Beynəlxalq Maliyyə Korporasiyası

Beynəlxalq Maliyyə Korporasiyası

Hələ Bretton-Vudsda BYIB-nın yaradılması məqsədilə məsələnin müzakirəsi prosesində Afrika, Asiya, Latın Ame­rikası və Yaxın Şərqdə inkişaf etməkdə olan ölkələrdə xüsusi biznesə köməklik göstərmək və dəstəkləmək məqsədilə bey­nəlxalq təşkilatın yaradılması ideyası müzakirə edilmişdir. Lakin bu ideya geniş müdafiəsini tapa bilmədi. Bu məsələyə BYIB yaradılandan bir neçə il sonra qayıdılmışdır. Xüsusi biznesi dəstəkləmək və tədqiq etmək ideyası BYIB-nın prezi­denti Yudjin P. Blekə və vitse-prezident Robert L. Qarnerə məxsusdur. «Ceneral Fuds Korporeyşn» rəhbərlərindən biri keçmiş bankir R.Qarner xüsusi sahibkarlığın qaynar müda­fiəçisi idi. O, xüsusi sahibkarlığa milli iqtisadiyyatın inkişa­fında xüsusi yer ayırmış, kommersiya banklarının və iri bey­nəlxalq korporasiyaların inkişaf etməkdə olan ölkələrdə xüsusi biznesin fəaliyyətinə böyük maraq göstərmədikləri halda xüsusi biznesin roluna böyük diqqət yetirmiş və bu köməkliyin BYIB tərəfindən göstərildiyini qeyd etmişdir. Ar­tıq 50-ci illərin əvvəllərində inkişaf etməkdə olan ölkələrin maliyyə­ləş­diril­məsinə başlamış, lakin istiqrazlar ancaq ölkə hökumətlərinə təqdim edilmişdir.
Nizamnaməyə əsasən BYIB istiqrazları bilavasitə xüsusi sektora verə bilmir. R. Qarnet öz köməkçisi R.Demitlə və bankın digər ekspertləri ilə birlikdə inkişaf etməkdə olan ölkələrdə xüsusi biznesə kömək problemlərini işləyib hazırlayaraq belə bir fikrə gəldi ki, inkişaf etməkdə olan ölkələrdə xüsusi sektorun müəssisə­lərində investisiyanı həyata keçirmək üçün xüsusi yeni müəs­sisənin yaradılması vacibdir.
Yeni çoxtərəfli müəssisələrin  sahibləri hö­kumətlər olacaq, lakin korporasiya kimi fəaliyyət göstərəcək və bu ona həm dövlət sektoru və həm də xüsusi sektorla qar­şılıqlı hərəkət etməyə imkan verəcəkdir. Belə çoxtərəfli müəs­sisələrin yaradılmasında korporasiyaların istiqrazlar ayır­ması, müəs­sisənin səhm kapitalında iştirakı, BYIB-nın dövlət sektorunda həyata keçirdiyi layihələrə münasibətdə və inki­şaf etməkdə olan ölkələrdə xüsusi sektorda layihələr üzrə in­vestisiya təkliflərini qiymətləndirmək üçün mütəxəssis və ek­spertlərin verilməsi nəzərdə tutulurdu. Yeni müəssisələrin xüsusi investorlarla yanaşı həmçinin xüsusi kommersiya ris­kini də öz üzərinə götürməsi də nəzərdə tutulurdu. Inkişaf etməkdə olan ölkələrdə yeni xüsusi investisiyaların həyata keçirilməsində bir çox maneələrin aradan qaldırılması üçün korporasiya iş yerlərinin yaradılması, valyutadan gələn gəli­rin və vergilərin daxil olmasının artırılması, həmçinin biliyin, təcrübənin və müasir texnologiyanın Şimal – Cənub xətti ilə ötürülməsi üçün yerli kapitalın formalaşdırılmasına kömək­lik göstərməlidir.
Bu ideya ilk dəfə 1951-ci ilin inkişaf üzrə siyasət sahə­sində ABŞ-nın Məsləhət Şurasının məruzəsində rəsmən müdafiə olun­muşdur. Şura Nelson Rokfeller başda olmaqla BYIB-nın səmərəliliyini artıqmağa imkan verən, xüsusi isteh­sal müəs­sisələrinin inkişafına kömək edən və iqtisadi inkişaf prosesində bir çox əsas kom­ponentləri təmin edən tədbirlər işləyib hazır­la­mış­dır. Belə komponentlər bir neçədir. R. Qar­nerin fikrincə, möv­cud olan imkanları göstərməyə, lazım olan resurs­ları səfərbər etməyə və bu imkanlardan istifadə etməyə imkan verən sahibkarlıq özü hiss edilməz uyğunluq yaradır. Inkişafın təmin edilməsi həmçinin gələcəkdə yüksək gəlir əldə etmək üçün müəyyən riskə getməyə hazır olan xüsusi inve­storların kapitallarını səfərbər etməyə imkan verir. Inkişafın təmin edilməsinə kö­mək­lik göstərən digər faktorlar içərisində əlavə iş yerlərinin yaradılması, işçilərə yeni ixtisasların öyrə­dilməsi, rəhbər kadrların hazırlanması, texnika və texnolog­iyanın inkişaf etdirilməsi və digər məsələləri xüsusi biznes öz üzərinə götürür.
International Finance Corporation (IFC)-Beynəlxalq Maliyyə KorporasiyasıInkişaf etməkdə olan ölkələrdə müəssisələrin sahib­lə­ri müəy­yən olunmuş tədbirlərin yerinə yetirilməsi gedişində ava­danlıqlardan, əmək resurslarından və mal isteh­sal edən müəssisənin dinamik inkişafının yara­dıl­ması üçün kapital­dan, bazarın tələbinə cavab ve­rən və onların rəqabət etmək imkan­larını təmin edən istehlak dəyərindən müvəffəqiyyətlə istifadə edə bilər. Beləliklə, inkişaf etmiş ölkələrə yoxsulluqla mü­ba­rizədə və onların vətəndaşlarına etibarlı gələcəyin təmin edilməsi üçün həqiqi köməklik göstəriləcəkdir. K. Qarner öz ideyasını aktiv surətdə təbliğ edirdi. Lakin 1952-ci ildə ABŞ-da prezident seçkilərindən sonra onun ideyasının müdafiə olunma aktiv­liyi aşağı düşmüş və iki il keçdikdən sonra R.Qarnerin təşki­latın yaradılması ideyası yenidən bəyənilmiş və belə qərara gəlmişlər ki, o, işə başlaya bilər. Ideyanın həyata keçirilmə­sinə başqa ölkələr də qoşulmuşdur. 1955-ci ildə BYIB-nın mütəxəssisləri Beynəlxalq Maliyyə Korporasiyası (BMK) (International Finance Cor­poration - IFC) adını alan yeni təşkilatın fəaliyyətini tən­zimləyə biləcək təsisçilik müqa­viləsinin layihəsini tərtib etdilər. BMK rəsmən 1956-cı ilin yayında yaradılmış və Robert Qarner onun ilk – birinci rəhbəri olmuşdur. Zəif inkişaf etmiş ölkələrdə xü­susi biznesin inkişafını stimullaşdıran bazar münasibətləri proseslərinin təşəkkül tapmasını gücləndirməyə imkan verən institut belə yaradılmışdır.
BMK-nın yaranması inkişaf etməkdə olan öl­kələrdə xüsusi sahibkarlığın stimullaşdırılması üzrə BYIB-nın im­kanlarını genişləndirmişdir. BYIB-nın Nizamnaməsinə uyğun olaraq (6-cı bölmə (a) səh. 3) BMK öz resurs­larını müəssisənin səhmlərinə qoymaq və inkişaf etməkdə olan ölkələrin xüsusi sektorlarına hökumət zəmanəti olma­dan uzunmüddətli istiqrazlar vermək hüququ almışdır.
Bu gün BMK uzunmüddətli kreditlər ver­məkdə və inki­şaf etmiş ölkələrin xüsusi sektorlarının layihə­lərinin maliy­yələşdirilməsində işgüzarlıqla iştirak edən çox­sahəli nəhəng müəssisə hesab edilir.
BMK xüsusi sektorun möhkəm inkişafının aşağıdakı yol­larla həyata keçirilməsinə köməklik göstərir:

  • inkişaf etməkdə olan ölkələrin layihələrinin maliyyə­ləşdirilməsi;
  • beynəlxalq maliyyə bazarlarının maliyyə resursla­rını cəlb etməklə inkişaf etməkdə olan ölkələrin xüsusi şir­kətlərinə köməkliyin göstərilməsi;
  • hökumət və müəssisələrə məsləhət və texniki xid­mətlərin göstərilməsi.

Öz məsələlərini həyata keçirməklə xüsusi kapitalı səfər­bər və əlavə edir, lakin onu əvəz etmir. Bir qayda olaraq BMK-nın öhdəçiliyi layihənin dəyərinin 25 %-dən çox olmur, korporasiya layihənin bir hissəsini maliyyələşdirir və onun həyata keçi­ril­mə­sinə başqa mənbələri cəlb edir.Bundan başqa, BMK mürək­kəb şəraitdə həyata keçirilən investisiya layihələrində riski aşağı salmağa, tərəflərin marağını tənzim­ləməyə, xarici investorların, yerli əməkdaşların, digər kredit və dövlət təşkilatlarının iştirak edəcəyi sazişləri həyata ke­çirməyə imkan verir.
Investisiya fəaliyyətilə yanaşı BMK özəlləşdirmə ilə əlaqədar xidmətlər təqdim edir, son vaxtlar isə daha aktiv texniki və məsləhət xidmətləri həyata keçirir.
2003-cü ildə BMK-nın tərkibinə 175 üzv ölkə daxil ol­muşdur və bu üzvlər birlikdə onun siyasətini müəyyən edir və investisiya layihəsini təsdiq edir. BMK-ya daxil olmaq üçün, mütləq BYIB-nın üzvü olmalıdır. BMK-da korporativ səla­­hiyyət Idarəetmə Şurasına məxsusdur ki, bu da öz ölkə­lə­rinin nümayəndələrini təyin etməyə imkan verir. Işgüzar səsvermə hər bir vahid işgüzar istehlakçı ara­sında bu və ya digər ölkəyə mütənasib olaraq bölüşdürülür (BMK-nın bura­xılmasına icazə verilmiş nizamnamə kapitalı 2,45 mlrd. ABŞ dolları təşkil etmişdir).
BYIB-nin icraedici direktoru BMK-da öz vəzifəsini uyğunlaşdırır. BMK-nın rəhbəredici orqanını eynilə BYIB-nın Şurasının heyətinə daxil olan şəxslər təşkil edir. BMK-nın prezidenti həm də BYIB-nın prezidentidir. BMK-nın ümumi və cari əməliyyatların idarə edilməsi beş regional, dörd sahə­lər və bir funksional departamentlər tərəfindən həyata keçiri­lir.
Regional departamentlər ölkə qrupları üzrə, sahələr üzrə departamentlər isə fəaliyyət, aqrobiznes, kimya, neft-kimya və gübrə, infrastruktur, neft, qaz, dağ-mədən sənayesi sferası üzrə bölünür. 
Istiqrazlar cəlb edilmiş və ya çevik faiz dərəcəsi ilə nis­bətən möhkəm valyuta (əsasən ABŞ dolları, avro, isveç frankı və yapon iyeni ilə) 7-12 il müddətinə verilir. Kreditin dəyərinin ölçüsü bazar şəraitindən, konkret ölkənin iqtisadi inkişaf səviyyəsindən və layihənin və risklərin həyata keçiril­məsi ilə bağlı olan faktorlardan asılıdır. Investisiya əmə­liyyatlarının səviyyəsindən asılı olaraq maliyyə riskləri artır. Onlar korpo­ra­siyanın maliyyə davamlılığı səviyyəsinə təsir edir. BMK-da maliyyə risklərəinin idarə edilməsi funksiyala­rına nəzarət maliyyə planlaşdırılması şöbəsi tərəfindən həy­ata keçirilir. O, öz müştərilərinə kredit vermək imkanları sə­viyyəsini yeni­ləşdirir.
Bunun üçün BMK müştərilərlə paralel olaraq sazişlər im­zalayır ki, bu sazişlərə əsasən tərəflər bazar risklərinin əv­vəlki maksimal əhəmiyyətindən müəyyən dərəcədə yüksək olması haqqında baş verməsinin BMK-nı xəbərdar etməyə borcludur. Bu BMK-na kredit risklərini daha yaxşı idarə et­mək, müştə­rilərin kredit almaq səviyyəsini güdməyə və onla­rın tez aradan qaldırılmasında lazımi vaxtda tədbirlər gör­məyə imkan verir.
Investisiya tədbirləri üzrə korporasion istiqrazlarda kredit riskləri artır. Kredit risklərini məhdudlaşdırmaq üçün BMK xüsusi işlənib hazırlanmış meyarlardan və bütün öz müştərilərini kreditləşdirmək limitindən istifadə edir. Bu iş BMK-nın maliyyə komitəsi tərəfindən həyata keçirilir. BMK özünün kredit siyasətini Beynəlxalq Yenidənqurma və Inki­şaf Bankı ilə birlikdə nizamlayır.
BMK-nın xüsusi maliyyə resursları ona üzv olan ölkələ­rin (səhmdar kapitalın) BMK-nın səhmlərinə yazılanların üzvlük haqları hesabına müvafiq olaraq BMK-nın gəlirlərin­dən istiq­raz­ların verilməsindən əldə edilən faizlərin hesabına, maliyyə yığımları, dividentlər, gəlirlərdə iştirak etməkdən, səhmlərin satışından əldə edilən gəlirlərdən, xidmətlərə görə ödəmələrdən, depozitlərdən və qiymətli kağızlar üzrə əmə­liyyatlardan əldə edilən gəlirlər hesabına yaranır. BMK həm­çinin dünya kapital bazarı vəsaitlərinin cəlb edilməsi və BYIB-dan alınan borclar hesa­bına öz maliyyə resurslarını yaradır.BMK Ümumdünya Ban­kının ən gəlirli institutlar qrupu kimi təqdim edir.

Cədvəlin göstərdiyi kimi BMK-nın maliyyə vəziyyəti çox möhkəmdir. 2002-ci ildə bölüşdürülməyən gəlirin artımı 1997-ci illə müqayisədə 57,3 % təşkil etmişdir. Həmin dövrdə səhm kapitalı 5,9 % artmışdır. 1998-ci ildə bankın aldığı əməliyyat gəliri iki dəfə azalmışdır. Bu dünya maliyyə böh­ranı ilə ələqə­ləndirilir, lakin 1999-cu ildən möhkəm artım meylləri for­ma­laş­dırılmağa başlanmışdır. 2001-ci ildə 1997-ci il səviy­yə­si­nə nis­bətən 79,2 %-ni təşkil etmişdir. 2002-ci ildən yeni standartlara uyğun olaraq törəmə alətlərin tətbiq edil­məsindən və hecerləmədən alınan məbləğ BMK-nın statistik hesabatı cəminə aid edilmir. Bu onun çox böyük olmaması ilə əlaqə­lən­dirilir.
BMK-nın maliyyə portfelində borc vəsaitləri müəyyən pay təşkil edir ki, BMK beynəlxalq kapital bazarlarından al­dığı bu borclar hesabına formalaşır. Bu borclar BYIB-dan və digər mənbələrdən əldə edilir. 1997-2002-ci illərdə BMK-nın ümumi maliyyə resurslarının həcmində borc maliyyə resurs­larında payı 70-72 % təşkil etmişdir.
BMK öz maliyyə portfelinin müxtəlif risklərdən və ma­liyyə titrəyişindən qorunmasına böyük diqqət yetirir. Bu məqsədlə BMK-nın rəhbərliyi dəyərin aşağı düşmə meylin­dən maliyyə portfelini qorumaq üçün ümumi məqsədləri birləşdirən strategiya işləyib hazırlayır. Müxtəlif alət və və­saitlərdən (opsion, hecerləmə və s.) istifadə etməklə BMK özünün maliyyə davamlılığı haqqında düşünür, aktiv əmə­liyyatlar üzrə xərclərin yerini doldurmaq, məsələn, borc götürənlərin öz vaxtında borclarının tam ödənməməsi və ya kəsirlə ödənməsi haqqında öz resurslarının müəyyən hissəsini ehtiyat fondu yaratmaq üçün istifadə edir. Xüsusilə məsələ­nin bu tərəfinə növbəti maliyyə böhranından sonra daha çox diqqət yetirilmişdir. BMK-nın maliyyə vəziyyətinə 1998-ci il böhranı xüsusi olaraq ciddi təsir göstərmişdir. Ödənilməmiş istiqrazların payı nisbətən artmışdır. Əgər 30 iyun 1998-ci ilə ödənilməyən istiqrazların ümumi məbləği 633 mln. dol­lar idisə, 1999-cu ilin həmin dövrünə 854 mln dollara qədər yaxud 35,3 % artmışdır. Bununla əla­qə­dar olaraq korporasiya eh­tiyat fondunun artırılması təcrübəsini tətbiq etdi. 1998-ci ildə ehtiyat fondu 481 mln dollar artaraq, 1999-cu ildə onun həcmi 1 mlrd 552 mln dollar təşkil etmişdir (verilən istiqraz­ların ümumi həcminin 17 % - ə qədərində). Korporasiya eh­tiyat fondunu daha 333 mln dollar artıraraq, onun həcmini 1 mlrd 825 mln dollara çatdırmışdır ki, bu da təqdim olunan istiqrazların ümumi həcmində onun payının 18,2 %-i demək idi. 2000-ci ildə 215 mln dollar məbləğində ayırmalar olmuş­dur, 2001-ci ildə ehtiyat fonduna daha 402 mln dollar köçürülmüşdür. Ehtiyat fondunun ümumi həcmi 2442 mln dollar təşkil etmişdir ki, bu da verilən istiqrazların ümumi həcminin 26, 3 %-ni təşkil edir.Beləliklə, 1998-2001-ci illər üzrə ehtiyat fondu verilən istiqrazların ümumi həcminə faiz nisbətində 10,74 %-dən 26,2 %-ə qədər artmışdır.BMK istiqrazlar vermək, o cümlədən sindikatlaşmış səhmdar və kvazisəhmdarlaşmış kapitalın və digər forma­larda qoyulması ilə əlaqədar olaraq müxtəlif maliyyə, həmçi­nin texniki və məsləhət xidmətlərini öz maliyyə resursları he­sabına investisiya qoyuluşunu həyata keçirir.

BMK-da maliyyə xidməti göstərilməsi bir sıra ardıcıl mərhələlərdən keçir və nəticədə layihənin xarakteri, onun əsas göstəriciləri müəyyən edilir, layihənin reallıq səviyyəsi qiymətləndirilir, danışıqlar aparılır və lazımi sənədlərə imza edilir. Sonra isə investisiyalaşma prosesi həyata keçirilir, he­sablaşma qaydaları müəyyən edilir, layihənin yerinə yetiril­məsinə və istifadə olunan vəsaitə nəzarət edilir.
Birinci dörd mərhələ vitse-prezidentin rəhbərliyi ilə həyata keçirilir. Bu mərhələlərdə vitse-prezident bilavasitə investisiya fəaliyyətinə cavabdehlik daşıyır. Hesablaşma qaydaları və nəzarət məsləhət xidmətinə cavabdeh olan vitse-prezidentin tabeliyindədir.
Cədvəldən göründüyü kimi, yeni əsrin üç ilində BMK 5208 mln dollar və ya ümumi investisiya həcminin 43 %-i qə­dər istiqrazlar vermişdir.
Maliyyə investisiya portfelində ikinci yeri sindikatlaşdı­rılmış istiqrazlar tutur. 2000-2002-ci illərdə onların payı orta hesabla 29,3 %, 2001-ci ildə isə 42,3 % təşkil etmişdir. BMK-nın sindikatlaşdırılmış istiqrazları iri layihələri kreditləşdir­mək üçün istifadə edilir. BMK-rın istiqrazları verilən isti­qrazların payından asılı olaraq layihələri maliyyələşdirən işti­rakçılara satılır.
BMK kredit və istiqrazları inkişaf, yəni istehsal, investi­siya proqramlarının tətbiqi və digər məqsədlər üçün xüsusi şirkətlərə də verir. 2000-2002-ci illərdə BMK-nın qoyduğu səhm kapitalı ümumi investisiya həcminin 17,3 %-ni təşkil etmişdir. Üç ildə korporasiya 4113 firmaya investisiya vermiş və 2000-ci illə müqayisədə onların sayı 5,2 % artmışdır.
BMK investisiya əməliyyatlarının aparılmasında ma­liyyə vasitəçilərinin və ixtisaslaşmış agentlərin köməyindən istifadə edir.
BMK-nın sektorlar üzrə – ilk növbədə iqtisadi sektorlar üzrə maliyyə vəsaitlərinin bölüşdürülməsinin təhlili göstərir ki, 90-cı illərdə investisiyanın müəyyən hissəsi – maliyyə sek­toruna 22 %, infrastruktura 18 %, mədən sənayesinə, yeyinti və aqrar sənayesi sektoruna 12 % göndərilmişdir.
2000-2002-ci illərdə iqtisadiyyat sektorunu maliyyələş­dirmək üçün meyllər ümumiyyətlə saxlanmışdır. Maliyyə sektoru investisiya həcmi üzrə birinci yeri tutmuş və onun payı 30% - dən 34 % arasında tərəddüd edir. Ictimai istifadə ümumi istifadə müəssisələri və nəqliyyat ikinci yerə keçmişdi. Bu sektora investisiya qoyuluşu 17 %-dən 21 %-ə qədər tə­rəddüd edirdi. Investisiya qoyuluşunun həcminə görə üçüncü yer 9 %-dən 18 %-ə qədər informasiya texnologiyalarına məxsus idi.
BMK-nın investisiya coğrafiyası çox geniş olmaqla təc­rübi baxımdan bütün dünyanı əhatə edir. 2001-ci ildə nisbə­tən böyük həcmdə investisiyalar Latın Amerikası və Karib hövzəsi ölkələrinə – 1017 mln dollar, Yaxın Şərq və Afrika ölkələrinə – 956 mln dollar və Asiya-Sakit Okean regionuna – 784 mln dollar göndərilmişdir. 2002-ci ildə investisiyanın marşrutu və həcmi dəyişmişdir. Latın Amerikası və Karib hövzəsi üçün birincilik saxlanılmışdır. Lakin investisiyanın həcmi 44,9 % artaraq 1474 mln dollar olmuşdur. Investisiya həcminə görə ikinci yeri Şərqi Asiya və Sakit Okean regionu tutmuşdur – 740 mln dollar, üçüncü yeri Avropa və Mərkəzi Asiya tutmuşdur – 739 mln dollar olmuşdur.90-cı illərdə BMK-nın fəaliyyət dairəsi müəyyən dərə­cədə genişlənmişdir. O, maliyyə, kapital bazarında özəlləş­dirmə və yenidənqurma üzrə, layihələrin tətbiqi üzrə xid­mətlər sektor­larında texniki köməklik göstərməyə başlayır.
Məsləhət, texniki və informasiya xidmətləri bu formada təqdim olunur:

  • şirkətin inkişafının səmərəliliyinin bazar tədqiqi;
  • texniki yardım;
  • özəlləşdirmənin nisbətən optimal üsullarının seçilməsi üzrə xidmət;
  • xarici investisiyanın həyata keçirilməsi üzrə məsləhət xidməti;
  • sığorta, lizinq, bank və digər şirkətlərin fəaliyyət gö­stərməsi üçün hüquqi məsələlər üzrə məsləhət və tövsiyələr.

Xarici investisiya üzrə məsləhət xidmətinin (XIMX) fəaliyyəti BMK-nın və BYIB-nın dəqiq nəzarəti üzrə həyata keçirilir və onun xidmətləri ancaq BMK-na üzv olan ölkələrin-dövlətlərin xahişi ilə təqdim olunur.
1999-cu ildə xarici investisiya üzrə məsləhət xidmətinin (XIMX) köməkliyi ilə həyata keçirilən xidmətlər nisbətən vacib layihələr hesab edilir. Belə layihələrə Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Ermənistan, Litva, Makedoniya və Sloveniyada həyata keçirilən layihələri aid etmək olar.
XIMX – nin hesabat dövründə digər fəaliyyət istiqaməti 8 ölkədə – Boliviyada, Indoneziyada, Iordaniyada, Latviyada, Madaqaskarda, Malidə, Mavritaniyada və Filip­pində xüsusi investisiya sferasında bürokratik halları təhlil etmək və onların aradan qaldırılması üçün tövsiyələr işləyib hazırlamaqdır.
XIMX – nin ən vacib məsələlərindən biri infra­strukturaya xarici investisiyaların cəlb olunması üçün tövsiy­ələr işləyib hazırlamaqdan ibarətdir. Bu məqsədlə Kosta – Rika, Nepal və Zam­biyaya infra­struk­tur sferası müəssisələ­rinin hüququ bazasını yaxşılaşdırmaq üzrə məsləhətlər-tək­liflər olunmuşdur.
BMK təqdim etdiyi məsləhət xidmətləri üçün müəyyən ödənclər alır. Onun ölçüsü layihənin əhəmiyyətliliyi dərəcə­sindən asılıdır. 1999-cu ildə belə ödənclərin məbləği 33 mln dollar təşkil etmişdir.
Son 1971-1999-cu illər üzrə BMK dünyanın 100-dən çox ölkəsinə maliyyə sferasında 900-dən çox layihə üzrə məsləhət köməkliyi göstərmişdir.
Layihələrin çox hissəsi (59 %-i) qiymətli kağızlar baza­rında göstərilən texniki və məsləhət köməkliklərinin payına düşür. Bütün layihələrin üçdə bir hissəsi (34 %-i) qeyri-bank institutlarının fəaliyyətinin təmin edilməsinin hüquqi məslə­hətlərinə aid edilir, layihələrin 7 %-i isə bank sferasına aiddir.
Qiymətli kağızlar bazarının inkişafı üzrə layihə Vyet­nam və Bolqarıstanda yerinə yetirilmiş və maliyyə fəaliyyəti­nin gələcək inkişafının tənzimlənməsinin hüquqi mexaniz­minə kömək etmək üzrə xidmətlər göstərilmişdir. Korpora­siyaların idarə olunmasını təkmilləşdirmək üzrə tövsiyələr Çili biznes­menləri üçün, Rusiya, Ukrayna, Xorvatiya,Mol­dova,Litva və Polşa üçün lizinq fəaliyyətinin səmərəliliyini yüksəltmək planı işlənib hazırlanmışdır. Bank sektorunda köməklik üzrə ixtisaslaşmış proqram Koreya («Hana Bank»və «Kookmin Bank»), Vyetnamda («FEB/ACB twinning agreement»), Ban­qla­deşdə yerinə yetirilmişdir. Bankların özəlləşdirilməsində Kosta-Rika («BICSA»), və Bolqarıstana («Hebros Bank») köməklik edilmişdir.
BMK hökumətlərə və dövlət şirkətlərinə müxtəlif siyasi və iqtisadi şəraitdə özəlləşdirməni aparmaq üçün məsləhət xidmətləri göstərir.
1999-cu ildə 5 belə layihələrdən biri Panamada dövlət mülkiyyətində olan enerji sahəsində «Instituto de Recursos Hidraulicos y Electrification», şirkətlərinin özəlləşdirilməsi olmuşdur ki, hazırda bu şirkətlər digərləri ilə müvəffəqiyyətli rəqabət aparır.
Bundan başqa Maliyyə Xidmətləri üzrə Komitə (MXK - KFU) tam və ya müəyyən hissə dövlət mülkiyyətində olan iqtisadiyyatın həmin sahələrində fəaliyyət göstərən müəssi­sələrlə rəqabət aparan xüsusi şirkətlərə də məsləhət xidmət­ləri göstərir.
BMK keçid iqtisadiyyatında olan ölkə şirkətlərinin risklərinə menecment üzrə xidmətlər təqdim edir. Bu pro­qram çərçivəsində BMK şirkətlərin nümayəndələrinə risklərin idarə olunması texnikasını və riskləri məhdud­laş­dırmaqla şir­kətlərin kredit qabiliyyətini yüksəltmək yollarını öyrədir.
XX əsrin son onilliiyində dünyanın 35 ölkəsində ümumi məbləği 445 mln dollar olan menecment riskləri üzrə 83 lay­ihə həyata keçirilmişdir. 1999-cu ildə BMK belə layihələri Ban­qladeş, Kot-d-Ivuar, Ekvador, Koreya, Mozambik, Pa­nama və Peruda həyata keçirmişdir. Şirkətlərin inkişafı və onların cari fəaliyyəti ilə əlaqədar BMK-nın həyata keçirdiyi tədbirlərə Texniki Yardım Fondunun (TYF) hesabına kö­məklik göstərilir. Texniki Yardım Fondunun (TYF)-nin vəsaiti əsasən donor hesab edilən iri şirkətlərin əmanətləri hesabına yaranır. TYF-nu maliyyələşdirən donor-subyekt­lərə aşağı­dakılar aiddir:

  • dünyanın 23 ölkəsindən olan şirkətlər (Avstraliya, Av­striya, Belçika, Kanada, Danimarka, Finlandiya, Alma­niya, Hindistan, Israil, Italiya, Yaponiya, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portu­qaliya, Ispa­niya, Isveç, Isveçrə, Böyük Britaniya, ABŞ). On­ların əmanəti təqribən 331, 31 mln dollar təşkil edir;
  • beynəlxalq regional təşkilatlar (Afrika Inkişaf Bankı, Avropa YIB, Avropa Ittifaqı, Amerika Inkişaf Bankı, BMT-nin Inkişaf Proqramı, Karib hövzəsi ölkələrinin inkişaf bankı). Onların əmanəti təqribən 48,24 mln dollar təşkil edir;

Ümumdünya Bank Qrupu (BYIB, BMK, IZCA) onla­rın əmanəti 71,01 mln dollar təşkil edir.
Bu fond (TYF) çərçivəsində təklif olunan texniki xid­mətlər, ixtisasın artırılması, layihənin təhlili, xüsusi sektorun fəaliyyət göstərməsi şəraitinin yaxşılaş­dırılması, xüsusi şir­kətlər üçün gücün təqdim olunması, özəlləşdirmə üzrə xid­mətlər və digər proqramları özündə birləşdirir. Məsələn, TYF hesabına iki Koreya bankının fəaliyyəti yaxşılaşdırıl­mış, özəlləşdirmə aparılmış, Hondurasda telefon şəbəkələri geniş­ləndi­rilmiş və təkmilləşdirilmiş, Malidə turizm sekto­runda xidmətlər və həmçinin Rusiyada bank auditi inkişaf etdirilmişdir. 1998-ci ildən TYF çərçivəsində 700-dən çox texniki köməklik layihələri həyata keçirilmişdir.
1998-1999-cu illərdəki maliyyə böhranı BMK-nın böh­ranın nəticələrini aradan qaldırmaqla əhəmiyyətli rolunu aş­kar etmişdir. Nəticədə korporasiyanın ona üzv olan ölkələrə təsiri müəyyən dərəcədə artmışdır. 1999-cu ildə korporasiya böh­ranlardan əziyyət çəkən ölkələrin iqtisadiyyatına 3,6 mln dol ­lar vəsait qoymuşdur, lakin böhran dövründə xüsusi biznes məq­sədləri üçün kreditlərin azalması BMK-nın maliyyə xid­­mətlərinə tələbin artmasına səbəb olmuşdur. Korporasiyanın ma­liyyə xidmətləri Koreya və Indoneziya böhranının hadi­sələrini aradan qaldırmaqda cəhd göstərməyə böyük kömək­lik etmişdir. BMK Asiyanın Nizamnamə Fondu 750 mln dollar olan «Opportunist» fondunun təsis edilməsində mühüm rol oynamışdır.

BMK öz təşəbbüslərini yerli şəraitə uyğunlaşdıraraq müx­tə­lif sferalarda tətbiq edir. BMK ölkə iqtisadiyyatının tez inki­şaf edən və dəyişən maliyyə və infrastruktur sektorlarında yeni in­vestisiyalaşmanı həyata keçirir. Şirkət nümayəndələri ilə (rəhbərliklə, menen­cerlərlə) sıx istiqamətlə BMK müxtəlif mə­sə­lə­lər, o cümlədən maliyyə böhranı üzrə məsləhətləri həyata ke­çi­rir.

Basic Facts About Ifc
The International Finance Corporation (IFC) promo­tes sustainable private sector investment in developing coun­tries as a way to reduce poverty and improve reorles lives.
IFC is a member of the World Bank Group instituti­ons: to improve the quality of the lives of people in its deve­loping member countries. IFC Mission Statement.
Established in 1956, IFC is the largest multilateral so­unrce of loan and equity financing for private sector projects in the developing world. It promotes sustainable private sec­tor development primarily by;

  • Financing private sector projecsts located in the deve­loping world.
  • Helping private compaies in the developing world mobilize financing in international financial markets.
  • Providing advice and technical assistance to busines­ses and governments.

Ownership and Management IFC has 176 member co­untries, which collectively determine its policies and appo­rove investments. To join IFC, a countreymust first be a member of the IBRD. IFC s corporate powers are vested in its Board of Governors, to hich member countries appoint representatives. IFC s share capital, which is paid in, is pro­vided bu its member countries, and voting is in proportion to the number of shares held. IFC s authorized capital is $2.45 bilion.
The Board of Governors delegates many of its powers the Board of Directors, which is composed of the Executive Directors of the IBRD, and which represents IFC s member countries. The Board of Directors reviews all projects.
The President of the World Bank Group, James D. Wolfensohn, also serves as IFC s president. IFC s Executive Vice President, Peter Woicke, is responsible for overall ma­nagement of day-operations. Although IFC coordinates its activities in many areas with the other institutions the World Bank Group, IFC generally independently as it is legally and financially autonomous with its own Articles of Agreement, share capital, management and staff. Funding of IFC s Ac­tivities IFC s equity and quasi-equity investments are funded out of its net worth: the total of paid in capital and retained earnings. Strong shareholder support, triple-A rating, and the substantial paid-in capital base have allowed IFC to raise funds for its lending activities on favorable terms in the international capital markets.
The Loans

Loans are issued to private enterprises with po govern­ment guarantee of repayment. The IFC cannot stipulate where loan proceeds are spent.
Where the money comes from 80 percents is borrowed in international financial markets throung public bond issues or private placements; the remainder is borrowed from the IBRD.

Top