Mərkəzi və Şərqi Avropanın sosialist ölkələrinin iqtisadi və siyasi həyatında ciddi dəyişikliklərlə əlaqədar olaraq Avropa dövlət və hökumət dairələrində yeni regional inkişaf banklarının yaradılması ideyası yarandı.
80-ci illərdə sosialist dövlətlərində siyasi sistem dağılmağa başlayır, mürəkkəb problemlər baş qaldırır, iqtisadiyyatın bazar modelinə keçməsi, iqtisadiyyatın planlı-amirliyi yenidən qurulur, struktur dəyişikliklər baş verir. Keçmiş sosialist ölkələrində dərin iqtisadi böhranların baş verməsi, sosial gərginliklərin sürətlənməsi və mürəkkəbləşməsi bunların həllini çətinləşdirir.
Avropanın inkişaf etmiş ölkələrinin hökumətləri yeni yaranan demokratik rejimə köməklik etməyi başa düşərək və onlara maliyyə yardımı göstərmək üçün 1989-cu ildə Fransa Prezidenti Fransua Mitteranın Avropa parlamentinin iclasında dediyi Avropa Yenidənqurma və Inkişaf Bankının – AYIB (European Bank for Reconstruction and Development — EBRD) yaradılması ideyasını bəyəndilər. Onun yaradıcılarının fikrincə, AYIB ümumi-Avropa maliyyə-iqtisadi əməkdaşlığında, sosialist yönümlü ölkələrdə köklü dəyişiklikləri həll etmək üzrə beynəlxalq təsiri gücləndirmək və beynəlxalq köməkliyi səfərbər etmək aləti və keçid iqtisadiyyatı ölkələrinin işgüzar dairələri üçün katalizator və tərəfkeş olmaqla institusion infrastruktura malik ilk blok olmalıdır.AYIB gərginliyin aradan qaldırılmasından sonra Fransua Mitteranın obrazlı ifadəsilə desək yaxınlaşmağa səy göstərən iki yarım Avropa arasında körpü olan ilk hökumətlərarası maliyyə təşkilatıdır.AYIB -nın təsis edilməsi haqqında razılaşma bir neçə (15-16 yanvar, 8-11 mart, 8-9 aprel 1990-cı il) ekspertlərin iclasında və Parisdə ona üzv olan dövlətlərin üç dəfə görüşməsi nəticəsində ən qısa vaxtda hazırlanmışdır. Iclaslarda Avropa dövlətlərinin nümayəndələri, Mərkəzi və Şərqi Avropa dövlətləri (MŞAD), dünyanın digər region dövlətlərinin nümayəndələri – Misir Ərəb Respublikası, Israil, Koreya Respublikası, Mərakeş, həmçinin Avropa iqtisadi cəmiyyətləri, Avropa Investisiya Bankı və s. təşkilatlar iştirak etmişlər. Sonuncu danışıqlar Parisdə 20 may 1990-cı ildə olmuşdur. Avropa Yenidənqurma və Inkişaf Bankı beynəlxalq bank kimi. BYIB onun üzvləri, təşkilatları və hökumətləri arasındakı Razılaşmaya əsasən təsdiq edilmişdir. AYIB rəislərinin ilk Şurası 16 aprel 1991-ci ildə Bankın qərargah-mənzilində Londonda olmuşdur.
Hazırda 58 dövlət və iki təşkilat – Avropa Investisiya Bankı və Avropa Ittifaqı onun üzvüdür. AYIB vahid beynəlxalq kredit-maliyyə təşkilatı idi ki, bunun da üzvü və əsas yaradıcılarından biri SSRI olmuşdur.
Sovet Ittifaqının AYIB-də iştirak etməsi onun beynəlxalq maliyyə təşkilatı sisteminə qoşulmasını göstərirdi. Dövlət investisiya və texniki yardım sahəsində köməklik göstərməyi hiss edilirdi. SSRI-nin AYIB-də iştirak etməsi inkişaf etmiş dövlətlərin ona qarşı münasibətini dəyişmişdir. Belə ki, AYIB-in ilk prezidenti J.Attali SSRI-nin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edirdi ki, Sovet Ittifaqı olmadan AYIB-in heç bir faydası yoxdur, Rusiyanın Avropadan kənar edilməsi müharibəyə gətirə biləcək təmiz ağılsızlıqdır».
AYIB prinsipcə dövlətlərarası struktura malik yeni tipdir. Onun qarşısında duran məqsəd və vəzifələrə, metodlara və iştirakçıların tərkibinə görə analoqu yoxdur. Ilk dəfə olaraq iqtisadi təşkilatların təsis sənədlərində onun tərəfində iqtisadi köməkliyin verilməsində təşkilatların siyasi tələblərinin gözlənilməsinin vacibliyi bildirilmişdir. Ilk dəfə olaraq beynəlxalq təşkilat ABŞ-nın təşəbbüsü ilə deyil, onların istəyindən kənarda yaradılmışdır. Ilk dəfə SSRI Nizamnəmə kapitalında 6% payı olmaqla beynəlxalq maliyyə institutuna daxil olmuş və bununla da beynəlxalq maliyyə təşkilatları sistemindən təcridedilməni qırmışdır.
Yeni Inkişaf və Yenidənqurma Bankı onun fəaliyyət regionunda geopolitik şəraiti tam dəyişmək şəraitində öz işinə başlamışdır. Ölkələrin öz iqtisadiyyatını əvvəllər heç yerdə tətbiq edilməyən miqyasdə yenidən qurmağa cəhd göstərmələri və AYIB-nın heç bir beynəlxalq maliyyə təşkilatlarının təcrübəsinə, ölkə hökumətlərinin, dəyişilən iqtisadi təcrübəyə arxalanmaq imkanına malik olmamışdır. Mərkəzi və Şərqi Avropa ölkələrində mərkəzləşdirilmiş iqtisadi inzibati-amirliyi yenidən qurmaq-dəyişdirmək məqsədilə bazar iqtisadiyyatı üçün onlara yeni yanaşmalar tələb olunurdu.
Keçmiş kommunist ölkələrinin 1993-cü ildə AYIB-nın illik iclaslarında qeyd edildiyi kimi iqtisadi problemləri yalnız Bankın diqqət mərkəzində deyil, eyni zamanda onların yenidən qurulmasına yüksək köməklik göstərən Qərb ölkələrinin də daima diqqət mərkəzindədir.
AYIB mövcud inkişaf banklarından yalnız maliyyə resurslarına yanaşmaq xüsusiyyətləri ilə yox qeyd edildiyi kimi onun iqtisadi və sosial tələbləri, öz məqsədinə – açıq iqtisadiyyata keçmək, yəni bazara, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrində xüsusi və sahibkarlıq təşəbbüsünün inkişafı, çoxpartiyalı demokratik prinsiplərə bağlılığı və onların həyatında aparılan bazar iqtisadiyyatı ilə fərqlənir.AYIB üzvlərinin tərkibi ilə də fərqlənir. Avropa ölkələrindən başqa iki təşkilat da onun üzvüdür: müəyyən dərəcədə onun qəyyumu hesab edilən Avropa Investisiya Bankı və Avropa iqtisadi cəmiyyəti – indiki Avropa Ittifaqı.
Qoyulan məqsədə çatmaq üçün Mərkəzi və Şərqi Avropa ölkələrinin açıq bazar iqtisadiyyatına keçməyə köməklik göstərmək, xüsusi və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək üzrə AYIB-ı demonopolizasiya və dövlətsizləşdirməni (özəlləşdirməni) daxil etməklə struktur və sahələr üzrə iqtisadi islahatlar aparmaq üçün köməklik göstərir. Belə tədbirlər Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatına və onların dünya təsərrüfatına daxil olmasına bu yolda köməklik göstərməlidir:
- xüsusi və digər marağı olan investorlar vasitəsilə kiçik və orta müəssisələrin xüsusi sahibkarlıq fəaliyyətinin məhsuldar rəqabət etmək imkanlarını genişləndirmək, təkmilləşdirmək və uzatmaq;
- göstərilən məqsədə çatmaq üçün həmçinin idarəetmə təcrübəsinə əsaslanaraq daxili və xarici kapitalı səfərbər etmək;
- həyat və əmək şəraitini, əmək məhsuldarlığını yüksəltmək, rəqabət mühiti yaratmağa imkan verən, xüsusi və sahibkarlıq təşəbbüsünü saxlamaq üçün vacib olan xidmət sferasında, maliyyə və müvafiq infrastrukturlara investisiyalar daxil etməklə məhsuldar investisiyalarla köməklik göstərmək – yardımçı olmaq;
- ayrıca və xüsusi investisiya proqramları və müvafiq layihələri həyata keçirmək, maliyyələşdirmək üçün hazırlamaqda texniki yardımçı olmaq;
- kapital bazarının yaradılmasını və inkişaf etdirilməsini stimullaşdırmaq;
- iqtisadi cəhətdən əsaslandırılmış həyati əhəmiyyət kəsb edən layihələri saxlamaq;
- ölkənin möhkəm inkişafına və ekoloji sağlamlığına yardımçı olmaq.
AYIB göstərilən funksiyaları yerinə yetirmək üçün özünün üzvü olan ölkələrlə, həmçinin BVF, BYIB, IƏIT (OGSP) institutları ilə sıx əməkdaşlıq edir.
AYIB region ölkələrinin inkişafına istiqamətlənir və bu onu regional inkişaf bankları ilə dostlaşdırır. Istiqrazların verilməsi, məsləhət xidməti, üzv ölkələrin investisiyalaşdırılmasının həyata keçirilməsi, kreditlərin zəmanətləşdirilməsi, həyat səviyyəsinin yüksəldilməsi, həmçinin üzv ölkələrin inkişafının sürətləndirilməsinə yardımçı olmaq, regional inteqrasiya proseslərinin dərinləşməsi və genişlənməsinə kömək etmək və s. funksiyaları da oxşardır.
AYIB AfIB, AsIB və ADIB ilə müəyyən struktur oxşarlığı da vardır. AYIB çərçivəsində aşağıdakı xüsusi investisiya və texniki yardım fondu yaradılmış və fəaliyyət göstərir:
- Baltik xüsusi investisiya və texniki köməklik fondu. Onlar Latviya, Litva və Estoniyada kiçik və orta sahibkarlığa köməklik göstərməklə xüsusi sektorun inkişafı üçün nəzərdə tutulmuşdur;
- Rusiya Federasiyasının xüsusi kiçik müəssisələrinin inkişafına köməklik üçün nəzərdə tutulan xüsusi texniki əməkdaşlıq fondu, Rusiyanın kiçik müəssisələri üçün xüsusi investisiya fondu;
- Moldova Respublikasında kiçik biznesin inkişafına kömək məqsədilə kiçik müəssisələr üçün nəzərdə tutulan xüsusi investisiya fondu 2002-ci ildə öz fəaliyyətini müvəffəqiyyətlə başa vuran fond ləğv edildi;
- AYIB ölkələrində maliyyə vasitəçilərinə köməklik göstərmək məqsədilə onlar üçün nəzərdə tutulan xüsusi investisiya fondu;
- Kiçik və orta sahibkarlığı (MSP) modernləşdirmək, strukturunu yenidən təşkil etmək, genişləndirmək və inkişaf etdirmək məqsədilə nəzərdə tutulan Italiya xüsusi investisiya fondu;
- Estoniya, Çexiya Respublikası, Sloveniya, Slovakiya, Rumıniya, Polşa, Litva, Latviya, Macarıstan, Bolqarıstanın kiçik və orta sahibkarlığının maliyyə problemlərini həll etmək məqsədilə nəzərdə tutulan kiçik və orta müəssisələrin maliyyələşdirilməsinin xüsusi fondu;
- Albaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, keçmiş Yuqoslaviya Respublikası, Makedoniya, Rumıniya və Xorvatiyada iqtisadiyyatı yenidən qurmaq məqsədilə nəzərdə tutulan Balkan regionu üçün xüsusi fond;
- AYIB ölkələrində əməliyyatları texniki əməkdaşlıq layihələrini maliyyələşdirmək məqsədilə nəzərdə tutulan AYIB-nın xüsusi texniki əməkdaşlıq fondu;
- Albaniya, Bosniya, Bolqarıstan, keçmiş Yuqoslaviya Respublikası, Makedoniya, Rumıniya, Yuqoslaviya Ittifaq Respublikası və Xorvatiyada kiçik və orta biznesin inkişafına köməklik məqsədilə nəzərdə tutulan kiçik və orta sahibkarlıq üçün AYIB-nın xüsusi fondu;
- Kredit xəttinin fəaliyyətdə olması ilə bağlı olan, makromaliyyələşdirmə proqramı və ticarətin inkişafına yardım etmək, həmçinin Qırğızıstan Respublikasında, Tacikistanda, Türkmənistanda, Özbəkistanda birbaşa investisiyalaşdırmaq mexanizmi üçün nəzərdə tutulan Mərkəzi Asiya üçün risklərin bölüşdürülməsi üzrə xüsusi fond.