BMT-nin başlıca orqanlarından biri və beynəlxalq sistemi olan Qəyyumluq üzrə Şurası – QŞ (Council on Trusteeship of the UN) Nizamnaməyə əsasən təsis edilmişdir. Bu Şuraya qəyyumluq altında olan ərazilərin idarə edilməsinə nəzarət üzrə məsələlər həvalə edilmişdir. Sistemin əsas məqsədi qəyyumluqda olan ərazilərin əhalisinin vəziyyətini yaxşılaşdırmaqda onlara yardımçı olmaq, onların müstəqil və özünü idarə etmək kimi mütərəqqi inkişafını yaxşılaşdırmaqdır.
Qəyyumluq konsepsiyası BMT-nin əsasını qoyanlar tərəfindən fikirləşərək ilk növbədə əsas məqsədi keçmiş müstəmləkə ərazilərində müharibədən sonrakı toqquşmaları aradan qaldırmaq idi. Bu ərazilər son müstəmləkə sistemi başa çatana qədər beynəlxalq nəzarət orqanlarının idarə edilməsinə keçməli idi.
BMT-nin Nizamnaməsinə müstəmləkələr haqqında Bəyannamə daxil edilmiş və həmin ərazilər özünü idarə edə bilməyən ərazilər kimi adlandırılmışdır. Bəyannaməyə uyğun olacaq müstəmləkə sistemində olan ölkələr qəyyumluq üzrə Şuraya iqtisadi və sosial şəraiti və onların idarə etdiyi ərazidə təhsilin vəziyyəti haqqında məlumat verirlər.
Şura siyasi, iqtisadi, sosial tərəqqi, həmçinin təhsil sahəsində tərəqqi haqqında proqramla birlikdə anket işləyib hazırlayır və Baş Assambleyanın səlahiyyətlərinə daxil olan hər bir ərazini idarə edən hökumət hər il bu anket əsasında məruzə təqdim edir. Azadlıq mübarizəsi nəticəsində çoxlu qəyyumluqda olan ərazilər müstəqillik əldə etdilər. Fəaliyyətə başladığı ilk vaxtdan Şuranın tabeliyində olan müvafiq 11 qəyyum ərazidən hazırda biri (ABŞ-nın qəyyumluğunda olan Sakit Okean adaları) qalmışdır. Şuranın tərkibinə Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin daxildir. Çin faktiki olaraq onun iclaslarında iştirak etmir. Şura Nyu-Yorkda ildə bir sessiya keçirir.
Qəyyumluq üzrə Şura BMT-nin son qəyyum ərazisi olan Palau 1994-cü il 1 oktyabrda müstəqillik əldə etdikdən sonra 1 noyabr 1994-cü ildə öz işini dayandırmış və 1994-cü il 25 mayda qəbul edilmiş bəyannamə vasitəsilə Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, öz sədrinin və özünün hər il iclasların keçirilməsi haqqında öhdəçiliyin ləğv edilməsini nəzərdə tutan qaydalara düzəlişlər etdi.