə institutları siste­mində öz yerini tapa bilmədi. Bu öz yerini AYIB-nın Rusiy­adakı fəaliyyətində tapmışdır ki, ona da BVF-nun, BYIB-nın və BMK-nın üstünlük sferası marağından və J.Attalinin Bankın prezidenti vəzifəsindən getmək ərəfəsində AYIB-nın gündəlik fəaliyyətində tapmişdir.
1991-1993-cü illər üzrə olan dövrləri mütəxəssislər böh­ran dövrün adlandırır. Bunun səbəbi Bank rəhbərlərinin işində uğursuzluğun və yeni beynəlxalq maliyyə institutları­nın yaradılma mərhələsində olması ilə izah edilirdi. 1993-cü ildə Bankda yeni dəyişikliklər edildi. Bu dəyişikliklərin edil­məsində məqsəd Bankın strukturunu, artan ölkələrin və əməliyyatlarının sayına uyğunlaşdırmaq, paralel elementləri və onun kredit əməliyyatlarında səmərəsizliyi ləğv etmək idi.
Bankda yenidən təşkil edilmənin aparılmasının ma­hiyyəti keçmişdə mövcud olan kommersiya və inkişaf idarəsi əvəzinə iki «Şimal» və «Cənub» regional idarələri yaratmaq idi. Bu idarələrin hər birinin içərisində istər kommersiya kre­ditləri və istərsə də inkişaf proqramını maliyyələşdirmək sa­həsində mütə­xəs­sisləri birləşdirən ölkələr üzrə «komanda» yaradılmış­dır. Bundan başqa, hər bir idarə kənd təsərrüfatı, nəqliyyat, enerji resursları infrastrukturu, özəlləşdirmə pro­blemləri üzrə ixtisas­laşmış funksional bölmələri olmalıdır.
«Şimal» idarəetmə sferasına məsuliyyətə Rusiya, Bela­rus,  Çexiya   Respublikası,  Estoniya,   Qazaxıstan, Latviya, Litva, Slo­veniya, Özbəkistan, «Cənub» ida­rəedilmə­sinə Albaniyada, Ermənistanda, Azər­baycanda, Bolqarı­standa, Xorvatiyada, Make­doniyada, Gür­cüstanda, Macarı­standa, Qırğızıstanda, Mol­do­vada, Rumıniyada, Sloveniy­ada, Tacikistanda, Ukray­nada, əməliyyatlar üçün cavabdehdir.
Bankda əməliyyatların həcminin artması və genişlən­məsi ilə əlaqədar olaraq onun quruluşu dəyişmiş, onun ye­rinə yetirdiyi funksiyalar artmışdır ki, bu da köhnə bölmələ­rin yerinə yenilərinin yaradılmasını tələb edir. «Şimal» — «Cənub» sistemi müəyyən nisbətdə dəyişmişdir. Müasir mər­hələdə Bankda bütün əsas funksiyaları yerinə yetirən iki bank və maliyyə departamentləri və inzibati – kadr, hüquq, əməliyyat­lara kömək və nüvə təhlükəsizliyi kimi dörd kiçik departament mövcuddur.
Beləliklə, beynəlxalq maliyyə təşkilatları geniş spektrə malik problemlərin həll edilməsinə yardımçı olur:
  • valyuta məhdudiyyətinin aradan qaldırılması;
  • sosialist yönümlü və inkişaf etməkdə olan ölkələrdə struktur islahatların həyata keçirilməsinə köməklik edir;
  • milli və regional böhranların tənzimlənməsində, yum­şaldılmasında və bəzi hallarda borc problemlərinin aradan qaldırılmasında iştirak edir. Qloballaşmanın genişləndiyi bir vaxtda beynəlxalq iqti­sadi təşkilatlar mürəkkəbləşən bir şəraitdə kredit-maliyyə, valyuta münasibətlərini tənzimləyən əsas mexanizmlərdən birinə çevrilmişdir. Bu mexanizm inkişaf edir və həmişə dəyi­şən mühitə meyl edir. Cari yüzillikdə infor­ma­siya inqilabı onun işini nisbətən asanlaşdırdığı üçün bu mexanizmin forma­laşdırılması daha da sürətlənəcəkdir. Iqtisadi və siyasi sferada baş verən dəyi­şikliklər dünya təsərrüfatı prob­lemlərini daha səmərəli həll edə biləcək beynəlxalq təşkilatların yeni nəslini həyatımıza cəlb edəcəkdir.
Top