Beynəlxalq Əmək Təşkilatı – BƏT (International Labour Organization — ILO) 1919-cu ildə «Millətlər cəmiyyəti» çərçivəsində Versal sülh müqaviləsinə əsasən yaradılmışdır. Beynəlxalq Əmək Təşkilatı ilə BMT arasında əlaqələrin yaradılması haqqında razılaşma 14 dekabr 1946-cı ildə təsdiq edilmişdir və bu təşkilat BMT ilə əlaqədə olan iki ixtisaslaşmış müəssisə olmuşdur.
BƏT-nın üzvləri - 171 ölkə.
BƏT-nın baş orqanları:
1.Baş konfranslar;
2.Inzibati Şura;
3.Beynəlxalq əmək bürosu.
Yerləşdiyi yer – Cenevrə. Baş əmək konfransı hər il Cenevrədə öz sessiyalarını keçirir. Baş əmək konfransının iştirakçısı olan dövlət bir nümayəndə sahibkarların, bir nümayəndə zəhmətkeşlərin olmaqla iki nümayəndə göndərir.
Sessiyalararası dövrdə BƏT-nin baş konfransının işinə Inzibati şura rəhbərlik edir ki, bunun da 28-i hökumət nümayəndəsi, 14-ü zəhmətkeşlərin nümayəndəsi və 14-i isə sahibkarların nümayəndəsi təşkil edir.
BƏT-nin məqsədi zəhmətkeşlər üçün sosial ədalətin təmin edilməsi, insan hüquqlarının müdafiəsi və həmçinin mükafatlandırılması, azadlığın təmin edilməsi, dövlətin sosial və əmək problemləri ilə əməkdaşlıq (məşğulluq, əmək şəraiti, əməyin mühafizəsi, əmək haqqı, pensiya, məzuniyyət, zəhmətkeşlərin digər qrupları – qadınlar, yeniyetmələr, mühacirət) və s. yaratmaqdır.
BƏT-nin Nizamnaməsi – ümumililiyi (universallığı) və nümayəndələrin üçtərəfli olması kimi iki prinsipə əsaslanır.
Birinci prinsip BƏT-nin Nizamnaməsində müəyyən edildiyi kimi onun nizamnamə öhdəçiliklərini qəbul edən bütün dövlətlərin bu təşkilata üzv olmaq imkanı olduğunu göstərir. Bu prinsip BƏT üzvlərini məcbur edir ki, bütün ölkələrdə zəhmətkeşlərin əmək həyat şəraitinin yaxşılaşmasına, təşkilatda üzvlükdən irəli gələn bütün üstünlüklərdən bərabər istifadə etmək hüququ verilsin. Əgər bu prinsip ümumiliyi (universallığı) ilə çoxu üçün xarakterikdirsə onda üçtərəfli nümayəndəlik prinsipi ancaq BƏT-na məxsusdur. Mahiyyət ondan ibarətdir ki, BƏT-nin hər bir üzvü təşkilata hökumət, zəhmətkeş, sahibkarların üzvü kimi təqdim olunur. Bununla belə hər qrup nümayəndəsi əmək problemləri həll edilən zaman öz mövqeyi ilə sərbəst məşğul ola bilər.
BƏT-nin əsas fəaliyyət istiqaməti təşkilatın azadlığı, əmək haqqı, iş gününün uzunluğu və əmək şəraiti, zəhmətkeşlərin əməyə görə təltif edilməsi, sosial sığortalanma, ödənilən məzuniyyətin, əməyin mühafizəsi, işçi qüvvəsi və işçi müfəttişliyi xidmətinin muzdla tutulması sahələri üçün beynəlxalq bəyannamə və təqdimat hazırlamaqdır. Bəyannamə BƏT-na tərəfindən təsdiq edilmiş üzvləri olan dövlətlərin, öz öhdəçiliklərinin həyata keçirilməsi vəziyyətini, bu zaman milli siyasətin, qanunvericiliyin və təcrübənin istiqamətini müəyyən edir.
Yarandığı vaxtdan BƏT 172 bəyannamə və 182 tövsiyələr vermişdir. Son vaxtlarda istehsalda kimyəvi maddələrin təhlükəsiz istifadə edilməsi, sahibkarların müflisləşməsi zamanı zəhmətkeşlərin marağının müdafiə olunması, istehsalda ağır qərarların baş verməsi və s. haqqında bəyannamələr qəbul etmişdir. BƏT-nin yanında sosial-əmək tədqiqatları beynəlxalq institutu və beynəlxalq kadr hazırlığı mərkəzi fəaliyyət göstərir.
Yüz ilə yaxın bir dövrdə sənayecə inkişaf etmiş ölkələrdə təhlükəsizlik və sağlam əmək şəraitinin yaradılması ilə əlaqədar olaraq ciddi zədələnmələrin sayı çox azalmışdır. BƏT-nin «Əməyin təhlükəsizliyi uğrunda» proqramı mühüm rol oynayır. Onun məqsədi bütün dünya miqyasında əmək fəaliyyəti ilə əlaqədar olaraq bədbəxt hadisələrin nəticələrinin, zədələnmə və əzilmələrin beynəlxalq əmək normalarına uyğun olaraq bütün zəhmətkeşlər üçün qarşısını almaq, onların müdafiəsi üçün profilaktik tədbirlər həyata keçirmək, dövlətlərin və sənaye sahələrinin, onun möhkəmləndirilməsi üçün daha səmərəli proqramlar işləyib hazırlamaqdır.
Müasir əmək münasibətləri sisteminin təşəkkül tapması və Rusiyanın müvafiq qanunvericilik aktları BƏT-nin işləyib hazırladığı normalardan geniş istifadə etmək əsasında həyata keçirilir. BƏT-nin mütəxəssisləri, əmək bazarı, statistika bazarının təkmilləşdirilməsi, əmək sərfi statistikasının yeniləşməsində, Rusiyada yeni peşələrin təsnifləşdirilməsinin işlənib hazırlanmasında, müasir məşğulluq xidmətinin formalaşmasında icmalların keçirilməsində köməklik göstərmişlər. BƏT Rusiyada müstəqil-sosial məsuliyyətli sahibkarlıq təşkilatlarının, bazar iqtisadiyyatı şəraitinə nisbətən uyğun həmkarların fəaliyyətinin dəyişməsi kimi təşkilatların yaradılmasına köməklik göstərir və onlara müvafiq olaraq tədbirlər keçirir.