Mövcud beynəlxalq təşkilatların təsnifləşdirilməsilə tanış olmaq ümumdünya inkişaf prosesində beynəlxalq təşkilatların əhəmiyyətini dərk etməyə köməklik edir.
iqtisadi sahədə əsasən ya qlobal və ya regional sahədə kollektiv təhlükəsizliyi təmin edən, bir çox məsələlər üzrə Rusiya Federasiyasının elmi ədəbiyyatlarında beynəlxalq iqtisadi təşkilatlar üzvlük xarakteri, hüquqi təbiəti, iştirakçıların tərkibi, səriştəsi, səlahiyyət xarakteri, üzvlükdə iştirak etmək xarakteri və s. meyarlar nəzərə alınaraq təsnifləşdirilir. Deyilənlərlə yanaşı bir çox qarışıq tipli beynəlxalq təşkilatlar da mövcuddur. Bunlarda fərdi üzvlər, birliklər, dövlət idarələri, hökumət iştirak edir. Beynəlxalq şuralara fərdi üzvlərin elmi şuraları, milli elmlər akademiyası, elmi-tədqiqat şuraları, universitetlər, elmi təşkilatlar, hökumət, hökumət müəssisələri, ayrıca beynəlxalq elmi təşkilatlar daxil olur. Lakin həmişə miqdar münasibətində beynəlxalq hökumət təşkilatları üstünlük təşkil etmişlər. 70-ci illərin əvvəllərində hökumətlərarası təşkilatlar beynəlxalq təşkilatlarda 11-13 % təşkil etmişlər. Bu nisbət indi də saxlanılır. BMT-nin sənədlərinin təsdiqlədiyi kimi beynəlxalq təşkilatlarda qeyri-hökumət təşkilatlarının bir başa münasibətdə olduğu qeyd olunur.Bu təşkilatlara məsləhətçi statusu verilir və bu beynəlxalq təşkilatlardan hər cür yardım, o cümlədən maliyyə yardımı almaq, təcrübi olaraq dövlətlərarası təşkilatlarla birgə hərəkət etmək, beynəlxalq təşkilatların bu və ya digər məqsəd və vəzifələrinə uyğun olaraq hərəkət etmək imkanı verir.Qərb ədəbiyyatında beynəlxalq (TMK) aid edilir. Lakin belə yaxınlaşma hələ də ümumi halda müdafiə olunmadan öz həllini tapmışdır. Belə ki, BMT Transmilli Korporasiyaların fəaliyyət qaydaları qeyd edilən ölkələrin qanunvericiliyinə tabe olduğundan TMK-rın beynəlxalq təşkilatlara aid edilməsinin əleyhinədir. Beləliklə, TMK-lar beynəlxalq təşkilatlardan fərqli olaraq beynəlxalq hüququn subyekti ola bilməz.
Beynəlxalq iqtisadi təşkilatları ilk tədqiqatçılarından biri olan C.Nay (ABŞ) coğrafi prinsipləri (regional və ya regiona bənzər) və fəaliyyət xarakterini nəzərə alaraq təsnifləşdirmişdir. Linn X. Miller onları xüsusi çoxnövlü regionlara və əməkdaşlıq təşkilatları, ittifaq və ya alyans (hərbi-siyasi) və funksional təşkilatlara ayırır.A.L.Binnet bu meyarları iştirakçıların əsas tərkibi hesab etməklə beynəlxalq təşkilatları qlobal (universal) və regional olmaqla iki əsas sinfə bölür.
Qlobal təşkilatlara o ancaq BMT-ni aid edir, regional təşkilatlara isə coğrafi, sosial, mədəni, siyasi əlaqələrdə xüsusi dövlətlərarası razılaşmalarda formal struktura malik olan təşkilatları aid edir. Xüsusi olaraq A.L. Bennetin müəyyən yer ayırdığı BMT-nin komissiyasını qeyd etmək lazımdır. O qeyd edir ki, bunlar qlobal təşkilatlar arasında əlaqələndirici halqa sayılır. A.L.Bennet beynəlxalq təşkilatların təsnifləşdirilməsini «çoxməqsədli təşkilatlar» anlayışı kimi vermişdir. Bu bölümün şərti olduğunu qeyd edən A.L.Bennet təşkilatın bu termində sosial-iqtisadi və hərbi-siyasi xarakterli xüsusi təcrübənin ola biləcəyini qeyd edir.
Avropa Ittifaqının Strasburqda informasiya xidmətinin başçısı diplomat, Bonnda Almaniya Federal Institutunun siyasi təhlükəsizliy üzrə tədqiqatçısı Şrepler Xans Albert son iki yüz ildə beynəlxalq təşkilatların aşağıdakı tiplərinin inkişaf etdiyini qeyd edir:
Beynəlxalq təşkilatların nisbətən əhəmiyyətli və tez tətbiq edilən meyar iştirakçıların üzvlük xarakteri və hüquqi təbiətidir. Buna uyğun olaraq bütün beynəlxalq təşkilatlar, o cümlədən iqtisadi təşkilatlar (BDAT) Dövlətlərarası (DA) və Qeyri-dövlət təşkilatlarına (QDT) ayrılır (şəkil 1.1.).
Beynəlxalq hökumətlərarası təşkilatlar ümumi məqsədə çatmaq üçün beynəlxalq müqavilələr əsasında müəssisələrin, dövlətlərin birləşməsi deməkdir. Bunun üçün daimi orqanların, beynəlxalq təsisçi müqavilələrin sayının, dövlətin üzv olması xarakterikdir. O, beynəlxalq hüququn subyekti olmaqla, onların suverenliyinə xidmət etməklə üzv olan dövlətin marağında fəaliyyət göstərir.
Qeyri-hökumət təşkilatları dövlətlər tərəfindən obyektiv ehtiyac olduğu hallarda yaradılır, beynəlxalq iqtisadi təşkilatların (BIT) inkişafı ilə əlaqələndirilir və ölkənin çoxtərəfli əməkdaşlığı üçün təşkiledici forma sayılır.
Beynəlxalq qeyri-hökumət təşkilatları onun üzvlərinin dəqiq məqsədlərinə çatmaq üçün müxtəlif formalarda fiziki və hüquqi şəxslərin birləşməsi nəticəsində yaradılır.
Bu sahibkarların, beynəlxalq sahibkarlar ittifaqının birliyi, xammalın istehsalçıları və ixracatçıları üzrə sahə assosiasiyaları, koperativlər ittifaqı, beynəlxalq, regional, qarışıq ticarət palataları, iqtisadi siyasəti tənzimləmək, digər beynəlxalq biznes qaydalarını və problemlərini işləyib hazırlamaq üçün inkişaf fondları, qeyri-hökumət təşkilatları tərəfindən yaradılan birliklər ola bilər.
Bu təşkilatların yaradılması xüsusi hüquqi xarakter daşıyır. Bununla belə TMK-rın beynəlxalq münasibətlərdə real rolu xeyli aşağıdır. Onların rolu öz maraqlarından müəyyən dərəcədə aşağı olan hallarda həmin dövlətin iqtisadiyyatının formasını dəyişdirir, daxili işlərinə qarışır, dövlətlərarası
münasibətdə bu və ya digər dövlətin siyasətinə təsir göstərir ki, bu da çox vaxt ziddiyyətlər yaradır.
Coğrafi əlamətlərinə görə beynəlxalq iqtisadi təşkilatları dünyanın bütün ölkələrində onun çıxış etməsi üçün açıq olan ümumdünya (buraya BMT-nin sistemində olan təşkilatlar aid edilir) və regional təşkilatlara bölmək olar.
Brüsseldə beynəlxalq təşkilatların tədqiqi mərkəzinin məlumatlarına əsasən regional təşkilatlar bütün dövlətlərarası təşkilatların 80 %-ni təşkil edir.Regional təşkilatların bir region ölkəsi ola bilər. Regional təşkilat çərçivəsində çoxsahəli iqtisadi siyasətin və regional iqtisadi inteqrasiyanın tənzimlənməsi həyata keçirilir.
Iqtisadi siyasətin uyğunlaşdırılması və müxtəlif region ölkələrinin balansında oturmaq BMT sistemində beynəlxalq regional təşkilatların fəaliyyət predmeti hesab edilir (daha ətraflı bax par.2.2.). Bu təşkilatlar müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etmək, daxili əməkdaşlığı inkişaf etdirmək region ölkələrlə razılaşdırılmış, uyğunlaşdırılmış siyasət işlənib hazırlamaqla və onun üzvü olan ölkələrin iqtisadi və sosial inkişafı üçün köməklik edir. Regional komissiyalar ölkənin inkişafı üçün layihələrin iqtisadi əməkdaşlıq və proqramların həyata keçirilməsinə kömək edir.
Beynəlxalq regional təşkilatlarla yanaşı BMT sistemində Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa və Asiya ölkələrində, Amerika dövlətində, Asiya və Sakit Okean dövlətlərində, Afrika dövlətlərində, Ərəb dövlətlərinin regional iqtisadi təşkilatları da mövcuddur.
Regional təşkilatların ölkələrin iqtisadi marağı uyğun olduqda və həmçinin böyük təsərrüfat mühiti şəraitində qüvvələrin birləşdirilməsinə cəhd göstərildikdə, beynəlxalq əmək bölgüsünün faydalılığından, kooperasiyanın və istehsalın ixtisaslaşmasını inkişaf etdirmək əsasında baş verir. Nəticədə iqtisadi inteqrasiyanın inkişafı prosesi baş verir. Iqtisadi inteqrasiya ticarətin liberallaşdırılması, hər bir ölkədə xarici tərəfkeşlər arasında, təsərrüfat subyektləri arasında olan hüquqi pozuntuların aradan qaldırılması, bütün istehsal faktorlarının yerdəyişməsi, bazarların möhkəmləndirilməsi əsasında müvəffəqiyyətlə inkişaf edir. Bu şəraitin yaradılması regional iqtisadi təşkilatlar çərçivəsində, ölkələrin iqtisadi əməkdaşlığı şəraitində təşkilat-təsərrüfat halqalarının tənzimlənməsi yolu ilə yaradılır. Dünyada 42 təşkilat vardır ki, bunlar da həmin təşkilatlara üzv olan ölkələrin iqtisadi inkişafına regional köməklik göstərməyi və uyğunlaşdırmağı həyata keçirir. Bunlardan 14 – Amerikada, 9 – Qərbi Avropa ölkələrində, 6 – Mərkəzi və Şərqi Avropada, 5 – Asiya və Sakit Okean ölkələrində, 4 – Ərəb ölkələrində və 4 – Afrikada yerləşir. Lakin nisbətən fəaliyyət göstərən təşkilat Avropa Ittifaqıdır (AI). AI çərçivəsində tam iqtisadi inteqrasiya əldə edilmişdir. Dünyada regional inteqrasiya strukturunun təkrarlanmasına cəhd göstərilməsi sosialist yönümlü və inkişaf etməkdə olan ölkələrdə ya uğursuz olur və ya müəyyən məhdudlaşdırılmış nəticə verir (QIYŞ, MDB, Latın Amerikası iqtisadi sistemi, Mərkəzi Amerika ümumi bazarı və s.).
Funksional istiqamətlərinə görə səlahiyyət dairəsində beynəlxalq qeyri-hökumət təşkilatları (BQHT) ümumi və xüsusi səlahiyyətə malik olan təşkilatlara ayrılır. Ümumi səlahiyyətə malik olan təşkilatların fəaliyyəti münasibətin bütün sahələrini – siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edir. Ümumi səlahiyyətə malik olan təşkilatlara BMT, Avropa Şurası, Ərəb dövlətləri liqası – cəmiyyəti bir sahədə (Ümumdünya Poçt Ittifaqı, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı) və fəaliyyət istiqamətində siyasi, iqtisadi, sosial, mədəni, elmi istiqamətlərə bölünür.
Beynəlxalq təşkilatlar öz səlahiyyətlərinə görə beynəlxalq və dövlət səviyyəsində olan təşkilatlara bölünür. Birinci qrupa bütün beynəlxalq təşkilatlar aid edilir ki, bunların da məqsədi ölkələrin beynəlxalq əməkdaşlığını həyata keçirməkdir. Bu təşkilatlar tərəfindən qəbul edilən qərarlar həmin təşkilata üzv olan dövlətlərə – ölkələrə ünvanlanır.
Dövlət səviyyəsində milli üstünlük beynəlxalq təşkilatlar iştirakçılarının tərkibi üzrə regional adlanır və onların məqsədi qeyd edildiyi kimi iqtisadi inteqrasiyanı həyata keçirməklə əlaqədardır. Milli üstünlüklər təşkilatlar tərəfindən qəbul edilən qərarları dövlət üzvləri arasında yayılır.
Bu meyarlar üzrə dövlət səviyyəsində olan beynəlxalq təşkilatlar səlahiyyət xarakterinə görə dünyanın bütün regional təşkilatlarını, o cümlədən Avropa Ittifaqını (AI) aid etmək olar.
Nəhayət, bu meyar iştirak etmək şərtlərinə görə açıq və qapalı beynəlxalq təşkilatları ayırmağa imkan verir.
Açıq təşkilata hər hansı bir dövlət öz baxışlarından asılı olaraq üzv ola bilər. Demək olar ki, bütün beynəlxalq təşkilatlar açıq təşkilatlar adlanır. Qapalı təşkilatlara qəbul ilk təsisçi kimi dəvətnamə üzrə qəbul edilir. NATO belə bir təşkilata misal ola bilər. Xüsusi qrupları Beynəlxalq konqreslər və konfranslar ayırır.
Mütəxəssislər hesab edirlər ki, beynəlxalq konfransların və beynəlxalq təşkilatların işinin təşkili qaydalarında yaxınlıq mövcuddur. Bu vəziyyət onları müvəqqəti beynəlxalq təşkilatlara aid etməyə imkan verir. Lakin onların daimi beynəlxalq təşkilatlar kimi fəaliyyət göstərməsi məqsədəuyğunluğuna çox az güman edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, beynəlxalq konfranslar və müşavirələr beynəlxalq münasibətlərdə baş verən sualları cəld və müvəffəqiyyətlə həll edir. Onların sayı möhkəm ənənəyə uyğun olaraq artır. Beynəlxalq tədqiqatlar mərkəzinin qiymətləndirilməsinə görə 2000-ci ilə Beynəlxalq konfransların sayı hər il 50 min təşkil etmişdir.Beynəlxalq təşkilatların məqsədinin təhlili və quruluşu onların mürəkkəb və çoxnövlü olduğunu aşkar edir. Lakin beynəlxalq təşkilatlar yaranma qaydalarına, quruluşunun eyni tipli olması, məsələyə və məqsədə görə oxşarlığı baxımından birləşir. Iqtisadi əməkdaşlıqda əsas məqsəd ayrılıqda götürülmüş hər bir ölkənin çiçəklənməsi və tərəqqisi naminə aparılan əməkdaşlıqdır.
Beynəlxalq təşkilatların yaranması qaydaları da eynidir. Təsisçi sənədlərin qəbulu, təşkilatın quruluşunun formalaşdırılması, təşkilatın fəaliyyət göstərməsində, əsas orqanın çağrılmasını və s. nəzərdə tutur.
Müxtəlif beynəlxalq təşkilatların yaradılmasında təşkilati və quruluş mexanizmi baxımından müəyyən oxşarlığın olması iştirakçı ölkələrin ümumi strategiya xətti və nəzarət mexanizmi işlənib hazırlanır.
Təcrübi cəhətdən bütün beynəlxalq təşkilatlar vahid yaranma üsulundan təsisçi sənəd hesab edilən beynəlxalq müqavilələrin bağlanmasından istifadə edirlər ki, çox vaxt bunun adı müxtəlif olur (BMT, Ərəb dövlətləri Təşkilatı) Nizamnamə,Bəyannamələr, Qanunlar (Millətlər cəmiyyəti) və s.
Bütün təşkilatlar vahid hüquqi təbiətə malikdirlər. O məqsədlərin və prinsiplərin (siyasi, hərbi, iqtisadi və s.) kompetensiyaların (səriştə, bilik, təcrübə) sayı ilə müəyyən edilir.
Beynəlxalq təşkilatların kompetensiyası (səriştəsi, biliyi, təcrübəsi) dedikdə bir fəaliyyət sferası və obyekti nəzərdə tutulur. Beynəlxalq təşkilatlara öz kompetensiyası çərçivəsində onlara həvalə edilən məqsəd və vəzifələri yerinə yetirmək üçün müəyyən səlahiyyətlər verilir.
Beynəlxalq təşkilatların yüksək forumda idarə edilməsi dövri və müntəzəm olaraq çağırılan dövlət başçılarının müşavirəsidir. Hər il müxtəlif təşkilatların, iqtisadi, maliyyə, xarici işlər nazirlərinin çağırılan müşavirələri fəaliyyət göstərir. Daimi əsaslarla müşavirələr arası müxtəlif fəaliyyət göstərən orqan təsdiq edilir. Əməkdaşlığın müxtəlif istiqamətlər çərçivəsində bütün ölkələrin – iştirakçıların nümayəndələrinin tərkibində komissiya və komitələr yaradılır.
Bütün beynəlxalq təşkilatlarda qərar qəbul etmək üçün mütləq səsvermə əsas sayılır. Lakin qərarların qəbulu müxtəlif: birsəsli, nisbi mütləq, sadə və mürəkkəb olmaqla bitərəfsiz və uyğunlaşma yolu ilə qəbul edilə bilər.
Müasir şəraitdə və təcrübədə beynəlxalq təşkilatların fəaliyyəti konsensus əsasında qərar qəbul etmək qaydaları geniş yayılmışdır. Bunun üçün xarakterik cəhət dövlətlərin – üzvlərin ümumi bir fikrə və bütün üzvlərin marağını nəzərə almaq əsasında razılığa gəlməkdir.
Beləliklə, mövcud beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq iqtisadi təşkilatların təhlili göstərir ki, təşkilatlar bir çox meyarlarla yaradılır.
Bütün bunlarla bərabər beynəlxalq təşkilatların mürəkkəb və müxtəlif olmasına baxmayaraq mürəkkəb quruluşlu, ümumi məqsədə xidmət etməklə eyni tipli təşkilatlardır. Bütün beynəlxalq təşkilatlar üçün ən əsas əlamət bütün region və regionlararası münasibətləri əhatə edən və geniş yayılmış hərbi-siyasi, həmçinin iqtisadi qlobal və regional təhlükəsizliyin təmin edilməsidir.
Beynəlxalq təşkilatları əks etdirən əsas sənədlərə baxarkən (həm ümumdünya və həm də regional) əməkdaşlıq üzrə məqsəd və vəzifələrin oxşarlığı aşkar edilir. Bütün region və dünya, ayrıca bir ölkənin inkişafı və çiçəklənməsi naminə iqtisadi əməkdaşlıq əsas hesab edilir.
Müəyyən qədər oxşarlığı əldə etməkdə, əməkdaşlığın həyata keçirilməsinə nəzarət və ümumi strateji xətti müəyyən etmək üçün nəzərdə tutulan və müxtəlif beynəlxalq təşkilatlarda yaradılan qaydalarda, təşkilati-struktur mexanizmlərində də müəyyən oxşarlıq vardır.
Beynəlxalq iqtisadi təşkilatların çoxnövlü və beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində ən aktiv vasitələrdən olmasını və dünyanın iqtisadi siyasətində əsas rol oynamasını xüsusi olaraq ayırmaq lazımdır.
Onların sırasına ölkələrin valyuta-maliyyə və ticarət münasibətlərini tənzimləyən BMT sistemində olan və beynəlxalq iqtisadi təşkilatları (YUNKTAD, YUNIDO) aid etmək olar.