Aİ (uyğun olaraq ing. — EU ) on beş üzv dövlətdən təşkil edilmişdir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq, Finlandiya, Fransa, İsveç. Onların hamısı imzalamanın iştirakçıları idilər yaxud sonradan 1957-ci ildə Roma müqaviləsinə, 1986-cı ildə vahid Avropa aktına, 1992-ci ildə Avropa ittifaqı haqqında Maastrixt müqaviləsinə, 1997-ci ildə Amsterdam müqaviləsinə, eləcə də daxil olma və assosiasiya yaratmaq haqqında regionun müxtəlif ölkələri üçün daxil olma şəraiti və gələcəkdə üzvlük perspektivləri təklif edən müxtəlif müqavilələrə qoşuldular. İslandiya, Lixtenşteyn və Norveç ilə birlikdə iştirakçı ölkələr on səkkiz dövlətin hamısının sənaye mallarının, kapitalın, xidmətlərin və adamların sərbəst hərəkəti üçün Avropa iqtisadi məkanını təşkil etdilər. Aİ həm də Türkiyə ilə azad ticarət zonasını yaratdı və 1996-cı ildə Barselona konfransının qərarlarına əsaslanaraq İordaniya da daxil olmaqla Avro-Aralıq dənizi regionunun on iki dövləti ilə danışıqlar apardı.
Valyuta-maliyyə münasibətləri ölkələrin xarici ticarətində mal və xidmətlərin inkişaf, beynəlxalq kapitalın miqrasiya olunması və investisiyanın hərəkəti, istiqrazların verilməsi, maliyyə yardımı, iqtisadi yardım, elmi-texniki mübadilə, turizm, dövlət və xüsusi köçürmələrin inkişafı ilə əlaqədar olaraq baş vermişdir. Bunlarda yalnız beynəlxalq iqtisadi münasibətlərin formaları sintez edilir, dövlətlərarası əlaqədə (diplomatik, mədəni, idman və s.) bu və ya digər hesablaşmalar tələb edən forma və növlərdən istifadə olunur.