Windows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə yaradılması, eləcə də şəbəkə resurslarından (fayllardan, qovluqlardan, printerlərdən, disklərdən və s.) birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. Bu gün, demək olar ki, hər bir evdə Wi-Fi yönləndiricilər olduğundan əlavə avadanlıqlardan istifadə etmədən evdə də lokal şəbəkə qurmaq olar.
Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi işçi qrup yaratmaq lazımdır.
Başlanğıcda qeyd olunduğu kimi, kompüter şəbəkələrinin yaradılmasında əsas məqsəd şəbəkənin bir bəndində olan resurslardan onun qalan iştirakçıları üçün istifadə imkanı verməkdir. Şəbəkədəki istifadəçilərin kompüterinizdəki hər hansı qovluğa girə bilməsini istəyirsinizsə, onu birgə istifadəyə açıq etməlisiniz.
Diqqət!
Sərt diski bütövlükdə birgə istifadəyə açmayın. Bu, çox riskli addımdır və əməliyyat sistemi sizi bu haqda xəbərdar edəcək.
Windows 7 əməliyyat sistemində birgə istifadə ediləsi fayllar üçün Public Documents qovluğu nəzərdə tutulub. Yaxşı olar ki, həmin qovluğu birgə istifadəyə açasınız və həmin məqsəd üçün nəzərdə tutulan faylları orada saxlayasınız. Həmin qovluq Documents qovluğunun içərisində yerləşir.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK